Özünü idarə edən elektrikli qayığın sınaqlarına başlanıldı
Digərləri 14 May 2023 22:44:00 290 0
Dubay hakimiyyəti elektrik enerjisi ilə işləyən avtonom qayığın sınaqlarına başlayıb. Yeni qayıq saatda 13 kilometr sürət yığa bilir və ənənəvi üslubda hazırlanıb.
Bu xəbəri də oxu: Ərdoğandan daxili işlər nazirinə hücuma
Son.az bizim.media-ya istinadən xəbər verir ki, bu barədə Dubay hökumətinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilib.
"Dubayın Yollar və Nəqliyyat İdarəsi səkkiz nəfəri daşıya bilən "ilk pilotsuz elektrikli qayığın" sınaqlarına başlayıb. Qayıq idarənin Əl Qarhuddakı dəniz nəqliyyatının texniki xidmət mərkəzində istehsal edilib", - deyə vurğulanıb.
Yollar və Nəqliyyat İdarəsinin baş direktoru və Direktorlar Şurasının sədri Mattar əl-Tayer bildirib ki, qayıq dizellə işləyən modellərlə müqayisədə sıfır emissiyaya malikdir, səs-küysüzdür, eyni zamanda, qənaətcildir.
Özünü idarə edən qayıq maksimum 13 kilometr/saat sürət yığmasına imkan verən iki elektrik mühərriki, həmçinin yeddi saat işləməyi təmin edən dörd litium batareyası ilə təchiz edilib.
Qayıq dalğaları və küləkləri nəzərə almaqla avtonom idarəetmə sistemi ilə təchiz olunub. Bununla belə, qayıqda hələ də sistemin işinə nəzarət edən və lazım gəldikdə idarəetməyə müdaxilə edən kapitan da olacaq.
Sadəcə olaraq azaraq qarşı tərəfə keçən əsgərlər, əvvəlki kimi, s�
Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı övladlarına ad günü edir.
Yuxu mücərrəd bir anlayışdır. Yuxu yozmaları və yuxu terminləri ilk yar
Demokratiyamızın gücünü bütün dünyaya göstərdik.
14 may 2023-cü il tarixində xarici işlər nazirinin müavini Elnur Məmmədov
Mayın 14-ü saat saat 20:30-da Ermənistan silahlı qüvvələrinin bölmələr
Ukrayna Silahlı Qüvvələri (SQ) Baxmut şəhəri yaxınlığındakı qəsəb�
Xoş bir qoxu həmişə başqalarında da xoş təəssürat yaradır. Ümumiyyə
Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyanla görüşdə saxlanıla
Azərbaycan və Ermənistan sərhədlərin delimitasiyası üzrə ikitərəfli g