Elnur Məmmədov Erika Olsonla danışıb
Siyasət 14 May 2023 21:25:00 282 0
14 may 2023-cü il tarixində xarici işlər nazirinin müavini Elnur Məmmədov ilə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Erika Olson arasında telefon danışığı baş tutub.
Bu xəbəri də oxu: Naxçıvana maneəsiz keçid belə olacaq: Məqbul variant tapıldı
Xarici İşlər Nazirliyindən Son.az-a verilən məlumata görə, telefon danışığı zamanı tərəflər arasında Azərbaycan-ABŞ ikitərəfli münasibətləri, bölgədə cari vəziyyət, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində atılan addımlar müzakirə edilib.
Nazir müavini Elnur Məmmədov Azərbaycanın Ermənistanla normallaşma, o cümlədən gələcək sülh sazişinin imzalanması istiqamətində əsas təşəbbüs irəli sürən tərəf kimi, prosesin uğurla nəticələnməsində maraqlı olduğunu bildirib. Buna baxmayaraq, Ermənistan tərəfindən sülh prosesinə maneçilik səylərinin, o cümlədən sərhədyanə bölgədə itkilərə səbəb olan son hərbi təxribatlarının danışıqlar üzrə beynəlxalq səylərə xələl yetirmək məqsədi daşıdığı vurğulanıb.
Erika Olson öz növbəsində, bölgədə sülh və sabitliyin bərqərar olunmasının əhəmiyyətini, bunun üçün sülh sazişinin imzalanmasının zəruri olduğunu bildirib. ABŞ tərəfinin Azərbaycan və Ermənistan arasında ikitərəfli əsasda aparılan bu danışıqlara dəstək verməyə daim hazır olduğunu diqqətə çatdırıb.
Telefon danışığı zamanı, qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Mayın 14-ü saat saat 20:30-da Ermənistan silahlı qüvvələrinin bölmələr
Ukrayna Silahlı Qüvvələri (SQ) Baxmut şəhəri yaxınlığındakı qəsəb�
Xoş bir qoxu həmişə başqalarında da xoş təəssürat yaradır. Ümumiyyə
Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyanla görüşdə saxlanıla
Azərbaycan və Ermənistan sərhədlərin delimitasiyası üzrə ikitərəfli g
Türkiyədə keçirilən prezident və parlament seçkilərində 88,47 faiz seç
Azərbaycan və Ermənistan liderləri Almatı bəyannaməsinə sadiqliklərini
Son.az AZƏRTAC-a istinadən bildirir ki, mayın 14-də Azərbaycan Respublikas
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin sabiq rəisi Arif Qaraşovun
Bu gün Türkiyənin prezident və parlament seçkilərində maraqlı hadisə ya