Wolt+ və ya çatdırılma bazarının Netflix abunəliyi


Digərləri 18 May 2023 12:00:00 128 0

Wolt+ və ya çatdırılma bazarının Netflix abunəliyi

Bu gündən etibarən Wolt Azərbaycanda abunəlik əsasında çatdırılma xidmətini təklif edən ilk şirkət olacaq. Bu abunəlik ilə istifadəçilər ödənişsiz çatdırılma haqqı ilə yüzlərlə restoran və mağazalardan sifariş vermək imkanı əldə edəcəklər. Xidmət artıq əlçatandır və ilk 30 gün ərzində bütün istifadəçilər tərəfindən ödənişsiz sınaqdan keçirilə bilər.

"Wolt Azərbaycan"-ın baş meneceri Tofiq Süleymanovun sözlərinə görə, Wolt+ xidmətini izah etməyin ən asan yolu onu Netflix ilə müqayisə etməkdir. "Qısaca olaraq Wolt+ istifadəçiləri Netflixdəki kimi aylıq ödəniş ödəyərək, abunəliyə daxil olan restoranlardan və ya mağazalardan heç bir çatdırılma haqqı olmadan sifariş verə bilərlər".

Tofiq Süleymanov qeyd edib ki, koronavirus pandemiyası insanların vərdişlərini dəyişib və onların həyatını asanlaşdıran xidmətləri populyarlaşdırıb. "Koronavirus məhdudiyyətləri aradan qaldırılsa da, insanlar həyatlarını asanlaşdıran vərdişlərindən imtina etmək istəmirlər. Yemək və ya mağazalardan çatdırılma bir çox insan üçün normaya çevrilsə də, ödənişsiz olması bir çoxlarının istəyi idi. Wolt+ ilə istifadəçilər ayda 1 dəfə abunəlik haqqı ödəyərək, seçilmiş məkanlardan olan sifarişlərdə çatdırılma haqqı ödənişlərindən azad olunacaqlar".

Wolt+ nədir? Wolt+ xidməti ilə istifadəçi aylıq ödəniş ödəməklə Wolt+ abunəliyinə qoşulmuş restoran və ya mağazadan verdiyi hər sifariş üçün ödənişsiz çatdırılma haqqı əldə edir. Ayda cəmi 5.49 AZN ödəyərək, bütün istifadəçilər pulsuz çatdırılmadan yararlana bilər. Əgər siz ay ərzində 2 dəfədən çox sifariş edirsinizsə, qənaət etdiyiniz məbləğ aylıq ödənişdən daha çox olur.

Bu necə işləyir? Wolt+ abunəliyinə qoşulduqdan sonra istifadəçilər Wolt+ daxil olan məkanları Wolt tətbiqində kiçik W+ loqosu ilə tanıya bilərlər. Bu məkanlar istifadəçinin ətrafında olan 4 km radiusu əhatə edir və ödənişsiz çatdırılma abunəliyinin bir hissəsidir. İstifadəçi öz sifarişini əvvəlki kimi yerləşdirir, lakin ödəniş mərhələsinə çatdıqda çatdırılma haqqı əlavə olunmur. İstifadəçi istənilən vaxt hesaba daxil olaraq, Wolt+ bölməsindən abunəliyi ləğv edə bilər.

Wolt+ abunəliyi hal-hazırda Bakı şəhərində aktivdir və 8 AZN-dən başlayan minimal sifariş məbləği ilə keçərlidir.

Wolt şirkəti haqqında Wolt restoran və mağazalardan çatdırılmanı təmin edən və asanlaşdıran texnologiya şirkətidir. On minlərlə restoran və mağaza partnyorları ilə 25 ölkənin 250-dən çox şəhərində yüz minlərlə kuryer tərəfdaşları ilə fəaliyyət göstərir. Wolt şirkəti 2014-cü ildə Finlandiyanın Helsinki şəhərində təsis olunub və baş icraçı direktoru olan Miki Kuusi tərəfindən idarə olunur. 9 noyabr 2021-ci ildə Wolt və Doordash şirkətlərinin birləşməsi haqqında rəsmi olaraq elan olunub. Bu gün DoorDash 29 ölkədə fəaliyyət göstərir, onlardan 25-i Wolt məhsulu və brendindən istifadə edir.

Qərb mediası Kılıçdaroğlunu dəstəkləsə də Ərdoğan seçkilərdə üstünlük əldə etdi like
  • 18 May 11:57  
Digərləri Qərb mediası Kılıçdaroğlunu dəstəkləsə də Ərdoğan seçkilərdə üstünlük əldə etdi

Qərb mediası Türkiyənin Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kıl�

arrow Ətraflı
Bu ölkə nüvə dövləti olacaq like
  • 18 May 11:48  
Dünya Bu ölkə nüvə dövləti olacaq

Yaponiya beş ildən sonra nüvə dövlətinə çevrilə bilər.

arrow Ətraflı
PASHA Bankın kredit portfeli 2022ci ildə 9% artıb like
  • 18 May 11:42  
Digərləri PASHA Bankın kredit portfeli 2022ci ildə 9% artıb

PASHA Bank-ın kredit portfeli 2022-ci ildə 9% artaraq 2 milyarddan 2,28 milyar

arrow Ətraflı
Xoşqədəm: “Şəbnəmi vurmaq istəyənlər adımdan istifadə edir” like
  • 18 May 11:37  
Şou-biznes Xoşqədəm: “Şəbnəmi vurmaq istəyənlər adımdan istifadə edir”

Aparıcı Xoşqədəm Hidayətqızı sosial şəbəkələrdə adından istifadə

arrow Ətraflı
Melanoma ilə mübarizənin ən yaxşı yolu onun qarşısını almaqdır! like
  • 18 May 11:35  
Digərləri Melanoma ilə mübarizənin ən yaxşı yolu onun qarşısını almaqdır!

22-26 may tarixlərində, LA ROCHE-POSAY Azərbaycan, Аzərbaycan Dermatovenero

arrow Ətraflı
Yanvaraprel aylarında Ambarlı limanının qəbul etdiyi gəmilərin sayı açıqlanıb like
  • 18 May 11:32  
Digərləri Yanvaraprel aylarında Ambarlı limanının qəbul etdiyi gəmilərin sayı açıqlanıb

2023-cü ilin yanvar-aprel aylarında Türkiyənin İstanbul şəhərində yerl�

arrow Ətraflı
MHPnin baş katibi Sinan Oğanın partiyadan çıxarılmasının səbəbini açıqlayıb like
  • 18 May 11:30  
Digərləri MHPnin baş katibi Sinan Oğanın partiyadan çıxarılmasının səbəbini açıqlayıb

MHP-nin baş katibi İsmət Böyükataman ATA İttifaqından prezidentliyə nami

arrow Ətraflı
Xəstə övladı üçün yığdığı 10 mini onlayn oyunda uduzdu like
  • 18 May 11:26  
Digərləri Xəstə övladı üçün yığdığı 10 mini onlayn oyunda uduzdu

31 yaşlı Gəncə sakini Şəfiqə Əhmədova xəstə övladı üçün yığdı

arrow Ətraflı
Sahil Babayev məşhur Xalq artistinin oğlunu işdən çıxardı like
  • 18 May 11:18  
Digərləri Sahil Babayev məşhur Xalq artistinin oğlunu işdən çıxardı

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri tanınmış Xalq artistinin oğlu

arrow Ətraflı
“Ülviyyə, sən mənim səhhətimə ağır zərbə vurdun, bu sən deyilsən, nə olub sənə?” like
  • 18 May 11:15  
Kriminal “Ülviyyə, sən mənim səhhətimə ağır zərbə vurdun, bu sən deyilsən, nə olub sənə?”

"Mən Ülviyyənin teatrımızın direktoru Əliqismət Lalayevin ünvanın

arrow Ətraflı
Rəsmi Brüssel "Dağlıq Qarabağ" ifadəsinin keçmişdə qaldığını rəsmən bəyan etdi... like
  • 18 May 11:04  
Siyasət Rəsmi Brüssel "Dağlıq Qarabağ" ifadəsinin keçmişdə qaldığını rəsmən bəyan etdi...

Elşad Həsənov: "Apardığımız siyasət dünyanı da, Avropa Birliyini

arrow Ətraflı
Son model HONOR Magic5 Pro smartfonunun icmalı like
  • 18 May 11:00  
Digərləri Son model HONOR Magic5 Pro smartfonunun icmalı

HONOR-un artıq yeni Magic5 Pro flaqman smartfonu var. Model müəyyən mənada

arrow Ətraflı
“Vüqar Muradovun üzrünü qəbul etmirik, təzminat ödəsin” like
  • 18 May 10:54  
Şou-biznes “Vüqar Muradovun üzrünü qəbul etmirik, təzminat ödəsin”

Xəbər verdiyimiz kimi, aylar əvvəl "Elgizlə izlə" ictimai-sosial

arrow Ətraflı
AK partiya olaraq 14 mayda bütün dünyaya nümunə olacaq demokratiya nümayiş etdirdik like
  • 18 May 10:43  
Digərləri AK partiya olaraq 14 mayda bütün dünyaya nümunə olacaq demokratiya nümayiş etdirdik

Cümhur İttifaqı və Ədalət və İnkişaf Partiyası (AK Parti) olaraq Türk

arrow Ətraflı