Müasir dəbin YAZILMAMIŞ 10 QANUNU
Digərləri 14 May 2023 19:07:00 323 0
Bu xəbəri də oxu: Kapital Bankın dollar istiqrazlarına abunə yazılışı başladı
Dəbli görünmək üçün paltarlara böyük pullar xərcləmək və hər mövsüm qarderobunuzu yeniləmək lazım olduğunu düşünürsünüzsə, yanılırsınız. Astronomik məbləğ xərcləmədən də buna nail olmaq mümkündür.
Son.az xəbər verir ki, bunun üçün sadəcə aşağıdakı 10 sadə qaydaya əməl etmək kifayətdir.
Etiketləri nümayiş etdirməyin
Geniş ictimaiyyətin diqqətini üstünlük verdiyiniz brendlərə yönəltmək xoşagəlməz hərəkət sayılır. Bu, əsasən 2000-ci illərin əvvəllərində inkişaf etmiş "Louis Vuitton" və digər məşhur brendlərin saxta məhsullarının satışa çıxarılması ilə əlaqədardır. Odur ki, yalnız dünyaca məşhur brendlərin orijinal məhsullarını geyinsəniz də, loqoları gözümüzü deşməli deyil. Etiket nişanları ilə təmtəraqla bəzədilmiş saxta məhsullardan danışmağa belə dəyməz.
Səliqəli olun
Səliqəsizlik stilinizin əsas düşmənlərindən biridir. Buna görə də, həmişə paltarınızın, ayaqqabılarınızın və aksesuarlarınızın vəziyyətinə diqqət yetirin. Onlarda nəzərəçarpacaq ləkələr və aşınma əlamətləri olmamalıdır. Paltarınızın həmişə təmiz və ütülü olması da eyni dərəcədə vacibdir. Paltar ütüləmək sizin üçün əziyyətdirsə, çox qırışan və ya müntəzəm quru təmizləmə tələb edən məhsullar almamağa çalışın.
Çantalara və ayaqqabılara yatırım edin
Xeyr, biz sizə eksklüziv olaraq "Hermès" çantaları və "Burberry" çəkmələrini almağı təklif etmirik, lakin ayaqqabı və aksesuarların keyfiyyəti çox önəmlidir. Əslində imicin əsasını məhz belə aksessuarlar təşkil edir. Təbii və ya süni (lakin yüksək keyfiyyətli) materiallardan hazırlanmış çanta və ayaqqabıları seçin. Bahalı görünməyin yollarını xatırlayın: Siz ucuz brendlərdən paltar ala bilərsiniz, lakin keyfiyyətli detallar sayəsində bütün obrazınız daha yüksək səviyyəli görünəcək.
Bəyazı daha çox geyinin
Çoxlarının şüurunda ağ geyimlər "əlverişli deyil" anlayışına bərabərdir. Lakin yadda saxlayın ki, ümumi ağ dəst həmişə, xüsusilə payız və qışda olduqca effektiv görünür. Hər gün olmasa da, tez-tez ağ geyinməyə dəyər.
Keyfiyyətə diqqət edin
Mas-market markaları fərqlidir: eyni pula beş aşağı keyfiyyətli ağ köynəkdənsə, keyfiyyətli bir ağ köynək almaq daha yaxşıdır. Belə mini-sərmayələr qarderobunuzun ömrünü əhəmiyyətli dərəcədə uzadacaq.
Onlayn alış-verişə laqeyd yanaşmayın
Nüfuzlu markaların onlayn mağazalarına mütəmadi olaraq nəzər salsanız və endirimləri izləsəniz, keyfiyyətli malları nisbətən aşağı qiymətə ala bilərsiniz. Ümumiyyətlə kifayət qədər demokratik brendlər də daxil olmaqla onlayn mağazalarda yüksək keyfiyyətli paltar və aksesuarların, o cümlədən digər məhsulların çeşidi daha genişdir.
Straz və digər ucuz daş-qaşlara üstünlük verməyin
Strazlar və digər ucuz daş-qaşlar olduqca bahalı kutyur paltarları istisna olmaqla, yaşamaq hüququna malikdir. Qalan hər şeydə hər cür "parıltı" ucuz görünür. Xüsusilə bu qayda kütləvi bazara aiddir.
Çox böyük çantaları mümkün qədər uzun səyahətlərdə istifadə edin
Orta və kiçik ölçülü çantalar standart olaraq böyük ölçülü idman çantalarından daha səliqəli, yığcam və daha xoş görünür.
Bütün trendlərə ayaq uydurmaq məcburiyyətində deyilsiniz!
Hər mövsüm tendensiyalarının arxasınca qaçmayın. Ətrafdakı bütün modapərəstlərin geyindiyi bir çox qaynar tendensiyalar adətən tez sıradan çıxır. Lazımsız xərclərdən qaçmağa çalışırsınızsa, o zaman belə mənasız alış-verişlər etməməlisiniz. Gözəl və yüksək keyfiyyətli baza geyimlərinə, eyni zamanda çox "qışqırmayan" məhsullara investisiya etmək daha yaxşıdır.
Qaralmış və ya keyfiyyətsiz aksessuarlar taxmayın
Bir həftədə rəngi qaralan bijuteriyalar sizi bəzəməyəcək, üstəlik "zövqsüz damğası" da yeyəcəksiniz. Bu gün ucuz metallardan hazırlanan kifayət qədər yüksək keyfiyyətli və gözəl bəzək əşyaları istehsal edən bir çox markalar var. (publika)
Mütəxəssislər smartfonların doldurulması zamanı yaranan problemlərin sə
Xanımları ən çox narahat edən qüsurlardan biri də selülitdir. Bu səbəb
Səsvermə prossesi problemsiz şəkildə tamamlanıb.
İranda hökuməti tənqid edən sünni din xadimi Mövlana Məhəmməd Osmanın
Ölkəmizdə səsvermə prosesi demokratik şəkildə tamamlanıb.
Havalar isinməyə başlayanda makiyaj rutinləri dəyişir.
İranın Kerman şəhərində İranın ali rəhbəri Ayətullah Əli Xameneyi v�
Türkiyədə prezident və parlament seçkilərində səsvermə başa çatıb.
Lənkəran rayonunda 1994-cü il təvəllüdlü Namil cinsi əlaqədə olduğu t
Keniyada axtarış xidmətləri aclıqdan ölən "Xoş Xəbər" Beynə
Yorğun keçən günün sonunda və ya yuxusuz gecənin ardından xüsusən də
Avropa Birliyi və G7 ölkələri Rusiyaya qarşı növbəti sanksiyalar paketi
Hər bir geyimlə asanlıqla kombin edilə bilən blazer gödəkcələr bu il d�
"Bu sənin sonuncu fotolarındandır. Hamıya qarşı gülərüz olsan da,