İranın tapşırığı ilə "Kərimə" dövləti yaratmaq istəyənlər ələ keçdilər


Siyasət 16 May 2023 10:12:00 158 0

İranın tapşırığı ilə "Kərimə" dövləti yaratmaq istəyənlər ələ keçdilər

Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq birgə məlumat yayıb.

Son.az xəbər verir ki, məlumatda deyilir:

"İran xüsusi xidmət orqanları tərəfindən maddi maraq və dini təbliğat yolu ilə ələ alınmış bir qrup Azərbaycan vətəndaşının Respublika ərazisində sabitliyin pozulması məqsədilə törədəcəkləri cinayət əməllərinin qarşısının alınması istiqamətində növbəti əməliyyat tədbirləri həyata keçirilib. Müəyyən edilib ki, İran xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən Rufulla Axundzadə və oğlu Əlmürsəl Axundzadə ölkə ərazisində silahlı iğtişaşlar törətməklə Azərbaycan Respublikasının Konstitusiya quruluşunun zorla dəyişdirilməsi yolu ilə "Kərimə" dövlətinin qurulması, ictimaiyyət arasında tanınan və vəzifəli şəxslərin həyatına sui-qəsdlərin təşkil edilməsi məqsədilə müqavimətçi dəstələr təşkil etmək barədə xüsusi fəaliyyət planı hazırlayıblar. Həmin planın bir hissəsi kimi Rufulla Axundzadə "whatsapp", "telegram" və digər ani mesajlaşma sistemlərində məxfi qruplar yaradıb. Bundan başqa R.Axundzadə və oğlu Ə.Axundzadə həyatlarına sui-qəsdlərin təşkil edilməsi üçün vəzifəli şəxslərin və ictimai xadimlərin siyahısını, onların anket məlumatları, yaşayış və iş yerlərinin ünvanlarını qrup üzvlərinə təqdim ediblər. Bu məqsədlə o, odlu silah əldə etmək və "molotov kokteyli" hazırlamaqla bağlı qrup üzvlərinə tapşırıqlar verib. Əməliyyat zamanı "Qısas 313" adlı qrupnun 7 nəfər üzvü Elgün Ağayev, Ruslan Əliyev, Yusif Mirzəyev, Elvin Cəfərov, Savalan Hüseynli, Bilal Sücəddinli, Məhərrəməli Musayev, eləcə dəst qrupun digər üzvləri saxlanılaraq istintaqa təqdim ediliblər. Rufulla Axundzadə adları sadalanan şəxsləri təlimatlandıraraq onları təsir dairəsində saxlamaq məqsədi ilə davamlı virtual görüşlər keçirib. Bu yolla o, dəstə üzvlərində radikal meyillərin daha da güclənməsinə şərit yaradıb. Qrup üzvləri Rufulla Axundzadənin göstərişi ilə Respublika ərazisində "Kərimə" dövlətinin qurulması, müxtəlif pozuculuq, kütləvi iğtişaşlar, sui-qəsdlər və bu kimi qanunsuz fəaliyyətlə məşğul olacaqlarına, sosial şəbəkələrdə radikal dini paylaşımlara müsbət reaksiya göstərən digər şəxsləri də üzv olduqları "müqavimətçi dəstə"yə əlavə edəcəklərinə və bu kimi çirkin əməllərinə müqəddəs Qurani-Kərimi də alət edərək ona and içiblər. Həmçinin, onlar müxtəlif dövlət orqanlarının inzibati binaların yaxınlığındakı küçələrdə radikal dini şüarlar yazaraq vətəndaşlar arasında çaşqınlıq yaratmaq məqsədi ilə şəkillər çəkib sosial şəbəkələrdə paylaşıblar. R.Axundzadə, həmçinin dəstə üzvlərini dini təhsil almaq adı ilə İrana aparmaqla hərbi təlimlərə və qanunsuz silahlı-ekstremist təşkilatlara cəlb etməyi planlaşdırıb. R.Axundzadə ölkə ərazisində xarici xüsusi-xidmət orqanları ilə məxfi əməkdaşlığa cəlb edilən şəxslərin "ifşa" olunması istiqamətində keçirilən uğurlu əməliyyatlardan sonra ani mesajlaşma sistemlərində yaratdığı qrupların bağlanması, dəstə üzvlərinin isə bir müddət sosial şəbəkələrdə aktiv olmamaları barədə tapşırıqlar verib. Dəstə üzvləri eyni zamanda xaricdən onlara göndərilən pul vəsaitlərini Azərbaycanda dini radikalizmin təbliğinə və digər pozuculuq fəaliyyətlərinin maliyyələşməsinə sərf ediblər. Bu istiqamətdə əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir".

Rza ilə nadir fotoları maraqla qarşılandı like
  • 16 May 10:00  
Şou-biznes Rza ilə nadir fotoları maraqla qarşılandı

Reper "A$AP Rocky" özünün "Instagram" hesabından sevgili

arrow Ətraflı
Bakıda ŞOK HADİSƏ  13 yaşlı qız 37 yaşlı kişi ilə NİŞANLANDI like
  • 16 May 09:24  
Digərləri Bakıda ŞOK HADİSƏ 13 yaşlı qız 37 yaşlı kişi ilə NİŞANLANDI

Bakıda 13 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb.

arrow Ətraflı
Yanvaraprel aylarında Hindistandan Türk limanlarına daşınan yüklərin həcmi açıqlanıb like
  • 16 May 09:19  
Dünya Yanvaraprel aylarında Hindistandan Türk limanlarına daşınan yüklərin həcmi açıqlanıb

2023-cü ilin yanvar-aprel aylarında Hindistandan Türk limanlarına 1 milyon 3

arrow Ətraflı
Qarabağda işləmək istəyənlərin nəzərinə! like
  • 16 May 09:14  
Digərləri Qarabağda işləmək istəyənlərin nəzərinə!

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi işğaldan azad olunmu�

arrow Ətraflı
DTXdən əməliyyat: Ermənistana işləyən şəxslər ifşa edildilər  VIDEO like
  • 16 May 09:09  
Siyasət DTXdən əməliyyat: Ermənistana işləyən şəxslər ifşa edildilər VIDEO

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən xarici xüsusi xidmət orqanla

arrow Ətraflı
Paşinyan: Sanksiyalar tətbiq edilməsindən narahatıq like
  • 16 May 08:59  
Dünya Paşinyan: Sanksiyalar tətbiq edilməsindən narahatıq

"Rusiyanın tələblərini qarşılamaqdan məmnunuq ancaq gördüyümüz i

arrow Ətraflı
Rusiyadan xəbərdarlıq: Bosniya NATO üzvü olsa... like
  • 16 May 08:54  
Dünya Rusiyadan xəbərdarlıq: Bosniya NATO üzvü olsa...

Bosniya və Herseqovinanın NATO-ya cəlb edilməsi regionda risklər yaradacaq,

arrow Ətraflı
Kiyev atəşə tutuldu like
  • 16 May 08:49  
Dünya Kiyev atəşə tutuldu

Bu gecə Ukraynanın paytaxtı Kiyev atəşə tutulub, nəticədə bir neçə ra

arrow Ətraflı
Bu yollarda sıxlıq var  SİYAHI like
  • 16 May 08:45  
Digərləri Bu yollarda sıxlıq var SİYAHI

Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində tıxac yaranıb.

arrow Ətraflı
Tramp amerikalıların aldadıldığını bildirib like
  • 16 May 08:40  
Dünya Tramp amerikalıların aldadıldığını bildirib

ABŞ-ın keçmiş prezidenti Donald Tramp amerikalıların aldadıldığını bi

arrow Ətraflı
ABŞdan Türkiyədəki seçkilərə reaksiya like
  • 16 May 08:35  
Dünya ABŞdan Türkiyədəki seçkilərə reaksiya

Birləşmiş Ştatlar Türkiyədə prezident seçkilərinin istənilən qalibi i

arrow Ətraflı
Yeni aviareyslər açıla bilər like
  • 16 May 08:29  
Digərləri Yeni aviareyslər açıla bilər

Özbəkistanın aşağı büdcəli "Centrum Air" aviaşirkəti Özbək

arrow Ətraflı
Tatlısəs Ərdoğana, qızı Kılıçdaroğluna səs verdi like
  • 16 May 08:22  
Digərləri Tatlısəs Ərdoğana, qızı Kılıçdaroğluna səs verdi

Türkiyədəki seçki prosesində maraqlı anlar yaşanıb.

arrow Ətraflı
Prokurordan Trampla bağlı açıqlama like
  • 16 May 08:15  
Dünya Prokurordan Trampla bağlı açıqlama

2016-cı il seçkilərinin nəticələrindən sonra ABŞ kəşfiyyat xidmətlər

arrow Ətraflı