Biz seçkini izləyəndə Nikol Zəngəzur sözü verdi Geqamyan
Digərləri 15 May 2023 18:48:00 281 0
İrəvanda Türkiyədəki seçkiləri izlədiyiniz bir vaxtda Brüsseldə Ermənistanın Baş naziri Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıdı.
Bu xəbəri də oxu: 6 yaşlı Şirinin qatilinin cəzası bəlli oldu
Son.az axar.az-a istinadən xəbər verir ki, bunu erməni türkoloq Varujan Geqamyan deyib.
"Əliyev və Paşinyanın görüşündən sonra AB Şurasının rəhbəri Mişelin Ermənistan üçün xoşagəlməz açıqlamaları oldu.
1. Liderlər 1991-ci il Almatı Bəyannaməsinə və müvafiq olaraq Ermənistanın (29.8 kv.km) və Azərbaycanın (86.6 kv.km) ərazi bütövlüyünə qeyd-şərtsiz sadiqliklərini təsdiqləyiblər. Sərhədin yekun delimitasiyası danışıqlar yolu ilə razılaşdırılacaq. Azərbaycanın 86.600 kv. km-ə Qarabağ da daxildir. Ermənistan hakimiyyətinin Qarabağı təslim etməsi ilə bağlı bundan daha aydın bəyanat ola bilməz.
2. Kommunikasiyalar baxımından tərəflər regionda nəqliyyat və iqtisadi əlaqələrə yönəlmiş müzakirələrdə aydın irəliləyiş əldə ediblər. Bu mövzuda xüsusən də Naxçıvan və ordan keçən dəmir yolu əlaqəsinin bərpası məsələsində hazırda mövqelər bir-birinə çox yaxındır. Onlar müvafiq qruplara konkret qrafiklə yanaşı, dəmir yolu xəttinin açılması şərtləri və zəruri tikinti işlərinin aparılması ilə bağlı prinsipial müqaviləni razılaşdırmaq tapşırılıb.
Nə demək olar, bəyanatın bəndlərində xronoloji ardıcıllığa tam əməl olunur. Qarabağın təslim olmasından sonra növbə dərhal Zəngəzura çatacaq. Zəngəzur dəhlizi proqramının həyata keçirilməsi gələcəyi həmişəkindən daha aydın oldu", - o bildirib.
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru, akademik Viktor Sa
"NUR Art House" qalereyasında Azərbaycan xalqının Ümummilli Lider
Göyçayda güclü külək bir sıra fəsadlar törədib.
Köhnə binalarda mənzillərin qiyməti 30-35 min manat bahalaşıb.
Dünyaca məşhur model Emili Ratajkovski Analar günü ilə bağlı paylaşım
Bakıda mayın 7-də 73 yaşlı kişinin qətlə yetirilməsi barədə yayılan
Özbəkistanda Ulu Öndərin xatirəsi dərin hörmətlə yad olunur və dahi ş
Beynəlxalq Muğam Mərkəzində məşhur müğənni Cəlal Abbasov və pianoçu
Son.az "Yemək fəlsəfəm" youtube kanalına istinadən oxucularına
Müsəlman Birliyi Hərəkatının daha bir üzvü həbs edilib.
Qardaş Türkiyədə mayın 14-də keçirilən seçkilər bəli olduğu kimi, t
Türkiyədə prezident seçkiləri ikinci tura qaldı.
Müğənni Türkan Vəlizadənin yarıqlı libası müzakirə yaradıb.
Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezid