Bu gün Türkiyə xalqı öz seçimini edəcək
Digərləri 14 May 2023 11:25:00 229 0
Bu gün Türkiyə xalqı öz seçimini edəcək.
Bu xəbəri də oxu: Sürücülərin nəzərinə
Son.az TurkicWorld-a istinadən xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mevlüt Çavuşoğlu Antalya şəhərində keçirilən seçkilərdə iştirak edərkən bildirib.
O qeyd edib ki, seçkilərin keçirilməsi prosesində heç bir problem yoxdur.
Qeyd edək ki, bu gün yerli vaxtla saat 17:00-da Türkiyədə parlament və prezident seçkiləri başa çatıb.
Xatırladaq ki, ümumilikdə Türkiyədə səsvermə hüququna 64 milyondan artıq insan malikdir.
Xarici ölkələrdə yaşayan Türkiyə vətəndaşları aprel ayının 17-dən may ayının 9-dək səs veriblər.
Türkiyədə yaşayan 60 milyon 697 min 843 seçicinin 30 milyon 710 min 790-ı, yəni 50,60 faizini qadınlar təşkil edir.
Kişi seçicilərin sayı isə 29 milyon 987 min 53 nəfər olmaqla 49.40 faiz təşkil edir.
Xarici ölkələrdə yaşayan Türkiyə vətəndaşları aprelin 27-dən may ayının 9-dək səs veriblər.
Xaricdə yaşayan Türkiyə vətəndaşlarının sayı 6,5 milyondan artıqdır.
Ümumilikdə xarici ölkələrdə yaşayan 3 milyon 416 min 98 Türkiyə vətəndaşı səsvermə hüququna malikdir.
Bu seçicilərin 1 milyon 595 min 158-i qadın seçicilərdir ki, bu da xaricdəki seçici sayımızın 46,70 faizinə bərabərdir. Bundan başqa, kişi seçicilərin sayı 1 milyon 820min 940 nəfərdir ki, bu da seçicilərin 53.30 faizini təşkil edir.
Səsvermə 73 ölkədə və 151 diplomatik nümayəndəlikdə keçirilib.
Ümumilikdə xaricdə yaşayan 3,4 milyon Türkiyə vətəndaşının səsvermə hüququ var idi.
Türkiyənin dünyanın 73 ölkəsindəki 151 diplomatik nümayəndəliyində səsvermə keçirilib.
Cazibədar geyinmək üçün bahalı palrtarlara üstünlük vermək lazım deyi
Balakən rayonunda 2001-ci il təvəllüdlü Seymur yetkinlik yaşına çatmayan
Rusiyanın Ukraynanın qərbində yerləşən Ternopil vilayətinin mərkəzinə
Xəbər verdiyimiz kimi, Brüsseldə Ermənistanın Baş naziri Nikol Paşinyan
Fransanın Villerup və Audun-le-Tiş şəhərlərində silahlı hücumlar nəti
Türkiyənin Ali Seçki Şurası (YSK) zəlzələ bölgələrində qurulan konte
ABŞ-ın keçmiş prezidenti Donald Tramp tornado təhlükəsi ilə əlaqədar A
Azərbaycan "Avroviziya 2023" beynəlxalq mahnı müsabiqəsinin final
Ermənistan və Azərbaycan liderlərinin Brüsseldə gözlənilən görüşün�
Yeddilik Qrupu (G7) və Aİ ölkələri Rusiya Federasiyasına qarşı 11-ci san
Türkiyədə səs vermə günü üçün əsas qadağaların siyahısı açıqlan
Türkiyənin İstanbul şəhərində 11 milyon 350 min 636 nəfər səsvermədə
Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) ümumi (9 illik) orta təhsil səviyy
Türkiyədə Oğuzhan Uğurun Babala TV-də yayımlanan verilişində qonaqlarda