Elxan Şirinov kimdir? Sağ tərəfini qurban verən, buna görə dostlarını itirən sentimental kişi
Şou-biznes 22 Noy 2024 06:54:00 48 0
Son.az lent.az-a istinadən "Bioqrafiya" rubrikasında müğənni Elxan Şirinov barədə məlumat verir.
Bu xəbəri də oxu: Mələkxanımın qızı qaynanasının şəklini paylaşıb
- Elxan Şirinov harada və nə zaman anadan olub?
Elxan Şirinov 1 sentyabr 1963-cü ildə İmişlidə anadan olub.
- Elxan Şirinov harada ali təhsil alıb?
Elxan Şirinov Azərbaycan Dövlət Xarici Dillər Universitetində alman və ingilis dili müəllimi ixtisası üzrə təhsil alıb. Filologiya üzrə fəlsəfə doktoru olan Elxan Şirinov həm də dosent və amerikaşünasdır.
- Elxan Şirinov nə zamandan musiqi karyerasına başlayıb?
1990-cı illərdə lirik mahnılarla efirə çıxan Elxan müəllim tez populyarlaşdı və sevildi.
- Elxan Şirinov özünü müəllim yoxsa müğənni hesab edir?
"Çox vaxt mənə müğənni deyəndə acığıma gəlir. Baxmayaraq ki, mənə doğma olan, məni həyatda yaşadan musiqidir. Musiqi ilk gündən mənim varlığımda var. Amma ikinci qazandığım müəllimlik peşəsini də çox sevirəm" deyə o bir müsahibəsində bildirib.
- Elxan Şirinov ən çox hansı ifasını sevir?
Bu suala belə cavab verib: "Bilsəydim, indiyə qədər 100-150 mahnı yazmazdım. Yəni lentə aldırmazdım. Bir ildən bir, bir-iki mahnı oxuyardım. O da sadəcə mənim təbiətimdən, xasiyyətimdən irəli gəlib. Kimlərisə qırmaq, geri qaytarmaq istəməmişəm və həmin mahnıları oxumuşam. Amma yaradıcılıq şəxsi münasibətləri sevmir. - "Sən ağlama", "Qurbanın olum", "Sənsiz", "Başqa birisini sevə bilməzsən", "Mən yenə axşamları tək dolaşıram" mahnısı ruhuma daha yaxın oldu. Xüsusilə axırıncı mahnının sözləri mənə çox təsir edir. 2006-2008-ci illər arası gözləyirdim ki, görəsən əməliyyatımın nəticəsi necə olacaq? O da 2008-ci ildə həyata keçdi və çox şükür, nəticələr yaxşı oldu. Bu axırıncı oxuduğum mahnını bəlkə də o iki ilə həsr etdim. Yəni o iki ildə çox tək oldum...".
- Elxan Şirinovun xəstəliyi nədir?
Elxan Şirinov yaradıcılığının ən məhsuldar dövründə ağır xəstəlikdən əziyyət çəkir, bir müddət efirlərdə görsənmir. Onun haqqında müxtəlif şayiələr dolaşır. Kimisi onun infarkt, kimisi insult keçirdiyini deyir. Uzun zamandan sonra müğənni yenidən efirlərdə görünməyə başlayır. Amma bu dəfə tamaşaçılar onun sağ tərəfinin hərəkətsiz olduğunu sezirlər. Uzun müddət xəstəliyi barədə susan müğənni nəhayət müsahibələrinin birində bu haqda deyir: "Hər şeydə özüm günahkaram. Mənim elə sağ tərəfim zəifdir. Beyindən əməliyyat olundum. Orda üzüm buğumu artıq damarlar vardı, onlar ləğv olunmalı idi. İki hissədən ibarət əməliyyat idi. Biri 1997-ci ildə oldu, 1999-cu ildə qurtardı. O biri əməliyyatım isə 2006-cı ildə başlayıb, 2008-ci ildə bitdi. Moskvadan tam hesabat verdilər ki, mən tam sağlam insanam. Bu əməliyyatların fəsadı sağ tərəfimin zəifliyi ilə nəticələndi. Həkim dedi ki, sən özün sağ tərəfini qurban verdin. Mən ömür boyu qorxu ilə yaşaya bilməzdim. Əməliyyat olunmalıydım ki, sağlam yaşaya bilim". O iki dəfə beyin əməliyyatı keçirdiyi üçün sağ tərəfi hərəkətsiz qalıb.
- Elxan Şirinovun mahnıları nakam sevgiyə həsr olunub. Həyatda sonu ayrılıqla bitən bir sevgi yaşayıb?
Vətəndaşlar artıq "mygov" tətbiqi vasitəsilə onlayn qaydada nik
Tanınmış plastik cərrah Dilqəm Məhərrəmov xanımların bədən nahiyəl�
Türkiyəli professor Süleyman Pampal İstanbulda zəlzələ ola bilmə ehtimal
Qadınlar çox şeyə dözməyə hazırdırlar. Amma bəzən kişilər o qədər
Avadanlığın uzun müddət fəaliyyət göstərməsi üçün xüsusi qaydalara
"Deha" serialının baş rolunu canlandıran aktyor Aras Bulut İyneml
Helsinki Universitetinin alimləri müəyyən ediblər ki, qadınlarda hər iki
Xalq artisti Zülfiyyə Xanbabayeva istirahət üçün Dubaya üz tutub.
Dünyanın ən uzun və ən qısa qadını bir araya gəlib.
Vaşinqton administrasiyası Rusiyanın hərəkətlərindən asılı olmayaraq U
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti bir sı
Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycan və Ermənistanı sü
2024-cü il üçün dünyanın ən güclü hərbi donanmalarına malik ölkələ
Hər zaman aktual olan əsas sosial mövzulardan biri də uşaqpulu məsələsid