Xoşqədəm: “Şəbnəmi vurmaq istəyənlər adımdan istifadə edir”
Şou-biznes 18 May 2023 11:37:00 230 0
Aparıcı Xoşqədəm Hidayətqızı sosial şəbəkələrdə adından istifadə edərək, müğənni Şəbnəm Tovuzlu və onun ailəsinə söz atması ilə bağlı xəbərlərə etiraz edib.
Bu xəbəri də oxu: Xəyyam Əhmədlinin məzar daşı hazırlandı FOTO
Son.az bizim.media-ya istinadən xəbər verir ki, Xoşqədəm bununla bağlı aparıcısı olduğu "Səni axtarıram" ictimai-sosial verilişində söz açıb.
Hidayətqızı bildirib ki, qeyri-rəsmi dünyaya gətirilən uşaqlar haqqında danışanda Tovuzlunun adını çəkməyib:
"Bəzi insanlar var ki, fikirlərimi başqalarına aid edirlər. Dəfələrlə verilişdə qeyri-rəsmi nikahlar və dünyaya gətirilən uşaqlar haqqında danışmışam. İnsanlar özləri bilər. Bu, hər kəsin şəxsi qərarıdır və biz ona qarışa bilmərik. Amma mən bunu qəbul etmədiyimi efirdən deyirəm. Hətta söyləmişəm ki, "Səni axtarıram" ictimai-sosial verilişə gələ bilər, amma "Günaydın, Azərbaycan!" səhər şousuna belə insanların qonaq gəlməsini istəmirəm. Bu haqqımdır, kimsə də mən nəsə deyə bilməz.
Həmin insanların şəxsi həyatıdır, mən qarışa bilmərəm. Bu, onların öz problemidir. O gün də belə bir söz demişəm. "TikTok"da qoyublar ki, Şəbnəm Tovuzluya söz atdı. Mən ad çəkməmişəm. Bu, öz fikrim, mövqeyimdir. Bir insana sözüm olanda üzünə deyirəm. Kimdənsə qorxacağım yoxdur. Ümumi danışıram. Şəbnəm həyat yoldaşı ilə şəklini qoyub. Bərabər fotolarını yerləşdirib. Həyat yoldaşının qolunun, ayağını göstərmir ki...
Bu qadın dəfələrlə öz həyat yoldaşının şəklini paylaşıb. Niyə siz o qadının adını çəkib, adımdan istifadə edirsiniz? Ola bilər ki, kimsə Şəbnəmi istəmir. Hamının öz sahəsində rəqibi var. Kimsə Şəbnəmi nəyə görəsə vurmaq istəyir.... Zəhmət çəkin, hansı xanıma, insana sözünüz varsa, mənim adımla deyil, öz adınızla yazıb, sözünüzü deyin. Onun adını çəkməmişəm. Şəbnəmin əri Hacını da tanıyıram. Çox yaxşı və mədəni insandır. Mənim onlarla nə işim var?".
22-26 may tarixlərində, LA ROCHE-POSAY Azərbaycan, Аzərbaycan Dermatovenero
2023-cü ilin yanvar-aprel aylarında Türkiyənin İstanbul şəhərində yerl�
MHP-nin baş katibi İsmət Böyükataman ATA İttifaqından prezidentliyə nami
31 yaşlı Gəncə sakini Şəfiqə Əhmədova xəstə övladı üçün yığdı
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri tanınmış Xalq artistinin oğlu
"Mən Ülviyyənin teatrımızın direktoru Əliqismət Lalayevin ünvanın
Elşad Həsənov: "Apardığımız siyasət dünyanı da, Avropa Birliyini
HONOR-un artıq yeni Magic5 Pro flaqman smartfonu var. Model müəyyən mənada
Xəbər verdiyimiz kimi, aylar əvvəl "Elgizlə izlə" ictimai-sosial
Cümhur İttifaqı və Ədalət və İnkişaf Partiyası (AK Parti) olaraq Türk
2023-cü ilin yanvar-aprel aylarında Misirdən Türk limanlarına 6 milyon 629
Bir müddət əvvəl Rusiyadakı biznes fəaliyyətinə xitam verilərək, Qarab
2023-ci ilin yanvar-aprel aylarında Rusiya vətəndaşları Türkiyədə 4 min
Müğənni İrem Derici növbəti dəfə sevgilisi Atakan Işıktutanla fotola