Ermənistanın ərazi bütövlüyümüzü qəbul etməsi müstəsna əhəmiyyət kəsb edir
Siyasət 15 May 2023 11:34:00 250 0
Avropa İttifaqı Şurasının Prezidentinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti və Ermənistanın Baş naziri arasında bu formatda 14 may tarixli sayca beşinci görüşü iki ölkə arasında normallaşma gündəliyinin irəlilədilməsi baxımından faydalı və nəticə yönümlü hesab edirik.
Bu xəbəri də oxu: Belçikalıların Kralı İlham Əliyevə başsağlığı verib
Bu barədə Son.az-a Xarici İşlər Nazirliyindən bildirilib.
"İlk növbədə, müxtəlif müdaxilə və şərtləndirmə cəhdlərinə görə 9 aya yaxın müddətdə fasilə verilən "Brüssel formatı"nda görüşün yenidən keçirilməsi tərəflər arasında ən yüksək səviyyədə dialoqun təşviqi baxımından əhəmiyyət kəsb edir.
Görüş zamanı, Azərbaycan və Ermənistan arasında ikitərəfli sülh sazişi layihəsinin razılaşdırılması, sərhədlərin delimitasiyası və kommunikasiyaların bərpası istiqamətləri üzrə konkret nəticələrin əldə edilməsi məqsədilə ətraflı fikir mübadiləsi aparılıb.
Azərbaycan tərəfinin regionda sülh və sabitliyin təmin edilməsi ilə bağlı prinsipial mövqeyi bir daha tərəf-müqabillərin diqqətinə çatdırılıb. Xüsusilə, dövlətlərin ərazi bütövlüyünə hörmətin bir daha təsbit edilməsi, bu kontekstdə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün Ermənistan tərəfindən də qəbul edilməsi müstəsna əhəmiyyət kəsb edir.
Görüş həmçinin münaqişədən sonrakı normallaşma baxımından vacib olan humanitar məsələlərin müzakirəsi üçün bir fürsət təşkil edib. Bu kontekstdə, xüsusilə itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi və minasızlaşdırma sahələrində addımlar atılmasının sürətləndirilməsinin vacibliyi bir daha vurğulanıb.
Azərbaycan və Ermənistan arasında bir-birinin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərinin qarşılıqlı tanınması və hörmət edilməsi əsasında münasibətlərin normallaşdırılmasının regionda davamlı sülh və sabitliyin təmini üçün yeganə yol olduğunu bəyan edirik.
Bu istiqamətdə münasibətlərin normallaşması üçün tərəqqi əldə edilməsinə dəstək verən səyləri alqışlayır, bu məqsədi güdən beynəlxalq tərəfdaşlarla dialoqu və qarşılıqlı fəaliyyəti davam etdirməyə hazır olduğumuzu bir daha təsdiq edirik",- deyə qeyd edilib.
Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezid
Londonun (İngiltərə) "Gatwick" hava limanının işi aeroportun yax
Hazırda Türkiyə daxilində 27 sandıq açılmayıb.
Rusiya Ukraynaya qarşı müharibəni geosiyasi baxımdan artıq uduzdu və indi
Son günlərdə müxtəlif kütləvi informasiya vasitələrində Bakı şəhər
"Avroviziya" təmsilçilərimizdən olan Safurə Əliyeva ailəsi ilə
Ötən il Çağlar Ökten ilə ailə quran müğənni və aparıcı Seda Sayan t
Türkiyədə Nazirlər Kabinetinin 16 üzvü parlament seçkilərində qalib gə
"Rəhman mənimlə ailə həyatı qurmaq istəyəndə bilirdim ki, ailəsi,
Türkiyədə prezident və parlament seçkilərində Azərbaycandan səs verən
Göygöldə qara kəmər ustasını qətlə yetirməkdə ittiham olunan Urfan Rz
Respublikanın bölgələri üzrə pensiyaların ödənilməsi may ayının 16-s
Azərbaycanda hidrogen istehsalı üzrə pilot layihələrin hazırlanması üzr
Ötən gün axşam saatlarından başlayaraq Quba və Qusar rayonunun yüksək d