Müdafiə Nazirliyində xidməti müşavirə keçirilib
Siyasət 15 May 2023 15:52:00 282 0
Mayın 15-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib. Müşavirədə nazir müavinləri, qoşun növü komandanları, nazirliyin baş idarə və idarə rəisləri, həmçinin hərbi birlik komandirləri iştirak ediblər.
Bu xəbəri də oxu: Paşinyanın son təklifi: Bakının bu tələbini qəbul etdi
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları müşavirə iştirakçılarına çatdırıb.
Azərbaycan-Ermənistan şərti sərhədi və Qarabağ iqtisadi rayonunda mövcud əməliyyat şəraiti təhlil edilib. Kəlbəcər istiqamətində baş vermiş son döyüş toqquşmalarına toxunan müdafiə naziri qarşı tərəfə layiqli cavab verildiyini, Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatların genişlənməsinin qarşısının qətiyyətlə alındığını və ona xeyli zərər vurulduğunu qeyd edib. Nazir baş verə biləcək silahlı insidentlərə qarşı bundan sonra da sərt cavab tədbirlərinin görülməsi barədə aidiyyəti vəzifəli şəxslərə göstəriş verib.
Müşavirədə qış dövrü ərzində qoşunların döyüş hazırlığı və hərtərəfli təminatı məsələləri müzakirə edilib, qarşıda duran bir sıra tapşırıqlar qoşun növü komandanlarına çatdırılıb.
General-polkovnik Z.Həsənov Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Raket və Artilleriya Qoşunları, Xüsusi Təyinatlı Qüvvələr və digər hərbi hissələrin əməliyyat planlarının dəqiqləşdirilməsi, habelə qoşunların qarşılıqlı fəaliyyətdə keçirilən intensiv təlim və məşqlərinin keyfiyyətinin daha da artırılmasının vacibliyini vurğulayıb.
Sonda müdafiə naziri bütün növ döyüş təminatı bölmələrinin gücləndirilmiş hazırlığına xüsusi diqqətin yetirilməsini tapşırıb.
Bakıda "Toyota Prius" markalı avtomobillər bir-birinə çırpılıb
Türkiyə xalqı ötən gün tarixinin növbəti sınağından üzü ağ çıxma
Sizin (Prezident İlham Əliyev - red.) kimi böyük dünya lideri ilə görüş
Almaniyada bir dönəmə damğa vuran erotik film ulduzu Annina Semmelhek millə
Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi (BB altqrupu) üzrə mayı
Azərbaycan İslam həmrəyliyini hər zaman dəstəkləyib.
Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezid
Bakı Ağır Cinayətlər Məhkəməsində 13 yaşlı qardaşı qızını oğurl
Ulu Öndər Azərbaycanın ərəb ölkələri ilə münasibətlərinin inkişaf�
Sabunçu Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əmək
AZAL QSC-nin tərkibinə daxil olan "Buta Airways" aviaşirkətinin J2
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Xətai rayonunda ağacların kəsilm
İranın Sistan və Bəlucistan əyalətində İslam İnqilabı Keşikçiləri K