Azərbaycanda hidrogen istehsalı üzrə pilot layihələrin hazırlanması üzrə işlər gedir FOTO


Digərləri 15 May 2023 09:19:00 310 0

Azərbaycanda hidrogen istehsalı üzrə pilot layihələrin hazırlanması üzrə işlər gedir  FOTO

Azərbaycanda hidrogen istehsalı üzrə pilot layihələrin hazırlanması üzrə işlər gedir.

Bunu Trend-ə özəl müsahibəsində Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev deyib.

"Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) dəstəyi ilə Advision şirkəti tərəfindən Azərbaycanın hidrogen potensialının qiymətləndirilməsi ilə bağlı təhlil yekunlaşıb. Hesabatda çox müsbət fikirlər yer alıb. Bundan başqa, Dövlət Neft Şirkətində (SOCAR) də bu sahədə təhlillər aparılır. Azərbaycandan hidrogenin ixracı ilə bağlı dörd variant mövcuddur. Birincisi, biz Cənub Qaz Dəhlizi vasitəsilə təbii qaz və hidrogen qarışığını ixrac edə bilərik. İkincisi, hidrogen ixracı üçün ayrıca boru tikilə bilər. Üçüncüsü, yaşıl enerjini ixrac edib elektrolayzerləri istehlakçıya yaxın yerdə quraşdırmaq olar. Dördüncüsü, başqa məhsulları, məsələn ammoniyanı istehsal edib ixrac etmək olar. Hazırda hidrogen üzrə pilot layihələrin hazırlanması tapşırığı üzrə işlər gedir", - Abdullayev bildirib.

Cavid Abdullayev qeyd edib ki, hazırda alternativ enerji sahəsində üç pilot layihə həyata keçirilir.

"Bunlardan biri bp ilə reallaşdırılan kompleks layihədir. Masdar və ACWA Power ilə birgə həyata keçirilən layihələr bir-birinə banzərlik təşkil etsə də, bp ilə birgə layihəmiz tam fərqlidir. Belə ki, bu kompleks layihədə dekarbonizasiya ilə bağlı hədəflər yer alır. bp bu layihəni işğaldan azad olunmuş ərazilərdə həyata keçirir. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi artıq bp-nin "Şəfəq" günəş elektrik stansiyası layihəsinin reallaşdırılacağı ərazini tam şəkildə minalardan təmizləyib. Layihə çərçivəsində sənaye miqyası məsələlərin həllinə start verilib. bp layihə üzrə geotexniki tədqiqatlara başlayıb. Burada kifayət qədər dərin tədqiqatlar və ölçmələr aparılmalıdır. Biz artıq layihə çərçivəsində yerdə işlərə başlamışıq. Proses gözlənilən sürətlə davam edir", - o əlavə edib.

Onun sözlərinə görə, imzalanacaq müqavilələrin əsas parametrləri ilə bağlı danışıqlara başlanılıb.

"Çoxlu sayda müqavilələr imzalanmalı, şərtlər müəyyən olunmalıdır. Onlar kifayət qədər mürəkkəb müqavilələrdir və sırf Azərbaycanın hüquq sistemi, qanunvericilik bazası üzərində qurulur. Bu müqavilələr neft-qaz sahəsində imzalanan pay bölgüsü sazişlərindən əhəmiyyətli dərəcədə fərqlənirlər. Pay bölgüsü sazişlərindən fəqli olaraq, bu müqavilələr Milli Məclisdə qanun statusu alırmırlar. Bizim mövcud qanunlarımız, formalaşmış investisiya mühiti 100 milyonlarla investisiya yatırılmasına şərait yaradır. Bu layihələrin digər layihələrimizdən ən böyük üstünlüyü bundan ibarətdir. Bu layihələr bizim qanunvericilik sisteminin investor üçün şəffaf şərtlər yaratdığını aydın şəkildə ortaya qoyur", - Abdullayev bildirib.

O əlavə edib ki, Masdar şirkəti ilə Qaradağ günəş elektrik stansiyası layihəsi üzrə işlər çox uğurla davam etdirilir.

"İşlər artıq yekun fazaya daxil olub. GES-in ilin sonuna qədər istismara verilməsi nəzərdə tutulub. Layihə çərçivəsində yolların çəkilməsi başa çatdırılıb, kilometrlərlə ərazi hasarlanıb, günəş panellərinin yerləşdirilməsi üçün ərazi düzləşdirilib. Yarımstansiyanın tikintisi tam sürətlə gedir. İstehsal olunmuş günəş panelləri tədricən sahəyə gətirilir. Layihə çərçivəsində qurulacaq panellərin sayı 500 000 çoxdur. Layihə üçün ayrılmış torpaq sahəsi 550 hektar təşkil edir. Masdar şirkəti ilə birbaşa razılaşmalar artıq imzalanıb", - Cavid Abdullayev deyib.

ACWA Power şirkəti ilə reallaşdırılan Xızı-Abşeron külək elektrik stansiyası layihəsinə gəldikdə, onun sözlərinə görə, şirkətin tikinti işləri ilə məşğul olan nümayəndələri bu yaxınlarda layihənin həyata keçirildiyi sahəyə baxış keçiriblər.

"Artıq mobilizasiya işlərinə start verilib. Ümid edirəm ki, bu layihə üzrə də işlərin sürətli gedişinin şahidi olacağıq", - o bildirib.

Abdullayev vurğulayıb ki, pilot layihələrlə yanaşı 25 qiqavatlıq icra müqavilələri var.

"Bu layihələr çərçivəsində istehsal olunacaq elektrik enerjisi Azərbaycan bazarı üçün həddindən artıq çoxdur. Bu enerji ya hidrogen və ya dekarbonizasiya töhvə verəcək digər formalara çevrilməli və ya ixrac olunmalıdır. Hazırda ixrac üçün iki marştrut nəzərdən keçirilir. Bunlardan biri Qara Dənizin dibi ilə kabel vasitəsilə elektrik enerjisinin ötürülməsini nəzərdə tutur. Layihə üzrə dördtərəfli rəhbər komitənin ikinci iclası da keçirilib. Bu komitənin katibliyi funksiyasını Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi həyata keçirir. Layihə üzrə işlər çox sürətlə gedir, məsləhətçi şirkətin cəlb olunması planlaşdırılır. Texniki tapşırığın formalaşdırılması işləri yekun mərhələdədir. Bundan sonra məsləhətçi şirkət cəlb olunacaq. Bu il ərzində tenderin elan olunması planlaşdırılır. Digər maşrut isə Zəngəzur dəhlizi ilə azad olunmuş ərazilərdən və Naxçıvandan keçməklə Türkiyəyə və Avropa bazarlarına ixracı nəzərdə tutur. Türkiyənin özü də bu sahədə çox böyük və cəlbedici bazardır. Qeyd etmək lazımdır ki, Naxçıvanın xüsusilə günəş enerjisi sahəsində çox böyük potensialı var. Bir çox şirkətlər istehsalla yanaşı, həm də bu enerjini Türkiyə bazarına çıxarmaqda maraqlıdırlar. Bu istiqamətdə çox ciddi işlər gedir. Naxçıvanda alternativ enerji üzrə layihələrin icrası ilə bağlı işçi qrup formalaşıb və biz bu işçi qrupuna öz təkliflərimizi təqdim etmişik. Burada söhbət əsasən günəş enerjisindən gedir, lakin külək enerjisi potensialı da mövcuddur. Buna görə də, hibrid stansiyaların olması daha məqsədəuyğundur. Naxçıvan üçün saxlanc qurğularının əhəmiyyəti artıb və şirkətlərin bir qisminin təkliflərində xüsusi saxlanc qurğularının qurulması da yer alıb. Ümumilikdə Azərbaycanın enerji sistemində ən mühüm məsələlərdən biri saxlanc sistemlərinin formalaşdırılmasıdır. Bu Naxçıvanda planlaşdırılır, çünki enerji sistemi kompaktdır, həm Türkiyə enerji bazarına coğrafi baxımdan yaxındır", - o əlavə edib.

Azad olunmuş ərazilərdə yaşıl enerji zonasının yaradılması üzrə həyata keçirilən işlərdən danışan Abdullayev bildirib ki, bu kosepsiyaya əsasən həmin ərazilərdə istehlak olunan elektrik enerjisi yalnız bərpa olunan enerji mənbələrindən alınacaq.

"Bura "Xudafərin", "Qız qalası" su elektrik stansiyaları, buradan axan çayların böyük hidroenerji potensialı, 10 qiqavat civanında günəş və külək potensialı bura aiddir. Burada bioenerji ilə bağlı müəyyən layihələr həyata keçirilir. Bütün rayon mərkəzləri qazlaşdırılacaq və bu istiqamətdə işlər gedir. Azad olunan ərazilərdə tikiləcək və yenidən qurulacaq kəndlərdə hər bir evin damında 3 kilovatt gücündə günəş panelləri quraşdırılacaq. Bununla bağlı normativ-texniki sənədlər hazırlanıb, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi layihələndirmə mərhələsində bu prosesə tam şəkildə nəzarət edir. Eyni zamanda Fövqəladə Hallar Nazirliyi də ekspertiza mərhələsində dəstək olur. Burada tamamilə başqa texnologiyalardan istifadə olunacaq. İstilik enerjisinin alınması üçün texnologiyalar tətbiq olunacaq. İctimai binaların damında günəş enerji panellərinin quraşdırılması birmənalı şəkildə bütün layihələndirilən binalar üçün nəzərdə tutulur", - o qeyd edib.

Abdullayev həmçinin alternativ enerji layihələri üzrə auksionların keçirilməsi məsələsinə də toxundu.

"Alternativ enerji layihələri ilə bağlı auksionların keçirilməsi "Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında" qanunda öz əksini tapıb. Bu qanunun ikinci dərəcəli qanunvericilik aktlarının qəbulu tələb olunur. Bura həmçinin elektrik enerjisi istehsalçısının seçilməsi qaydası da daxildir. Bu qayda bütün razılaşdırılma proseslərindən keçib və onun formalaşdırılması son mərhələdədir. Ümid edirəm ki, yaxın zamanlarda bu qayda təstiq olunacaq. Bundan başqa, hərracın keçiriləcəyi ərazi müəyyən olunmalıdır. Seçilmiş ərazinin bərpa olunan enerji mənbələri zonası kimi elan olunması üçün bütün razılaşdırılma proseduru yekunlaşıb, yaxın günlərdə bununla bağlı qərarın qəbul olunması gözlənilir. Burada söhbət auksion keçiriləcək 100 hektarlarla ərazidən gedir. Həmin ərazinin torpağı kənd təsərrüfatına yararsız torpaq olmalıdır. Bütün ekoloji normalar gözlənilməlidir. Auksionların keçirilməsində bizə Avropa Yenidənqurma və İnkişaf Bankı dəstək verir. İnvestorlarla imzalanacaq müqavilələrin layihələri də hazırdır. Biz auksionların elan olunmasına tam hazırıq. Çox qısa müddətdə, ümid edirik ki, ilin ikinci yarısından da əvvəl auksionların elan edilməsi gözlənilir", - o, qeyd edib.

Quba və Qusara qar yağıb like
  • 15 May 09:14  
Digərləri Quba və Qusara qar yağıb

Ötən gün axşam saatlarından başlayaraq Quba və Qusar rayonunun yüksək d

arrow Ətraflı
Londonda həyəcanlı anlar: Aeroport bağlandı like
  • 15 May 08:52  
Dünya Londonda həyəcanlı anlar: Aeroport bağlandı

Londonun (İngiltərə) "Gatwick" hava limanının işi aeroportun yax

arrow Ətraflı
Bakıda maskalı adam qadına like
  • 15 May 08:37  
Kriminal Bakıda maskalı adam qadına

Bakının Sabunçu rayonunda quldurluq hadisəsi baş verib.

arrow Ətraflı
Bakının bu yollarında tıxac yaranıb  SİYAHI like
  • 15 May 08:25  
Digərləri Bakının bu yollarında tıxac yaranıb SİYAHI

Bakının bir sıra yollarında tıxac yaranıb.

arrow Ətraflı
Bu 3 bürcdən ehtiyatlı olun like
  • 15 May 08:22  
Digərləri Bu 3 bürcdən ehtiyatlı olun

Mütəxəssis astroloqların fikrincə, bəzi bürclər ilanlar kimi məkrli ola

arrow Ətraflı
Bayden Yaponiyanın baş naziri ilə Xirosimada görüşəcək like
  • 15 May 08:15  
Dünya Bayden Yaponiyanın baş naziri ilə Xirosimada görüşəcək

ABŞ prezidenti Co Bayden cümə axşamı Yaponiyaya səfər etdikdən sonra ba�

arrow Ətraflı
Azərbaycan istəyinə çatdı  Paşinyan daha iki dəfə düşünə bilməyəcək! like
  • 15 May 08:07  
Siyasət Azərbaycan istəyinə çatdı Paşinyan daha iki dəfə düşünə bilməyəcək!

Azərbaycan-Ermənistan şərti sərhədinin Kəlbəcər-Basarkeçər istiqamət

arrow Ətraflı
Rusiya Lukaşenkonun səhhətinin pisləşdiyini təsdiqlədi like
  • 15 May 07:52  
Dünya Rusiya Lukaşenkonun səhhətinin pisləşdiyini təsdiqlədi

Orada fövqəltəbii heç nə yoxdur, bu, COVİD-19 deyil. Sadəcə, insan xəst

arrow Ətraflı
Muharrem İncenin partiyası kollektiv şəkildə istefa verdi like
  • 15 May 07:45  
Dünya Muharrem İncenin partiyası kollektiv şəkildə istefa verdi

Türkiyədə səsvermə prosesi bitdikdən sonra səslərin sayılması davam ed

arrow Ətraflı
“Biz prezidentimizə inanırıq”  Çavuşoğlu like
  • 15 May 07:37  
Dünya “Biz prezidentimizə inanırıq” Çavuşoğlu

"Seçkilərin nəticələri yaxşı olacaq, narahat olmayın".

arrow Ətraflı
Baydendən Türkiyədəki seçkilərə reaksiya like
  • 15 May 07:30  
Dünya Baydendən Türkiyədəki seçkilərə reaksiya

ABŞ Prezidenti Co Bayden Türkiyədəki seçkiləri ilk dəfə şərh edib.

arrow Ətraflı
Türkiyədəki seçki təcrübəsi bütün dünyaya nümunədir  Ömər Çelik like
  • 15 May 07:14  
Dünya Türkiyədəki seçki təcrübəsi bütün dünyaya nümunədir Ömər Çelik

Türkiyədəki seçki təcrübəsi bütün dünyaya nümunədir.

arrow Ətraflı
Türkiyə Parlamentində üstünlük əldə etmişik  Ərdoğan like
  • 15 May 07:07  
Dünya Türkiyə Parlamentində üstünlük əldə etmişik Ərdoğan

Türkiyə Parlamentində üstünlük əldə etmişik.

arrow Ətraflı
Corc Soros öldü like
  • 15 May 07:00  
Dünya Corc Soros öldü

Milyarder, Soros Fondunun rəhbəri Corc Soros infarkt nəticəsində öldüyü

arrow Ətraflı