Türkiyədə prezident seçkiləri ikinci tura qaldı
Digərləri 15 May 2023 16:44:00 338 0
Türkiyədə prezident seçkiləri ikinci tura qaldı.
Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Ali Seçki Şurasının sədri Ahmet Yener deyib
Türkiyədə prezident seçkilərində səslərin hesablanmasına görə, Rəcəb Tayyib Ərdoğan 49,50% səs, Kamal Kılıçdaroğlu 44,89%, Sinan Oğan 5,17%, Məhərrəm İncə isə 0,44% səs toplayıb.
İlk seçkidə ən çox səs toplayan iki namizəd mayın 28-də keçiriləcək ikinci səsvermədə mübarizə aparacaq.
Qeyd edək ki, ikinci tur namizədlərdən heç birinin 50 faizdən çox səs qazanmadığı halda baş verir.
Seçkilər ikinci tura keçəcəyi təqdirdə seçicilər birinci turda səs verdikləri məntəqələrdə yenidən seçkiyə gedəcəklər. Seçkinin birinci turunda səs verməyən seçicilər ikinci turda öz səslərini verə biləcəklər.
Xatırladaq ki, ötən gün Türkiyədə prezident və parlament seçkiləri keçirilib.
Türkiyə prezidenti, Ədalət və İnkişaf Partiyasının (AK Parti) rəhbəri Rəcəb Tayyib Ərdoğan, Ata İttifaqının namizədi Sinan Oğan və Cumhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunun namizədliyi təsdiqlənib.
Bununla yanaşı Türkiyə Böyük Millət Məclisinə 87 seçki dairəsində 600 millət vəkili seçiləcək. Seçkilərdə 24 partiya və 151 müstəqil namizəd iştirak edib.
Türkiyə ərazisində 191 mindən çox seçki qutusu qurulub. Ölkə daxilində 60 milyon 697 min 843 seçici qeydə alınıb. Onlardan 5 milyona yaxını ilk dəfə səs verənlərdir.
Müğənni Türkan Vəlizadənin yarıqlı libası müzakirə yaradıb.
Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezid
Arpa, buğda, kəpək kimi dənli bitkilərin qiymətində enmə müşahidə olu
Mayın 15-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi
Bakıda "Toyota Prius" markalı avtomobillər bir-birinə çırpılıb
Türkiyə xalqı ötən gün tarixinin növbəti sınağından üzü ağ çıxma
Sizin (Prezident İlham Əliyev - red.) kimi böyük dünya lideri ilə görüş
Almaniyada bir dönəmə damğa vuran erotik film ulduzu Annina Semmelhek millə
Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi (BB altqrupu) üzrə mayı
Azərbaycan İslam həmrəyliyini hər zaman dəstəkləyib.
Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezid
Bakı Ağır Cinayətlər Məhkəməsində 13 yaşlı qardaşı qızını oğurl
Ulu Öndər Azərbaycanın ərəb ölkələri ilə münasibətlərinin inkişaf�
Sabunçu Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əmək