“Efirə cins şalvarla çıxıb, əlimdə qaval tuta bilmərəm”
Kriminal 17 May 2023 15:25:00 233 0
Son.az xəbər verir ki, xalq artisti Aygün Bayramova moderator.az-ın suallarını cavablandırıb.
Bu xəbəri də oxu: Məşhur azərbaycanlı tiktoker həbs olundu
-Aygün xanım, istərdim söhbətimizə yaradıcılığınızdakı yeniliklərdən danışmaqla başlayaq. Nə yeniliklər var?
- Yaradıcılıqda hər zaman yeniliklər var. Bir neçə zapis etmişəm, onları tamaşaçılara təqdim edəcəyəm. Son günlər hamı kimi mən də ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar tədbirlərdə iştirak edirəm. Bir müddət əvvəl Heydər Əliyev mərkəzində Zərifə xanım Əliyevanın yubileyi keçirildi. Oradakı konsert proqramında da iştirak etdim. Bilirsiniz ki, Milli Konservatoriyada və Asəf Zeynallı adına musiqi kollecində pedaqoji fəaliyyətlə məşğulam. - Tələbələrinizdən razısınız? - Əlbəttə ki, razıyam. Tələbələrin hamısı eyni istedadlı olmur. Yaxşıları da var, zəifləri də. Tələbənin dərsə vaxtlı-vaxtında gəlməsi mənim üçün çox önəmlidir. Onlara tövsiyyələrim çox olur. Deyirəm ki, siz bu sənəti seçmisinizsə, ona ciddi yanaşmalısınız. Mən özüm də yaxşı, nümunəvi tələbə olmuşam. Şövkət Ələkbərovadan, Arif Babayevdən dərs almışam. Onlar bizə təkcə sənət yox, həyat dərsi də veriblər. - Aygün xanım, müsahibələrinizin birini oxudum. Aparıcıların efirə dəvət etdiyi hər qonağa sənətkar deyə müraciət etməsi sizin haqlı olaraq etirazınıza səbəb olmuşdu. Olmaya bu səbəbdən efirlərə nadir hallarda qonaq gəlirsiniz? - Bu həqiqətən də çox vacib bir məsələdir. Bir-iki aydır sənətə gəlib, efirlərə dəvət edib, onlara "sənətkar" deyirlər. Hamıya sənətkar demək yalnış bir şeydir. Sənətkar olmaq üçün insanlar illərlə əziyyət, zəhmət çəkir. Yalnız özünü tam təsdiqləyəndən sonra ona sənətkar demək olar. Sənətkar olmaq həm də yaş məsələsidir. Buna tək mən etiraz etməmişəm, bu mövzu bir çox sənətkarların narahat olduğu mövzudur. Arif Babayevin dilindən bir dəfə eşitmisiniz ki, özünə sənətkar desin? 5-6 il pedaqoji təcrübəsi olan sənətçiyə ustad deyirlər. Ustad, sənətkar sözlərini çox cılızlaşdırıblar. Bir xanəndənin yetişməsi üçün illər lazımdır, nə tez o ustad adını qazandı? Mən başa düşə bilmirəm. Bizim çox böyük ustadlarımız olub, bəs onlara onda nə deyək?! Tələbələrimə dönə-dönə tapşırıram ki, mənə ustad deməsinlər. Bu çox böyük mənalı sözdür. - Deyirlər ki, Aygün xanım kaprizli xanımdır. Uzun illərdir sizi tanıyıram, heç vaxt bunu hiss etməmişəm. Niyə görə haqqınızda belə düşünürlər? - Canları sağ olsun, qoy desinlər. Sənət adamında kaprizlər olmalıdır. Hər bir insanın öz fikri, düşüncəsi var. Mən hər deyilən sözlə razılaşa bilmərəm. Deməzdim ki, bu məndə kaprizdir. Bu mənim özümə, tamaşaçıma, sənətimə verdiyim dəyərdir. - Xanım sənətçilərin geyimləri sizi qane edirmi? Bəziləri zövqlə, açıq-saçıqlığı səhv salır.. - Muğam ciddi bir sənət növüdür. Xanım xanəndənin özünəməxsus geyimi olmalıdır. O ciddi geyinməlidir. O ki, qaldı digər sahədə çalışan xanımların geyimlərinə...Bəziləri elə bilir ki, açıq-saçıqdırsa, demək ki, zövqlüdür. Açıq-saçıqlığı mən zövq saya bilmərəm. İnsan seçdiyi sənətə hörmətlə yanaşmalıdır. Əlbəttə ki, belə olan halda da özü haqqında ətrafdan xoşagəlməz sözlər eşitməyəcək. İfaçının geyimi ilə ifası bir-birini tamamlamalıdır. Mən heç vaxt efirə cins şalvarla çıxıb, əlimdə qaval tutmaram. Bu mənim aləmimdə yolverilməz bir haldır. Cins, idman geyimlərini sən səyahətdə geyinə bilərsən. İnsan özünə hörmət edə bilirsə, tamaşaçısına da hörmət edəcək.
2023-cü ilin yanvar-aprel aylarında Türkiyənin İskenderun limanı 14 milyon
Son.az AZƏRTAC-a istinadən bildirir ki, mayın 17-də Azərbaycan Respublika
Qarabağda rus sülhməramlılarının nəzarət etdiyi ərazilərdə gərginlik
Ankara-Sivas yüksək sürətli qatarının bilet qiymətləri açıqlanıb.
Ermənistan ya Türkiyə və Azərbaycanla barışacaq, ya da yenidən məğlubi
Türkiyəli aktrisa Miray Danerlə Oğulcan Enginin ayrılıq səbəbi bəlli o
Rusiyalı deputat Dövlət Dumasının plenar iclasında şahmat oynayarkən gö
Azərbaycanda qeyri-hökumət təşkilatlarının sayı ilbəil artır və bu QH
Xəbər verdiyimiz kimi, Bakıda 13 yaşlı qız 37 yaşlı kişi ilə nişanla
2023-cü ilin yanvar-aprel aylarında Livandan Türk limanlarına 1 milyon 315 m
Əməkdar artist Aybəniz Haşımovanın bloger qızı Aynişan Quliyeva izləyi
Ukraynada hərbi əməliyyatlar başlayandan indiyədək Rusiya ordusunun 200 59
Azərbaycanda bundan sonra da bankların azalması prosesini proqnozlaşdıra bi
Akademik M. Ə. Mirqasımov adına Respublika Klinik Xəstəxanasında 17 May Ü