“İndiyə qədər soruşsaydım ki, niyə evə gec gəlirsən, bəlkə də bu günə qədər ayrılmışdıq...”
Şou-biznes 15 May 2023 09:51:00 306 0
"Rəhman mənimlə ailə həyatı qurmaq istəyəndə bilirdim ki, ailəsi, 4 uşağı var. Öz-özümə dedim ki, bu izdivac baş tutmaz, ona ərə getmək istəmirəm. Anam da bildi, nə o, nə də ki, qardaşlarım razı oldu. Mənə bir kəlmə dedilər ki, ailə dağıtmaq yaxşı şey deyil. Sən demə o çoxdan ayrılmışdı, biz amma bilmirdik. Sonra anama da, qardaşlarıma da dedilər ki, ayrılıb. Məni yolda gördü, yenidən təklif etdi. Dedim ki, "sənə ərə gəlməyə qorxuram", çünki yoldaşını da, uşaqlarını da tanıyırdım. Çox fikirləşdim, o dəqiqə "hə" demədim. Yeznəmə dedilər ki, "Rəhman Gülbikəni istəyir, o necə oğlandır?" Dedi ki, "Rəhman çox yaxşı insandır". Yeznəm razılıq verəndən sonra mən də, anam da razılıq verdik".
Bu xəbəri də oxu: Elxan Şirinov kimdir? Sağ tərəfini qurban verən, buna görə dostlarını itirən sentimental kişi
Son.az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında əməkdar artist Rəhman Rəhmanovun həyat yoldaşı Gülbikə Rəhmanova deyib.
"30 ilə yaxındır ki, ailə həyatı qurmuşuq. Hələ bir dəfə də Rəhman xətrimə dəyməyib. Xətrimə dəysə belə heç vaxt üzünə vurmaram, danışmaram. Onu özümdən də çox istəyirəm. O mənim həm anamdır, həm atamdır, həm də həyat yoldaşım. Mənim övladım olmayıb, onu həm də özümə bir övlad bilirəm. Ona balam kimi baxıram. Təki hamının sevgisi, həyatı bizim kimi olsun. İstəmərəm ki, onun ayağına bir daş dəysin" deyə həyat yoldaşı Gülbikə xanım deyib. O, aktyor həyat yoldaşını heç vaxt qısqanmadığını bildirib.
"Əvvəllər tamada gedirdi, toy saat 12-də qurtarırdı, bu gəlirdi saat 3-də. Kişi xeylağıdır, axşam evinə gəlirdi də. Mən ondan soruşmaram ki, niyə gecə gəldin? Heç vaxt da soruşmamışam. Soruşsaydım, bəlkə də indiyə qədər soyuq olardı münasibətimiz, ayrılardıq. Özü bilər. Qısqanclıq məndə yoxdur. Aktyordur, aktrisalarla öpüşüb-görüşür. Bu onun işidir. Durub deyim ki, niyə görüşürsən?! Mən bilirdim ki, kiminlə evlənirəm. Bilirdim ki, 4 uşaq üstünə gedirəm. Bilirdimsə demək ki, bunu da öhdəmə götürməli idim. Övladları ilə münasibətim çox yaxşıdır. Onlara elə şərait yaratmışam ki, məni öz analarından ayırmayıblar. Hamısı balalarımdır. Heç vaxt oturub fikirləşməmişəm ki, mən niyə 4 uşaq üstünə getdim?! Onlardan bir pislik görməmişəm, peşman deyiləm" deyə sənətkarın xanımı bildirib.
Son.az
Türkiyədə prezident və parlament seçkilərində Azərbaycandan səs verən
Göygöldə qara kəmər ustasını qətlə yetirməkdə ittiham olunan Urfan Rz
Respublikanın bölgələri üzrə pensiyaların ödənilməsi may ayının 16-s
Azərbaycanda hidrogen istehsalı üzrə pilot layihələrin hazırlanması üzr
Ötən gün axşam saatlarından başlayaraq Quba və Qusar rayonunun yüksək d
Londonun (İngiltərə) "Gatwick" hava limanının işi aeroportun yax
Mütəxəssis astroloqların fikrincə, bəzi bürclər ilanlar kimi məkrli ola
ABŞ prezidenti Co Bayden cümə axşamı Yaponiyaya səfər etdikdən sonra ba�
Azərbaycan-Ermənistan şərti sərhədinin Kəlbəcər-Basarkeçər istiqamət
Orada fövqəltəbii heç nə yoxdur, bu, COVİD-19 deyil. Sadəcə, insan xəst
Türkiyədə səsvermə prosesi bitdikdən sonra səslərin sayılması davam ed
"Seçkilərin nəticələri yaxşı olacaq, narahat olmayın".