Bığına görə töhmət aldı, həbsdən qorxub Gəncədən qaçdı, arvadından sonra evlənmədi


Kriminal 14 May 2023 14:00:00 279 0

Bığına görə töhmət aldı, həbsdən qorxub Gəncədən qaçdı, arvadından sonra evlənmədi

Son.az Kulis.az-a istinadən Xalq artisti Ağahüseyn Cavadov haqqında maraqlı faktları təqdim edir.

Ağahüseyn Xəlil oğlu Cavadov 1894-cü il aprelin 22-də Bakının Xırdalan qəsəbəsində doğulub. Anası Hürmət xanımın ən böyük arzusu oğlunu savadlı bir insan kimi görmək idi. Bunun üçün də o, oğlunu əvvəlcə mollaxanaya aparır. Daha sonra Ağahüseyn Cavadov Bakıda, "Səadət" məktəbinə daxil olur. 1919-cu ildə həmin məktəbi bitirsə də, maddi vəziyyəti ona təhsilini davam etdirməyə imkan vermir. Məcburiyyət qarşısında qalan Ağahüseyn ailəsinə kömək məqsədi ilə tacir yanında işləməyə başlayır.

İşləməklə bərabər imkan tapan kmi teatr səhnələrində göstərilən tamaşalara baxmağa gedən Ağahüseyn Cavadov sevdiyi aktyorların ifasına heyran qalır. Nə zamansa onlarla birgə səhnəyə çıxacağını arzu edir.

***

1920-ci ildə Azərbaycan Hərbi Komissarlığının Siyasi İdarəsinin yaratdığı teatrın Azərbaycan bölməsində aktyor kimi fəaliyyətə başlayır. Bölməyə Sidqi Ruhulla rəhbərlik edir. Ağahüseyn Cavadov həmin teatrda səhnəyə qoyulan Əbdürrəhim bəy Haqverdiyevin "Bəxtsiz cavan", "Ac həriflər", Soltanməcid Qənizadənin "Xor-xor", "Dursunəli və ballıbadı", Mirmahmud Kazımovskinin "Molla Cəbi", "Daşım-daşım" pyes və vodevillərinin tamaşalarında iştirak edir.

1921-ci ildə yeni yaradılmış Bakı Türk Azad Tənqid-Təbliğ Teatrına dəvət alır. Həmin teatrdakı fəaliyyəti yaradıcılığının ən maraqlı dövrü olur. Sonralar bu teatr Gəncə şəhərinə köçürülür. Aktyor burada "Bəxtsiz cavan", "Pepo", "Namus", "Morqanın qohumu" adlı tamaşalarda çıxış edir.

***

1930-cu illərin sonlarında sovet hakimiyyətinin repressiya siyasəti çoxlarının həyatını məhv edir. Həbslər başlananda Ağahüseyn Cavadovun da başının üstünü təhlükə alır. O, həbs olunacağını hiss edib, bir müddət uzaqlaşmaq, yaddan çıxmaq üçün Gəncəni tərk edib, Bakıya köçür və bununla da repressiyadan canını xilas edə bilir.

***

1938-ci ildə yeni təşkil olunan Azərbaycan Dövlət Musiqili Komediya Teatrına Ağahüseyn Cavadov da dəvət olunur. Beş ildən sonra o, Akademik Milli Dram Teatrının truppasına qoşulur və ömrünün sonunadək bu teatrda işləyir. Burada o, "Nişanlı qız", "Almaz", "Dönüş", "Solğun çiçəklər", "1905-ci ildə", "Həyat", "Yadigar", "Əcəb işə düşdük", "Müfəttiş", "Canlı meyit", "Şeyx Sənan", "Mənim günahım" tamaşalarında maraqlı rollar yaradır.

Ədəbi əsərlərimizin bir çoxunun efirdə və mavi ekranda səslənməsində Ağahüseyn Cavadovun xidməti böyük oldu.

***

Filmlərdə yaddaqalan rollar yaradıb. "Bəxtiyar"da Rza, "Görüş"də Əbülfəz rolu tamaşaçılar tərəfindən çox sevilir.

***

Sonralar o, "O olmasın, bu olsun", "Qızmar günəş altında", "Əhməd haradadır?", "Kölgələr sürünür", "Bir qalanın sirri", "Sehrli xalat", "Şərikli çörək", "İstintaq davam edir", "Mən ki gözəl deyildim", "Bizim Cəbiş müəllim" və s. filmlərdə epizodik, amma yaddaqalan obrazlar yaradır.

Aktyor müsahibələrinin birində öz yaradıcılığı haqqında deyir: "İstedad anadangəlmə olur. Elə ilk dəfə səhnəyə çıxanda başa düşdüm ki, teatra həvəs göstərmək, istedad azdır. Sənətdə qalmaq üçün özünə qarşı yüksək tələbkarlıq və işdə inad göstərmək də vacibdir. Səhnədə mənim müəllimlərim Sidqi Ruhulla, Mirzağa Əliyev və Hacıağa Abbasov oldular. Onlar mənə rol üzərində işləməyi, bu sənətin ifadə vasitələrindən peşəkarcasına istifadə etməyi öyrətdilər".

***

Ağahüseyn Cavadov 1931-ci ildə respublikanın Əməkdar artisti, 1938-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görüldü.

Cavadovla bağlı bir çox maraqlı hadisələr də xatırlanır. Teatrşünas İlham Rəhimli "Səhnəsiz gülüş" kitabında olmuş bir əhvalat barədə yazır:

"Dram Teatrında rejissor Mehdi Məmmədovun quruluşunda Mehdi Hüseynin "Alov" pyesinin tamaşası oynanırmış. Fasilədə aktyorlar bufetdə çay içirlər. Tamaşadakı Bədəl rolunun ifaçısı, Xalq artisti Mustafa Mərdanov taxma bığ ona mane olduğu üçün çıxarıb yanına qoyur. İkinci pərdə başlayır. Gedəndə bığı götürməyi unudur. Xalq artisti Ağahüseyn Cavadov da onunla birgə süfrə arxasında oturubmuş. O, Mustafa Mərdanovun bığı yaddan çıxardığını görür, ancaq bir söz demir. Onlar səhnəyə çıxhaçıxda Ağahüseyn Cavadov istehza ilə gülərək deyir:

- Mustafa, bığın qaldı bufetdə. Mehdi müəllim səni bığsız görüb alnına yağlı töhmət yapışdıracaq.

Mustafa Mərdanov özünü itirmir. Baxır Ağahüseyn Cavadovun üzünə və qəfildən onun taxma bığını qoparıb tez yapışdırır özünün bığ yerinə. Cəld addımlarla səhnəyə gedir. Ağahüseyn Cavadov çaş-baş qalır. Əvvəlki, epizodlarda onu bığlı görmüş tamaşaçılarda gülüş doğuracağından qorxub səhnəyə də çıxmır. Səhəri gün teatrın bildiriş və elanlar lövhəsində "Alov" tamaşasının gedişində səhnə etikasını pozduğuna görə xalq artisti Ağahüseyn Cavadova şiddətli töhmət verilsin" elanı asılır".

Ağahüseyn Cavadov ailəsində də çox sadə və mehriban insan olub. Nəvəsi Rasim Cavadov babasını belə xatırlayır:

"Babam özü varlı olmasa da, dövlətli bir ailənin qızıyla evlənmişdi. Onun həyat yoldaşı Surat xanımın atasının Bakının Sabunçu kəndində və indiki Mirzağa Əliyev küçəsində çoxlu mülkləri var imiş. Onların hamısı müsadirə edilməmişdi. Nənəmlə babamın yeddi övladı - üç qızı və dörd oğlu olub. Qızlarından biri gənc yaşında vəfat edib. Mən həmin bibimi görmədim. Amma ailəmizdə bu nakam gənc qızın itkisini nənəmin və babamın bitməyən dərdində, kədərində hiss edirdim. Altı uşağı isə nənəmlə babam evləndirmiş, hamısını ev-eşik sahibi etmişdilər. Surat nənəm əlli yeddi yaşında dünyadan köçdü. Babam ondan sonra uzun illər yaşadı. Evlənmədi".

***

Ağahüseyn Cavadov sağlam adam olsa da, ömrünün son illərində şəkər xəstəliyinə mübtəla olur.

1981-ci ilin 20 iyununda Bakıda dünyasını dəyişir.

Son.az 

Həftənin ilk iş gününün like
  • 14 May 13:22  
Digərləri Həftənin ilk iş gününün

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağ

arrow Ətraflı
III Çarlzın geyindiyi palto kimindir? like
  • 14 May 13:20  
Digərləri III Çarlzın geyindiyi palto kimindir?

Kral III Çarlz bazar günü Qlosterşirdə keçirilən ibadət mərasiminə qat

arrow Ətraflı
Ərdoğan səs verdi like
  • 14 May 12:53  
Siyasət Ərdoğan səs verdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə keçirilən prezident v�

arrow Ətraflı
Həkimi Kirkorovun əməliyyatlarından danışdı like
  • 14 May 12:51  
Şou-biznes Həkimi Kirkorovun əməliyyatlarından danışdı

Xarici görkəmini xeyli dəyişdirən rus səhnəsinin ulduzu Filipp Kirkorovun

arrow Ətraflı
Göbələkdən əziyyət çəkənlər üçün çarə like
  • 14 May 12:40  
Digərləri Göbələkdən əziyyət çəkənlər üçün çarə

Dırnaqdakı göbələk virusundan yəqin ki, çox insan əziyyət çəkib. Bir

arrow Ətraflı
Türkiyədə seçki zamanı iki nəfər vəfat edib like
  • 14 May 12:32  
Digərləri Türkiyədə seçki zamanı iki nəfər vəfat edib

Türkiyədə seçki prosesi zamanı iki nəfər ürəktutmasından vəfat edib.

arrow Ətraflı
Azərbaycan Aİ üçün çox mühüm enerji tərəfdaşıdır like
  • 14 May 12:26  
Siyasət Azərbaycan Aİ üçün çox mühüm enerji tərəfdaşıdır

Azərbaycan Aİ üçün çox mühüm enerji tərəfdaşıdır.

arrow Ətraflı
Blazer gödəkcənin altına nə geyinmək lazımdır? like
  • 14 May 12:20  
Digərləri Blazer gödəkcənin altına nə geyinmək lazımdır?

Həm rəsmi, həm də istənilən yerlər üçün blazer gödəkcə geyinmək ə

arrow Ətraflı
Kürün sahilində narkotik yetişdirən Neftçala sakini saxlanıldı like
  • 14 May 12:11  
Kriminal Kürün sahilində narkotik yetişdirən Neftçala sakini saxlanıldı

Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik tərki

arrow Ətraflı
O filmdən sonra kinodan getdi, Rac Kapur onun üçün piano çaldı, ağır xəstəliyə tutuldu like
  • 14 May 12:00  
Kriminal O filmdən sonra kinodan getdi, Rac Kapur onun üçün piano çaldı, ağır xəstəliyə tutuldu

Son.az Kulis.az-a istinadən azərbaycanlı aktrisa Tamara Gözəlova haqqında

arrow Ətraflı
Aktyor Cenifer Lopezin geyiminə etiraz etdi like
  • 14 May 11:51  
Şou-biznes Aktyor Cenifer Lopezin geyiminə etiraz etdi

Şou biznes aləmində Ben Afflekj və Cenifer cütlüyü artıq "Benifer&q

arrow Ətraflı
Türkiyədə seçkilərin gedişatından görüntülər like
  • 14 May 11:27  
Digərləri Türkiyədə seçkilərin gedişatından görüntülər

Türkiyədə prezident və parlament seçkiləri davam edir.

arrow Ətraflı
Bu gün Türkiyə xalqı öz seçimini edəcək like
  • 14 May 11:25  
Digərləri Bu gün Türkiyə xalqı öz seçimini edəcək

Bu gün Türkiyə xalqı öz seçimini edəcək.

arrow Ətraflı
Kişilərin ağlını başından alan geyim tərzləri like
  • 14 May 11:20  
Digərləri Kişilərin ağlını başından alan geyim tərzləri

Cazibədar geyinmək üçün bahalı palrtarlara üstünlük vermək lazım deyi

arrow Ətraflı
Gənc oğlan sevdiyi qızı gecə evlərinə gətirdi, səhəri gün isə... like
  • 14 May 11:00  
Kriminal Gənc oğlan sevdiyi qızı gecə evlərinə gətirdi, səhəri gün isə...

Balakən rayonunda 2001-ci il təvəllüdlü Seymur yetkinlik yaşına çatmayan

arrow Ətraflı