DTXdən əməliyyat: Ermənistana işləyən şəxslər ifşa edildilər VIDEO
Siyasət 16 May 2023 09:09:00 213 0
Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən xarici xüsusi xidmət orqanlarının Azərbaycan Respublikası əleyhinə yönələn kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının alınması istiqamətində kompleks araşdırmalar davam etdirilir.
Bu xəbəri də oxu: Prezident: Bosniya və Herseqovina ilə dostluq və əməkdaşlıq əlaqələrinin səviyyəsi məmnunluq doğurur
DTX-dən Son.az-a bildirilib ki, görülən tədbirlər nəticəsində üçüncü ölkə ərazisində məskunlaşaraq Ermənistan xüsusi xidmət orqanlarının tapşırıqlarının icrasını həyata keçirməklə dövlətə xəyanət etməkdə və Azərbaycanda terror-təxribat əməllərinin törədilməsini planlaşdırmaqda şübhəli bilinən 1980-ci il təvəllüdlü Əhmədov Rəşad Əhməd oğlunun saxlanılaraq Azərbaycan Respublikasında cinayət məsuliyyətinə cəlb edilməsi təmin olunmuşdur.
Müəyyən edilmişdir ki, Rəşad Əhmədov maddi maraq müqabilində məxfi əməkdaşlığa cəlb olunmaqla adıçəkilən ölkənin xüsusi xidmət orqanlarının Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə verdiyi tapşırıqları yerinə yetirmişdir.
Rəşad Əhmədov ona verilən tapşırıqlar əsasında cəlb etdiyi 1991-ci il təvəllüdlü Əmirov Rövşən Musa oğlu və digər şəxslərlə birgə ölkəmizdə etnik və dini zəmində düşmənçilik salınmasına və Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına açıq çağırışları özündə ehtiva edən videomateriallar hazırlamışdır. Həmin videomateriallar Ermənistan xüsusi xidmət orqanları tərəfindən yaradılmış və onların nəzarəti altında Azərbaycan dilində fəaliyyət göstərən "Youtube" kanalları və digər sosial şəbəbəkələrdə paylaşılmışdır.
Rəşad Əhmədov Ermənistan xüsusi xidmət orqanlarının himayəsi altında Yerevan Dövlət Universitetində kafedra rəhbəri Qarnik Asatryan və qeyrilərinin xüsusi olaraq məqsədyönlü şəkildə tərtib etdikləri Azərbaycan Respublikası ərazilərinin parçalanmış şəkildə təsvir olunduğu 200 ədəd saxta xəritəni etnik separatizm məqsədilə Azərbaycan Respublikası vətəndaşları arasında yayılmasını təşkil etmişdir.
Bundan başqa, Rəşad Əhmədov Azərbaycan Respublikası vətəndaşlarının guya etnik və dini zəmində iğtişaşlar törətmək niyyətini nümayiş etdirmək məqsədilə Azərbaycan Respublikasının ərazisində partlayış, yanğın və digər ictimai təhlükəli nəticələrin baş verməsi ilə müşayiət olunan hərəkətlərin planlaşdırılması, terror aktları törətməyə razılıq verəcək şəxslərin müəyyən edilməsi, onların birgə cinayətkar fəaliyyətə cəlb olunması və terror-təxribat əməllərinin hazırlanması istiqamətində ona verilmiş digər tapşırıqları da icra etmişdir.
Əhmədov Rəşad Əhməd oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət), 28, 214.1 (terrorçuluğa hazırlıq) və 281.3-cü (xarici təşkilatların və onların nümayəndələrinin tapşırığı ilə dövlət əleyhinə yönələn açıq çağırışlar), Əmirov Rövşən Musa oğlu 274 (dövlətə xəyanət) və 281.3-cü (xarici təşkilatların və onların nümayəndələrinin tapşırığı ilə dövlət əleyhinə yönələn açıq çağırışlar) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək barələrində həbs qətimkan tədbiri seçilmişdir.
Cinayət işi üzrə araşdırmalar davam etdirilir.
"Rusiyanın tələblərini qarşılamaqdan məmnunuq ancaq gördüyümüz i
Bosniya və Herseqovinanın NATO-ya cəlb edilməsi regionda risklər yaradacaq,
Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində tıxac yaranıb.
ABŞ-ın keçmiş prezidenti Donald Tramp amerikalıların aldadıldığını bi
Birləşmiş Ştatlar Türkiyədə prezident seçkilərinin istənilən qalibi i
Türkiyədəki seçki prosesində maraqlı anlar yaşanıb.
2016-cı il seçkilərinin nəticələrindən sonra ABŞ kəşfiyyat xidmətlər
Milliyyətçi Hərəkat Partiyasının lideri Devlet Bahçelinin müvəqqəti s�
Almaniya Bundestaqının Xarici Əlaqələr Komitəsinin sədri Mixael Rot Türk
"14 may prezident seçkilərinin nəticələrinə görə, CHP lideri Kamal
"İlk xanım olub ki, bunu Səidəyə jest etdim. Dedim ki, dostumsan, mən