Qarabağda separatçılar arasında gərginlik:
Siyasət 17 May 2023 15:14:00 200 0
Qarabağda rus sülhməramlılarının nəzarət etdiyi ərazilərdə gərginlik yaşanır. Keçmiş separatçı rejimin nümayəndələri arasında vəzifə davası start götürüb. Qarşılıqlı ittihamlar, Qarabağın tam şəkildə Azərbaycanın nəzarəti altına keçmək qorxusu separatçıları hərəkətə gətirib. Erməni mənbələri xəbər verir ki, separatçı rejimin keçmiş nümayəndəsi Samvel Babayan bu gərginliyin başında dayanır. 1992-ci ildə Şuşanın işğalında rol oyandığına görə, "Qarabağ qəhrəmanı" adını alan Samvel aksiyanın təşəbbüskarı da olub. "DQR"in keçmiş "TŞ" sədri Samvel Babayan qondarma qurumun rəhbəri Araik Arutunyandan ona vəzifə verilməsi tələbi ilə çıxış edib.
Bu xəbəri də oxu: Hikmət Hacıyevdən Almaniya XİN rəhbərinin ittihamlarına tutarlı cavab
"Mənə hakimiyyət lazım deyil, lakin müşahidəçi qismində qalsaq, qaçqın vəziyyətinə düşəcəyik", - deyə Babayan bəyan edib. Ona dəstək verənlər arasında qondarma qurumun "parlament" sədri Artur Tovmosyan da olub. Qarşılıqlı ittihamlar üzərində qurulan aksiyada qondarma qurumun rəhbəri Araik Arutunyan üstüörtülü şəkildə ittiham olunub. "Bizə 100 gün vaxt verin" deyən Babayan bacarmadıqları təqdirdə postunu tərk edəcəklərini bildirib. Babayan "sabahınız, vətəniz yoxdur, sizi çoxdan təslim edəcəklər" deyərək, onları cəmi iki saat gözləməyi xahiş etsə də, soydaşları həmin müddətə belə dözməyərək aksiya ərazisini tərk ediblər.
Dərhal da özünü separatçı rejimin müxalifətçi deputatı adlandıran Metakse Akopyan Samvel Babayan başda olmaqla bir qrup şəxsi Ermənistandan idarə olunmaqda ittiham edib. Xatırladaq ki, Rusiyanın adamı kimi qələmə verilən qondarma "Artsax" qəhrəmanı bir vaxtlar saxta rejimin rəhbəri Arkadi Qukasyana sui-qəsddə ittiham olunub və "qəhrəman" adından məhrum edilib. İndi onun aktivləşməsinin səbəbi kimi Rusiyanın adını çəkirlər. Erməni mənbələri onu da yazır ki, Qarabağda qondarma rejimin "dövlət naziri" postu ətrafında qeyri-sağlam vəziyyət yaranıb.
Ermənistan "Nyus.am" nəşri yazır ki, "böhranlı Qarabağda "dövlət naziri" uğrunda mübarizə qızışır. Qısa müddətdə bu vəzifəyə təyin edilənlər, sonradan vəzifələrindən getməyə məcbur olurlar. Bütün bunların kökündə siyasi intriqaların yarandığı xüsusi vurğulanır. Bunu erməni parlamentinin müxalifətdən olan deputatı, Ermənistan Respublika Partiyasının üzvü Tiqran Abramyan öz facebook səhifəsində yazıb. Xususilə qeyd edib ki, bu məsələdə mühüm rol oynayan başqa bir səbəb var və bu, özünü xilas etmək üçün hər şeyə hazır olan Arayik Arutyunyandır.
"İndi hadisələr 2 ay əvvəl bu vəzifəyə təyin olunan Qurgen Nersisyan ətrafında cərəyan edir. O, özünün iddia etdiyi kimi, sakit şəkildə işi ilə məşğuldur. TŞ-nın keçmiş katibi Samvel Babayan isə Araikdən Qurgen Nersisyanın istefası və dövlət naziri postuna özünün təyin edilməsi tələbini təqdim edib. İndiki dövlət nazirinin işindən narazılıq var? proqramları iflasa uğradıb, pulları israf edib, mənimsəyib? Nə əməlin sahibidir? Qeyd olunan vəzifə ətrafında al-ver başlayıb? Nersisyanın necə nazir olduğunu deyə bilmərəm, bunu Qarabağ sakinləri deməlidir, hər şeyi görür, qiymət verirlər. Babayan yenə vəzifə tutmaq və ya hakimiyyətdə olmaq istəyir. Qarabağda problemlər çoxdur, amma əsas problem Araik Arutyunyandır", - deyə erməni deputat bildirib.
Azər Nuriyev Son.az
Ankara-Sivas yüksək sürətli qatarının bilet qiymətləri açıqlanıb.
Ermənistan ya Türkiyə və Azərbaycanla barışacaq, ya da yenidən məğlubi
Türkiyəli aktrisa Miray Danerlə Oğulcan Enginin ayrılıq səbəbi bəlli o
Rusiyalı deputat Dövlət Dumasının plenar iclasında şahmat oynayarkən gö
Azərbaycanda qeyri-hökumət təşkilatlarının sayı ilbəil artır və bu QH
Xəbər verdiyimiz kimi, Bakıda 13 yaşlı qız 37 yaşlı kişi ilə nişanla
2023-cü ilin yanvar-aprel aylarında Livandan Türk limanlarına 1 milyon 315 m
Əməkdar artist Aybəniz Haşımovanın bloger qızı Aynişan Quliyeva izləyi
Ukraynada hərbi əməliyyatlar başlayandan indiyədək Rusiya ordusunun 200 59
Azərbaycanda bundan sonra da bankların azalması prosesini proqnozlaşdıra bi
Akademik M. Ə. Mirqasımov adına Respublika Klinik Xəstəxanasında 17 May Ü
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 17-də Avrasiya �
Xəbər verdiyimiz kimi, ötən gün 76-cı Kann Beynəlxalq Film Festivalının
Bütün dünya Azərbaycanın Ermənistanla olan münasibətləri normallaşdır