Nikolun deyil, Əliyevin sözlərinə baxın
Siyasət 14 May 2023 10:07:00 215 0
Ermənistan və Azərbaycan liderlərinin Brüsseldə gözlənilən görüşünə Paşinyanın deyil, Əliyevin bəyanatları prizmasından baxmaq lazımdır.
Bu xəbəri də oxu: Azərbaycan və Ermənistan arasında sülh regionda yeni fürsətlər yaradacaq Hakan Fidan
Son.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri erməni mediasına politoloq Karen İgidyan mayın 14-də Brüsseldə keçirilməsi planlaşdırılan Paşinyan-Əliyev görüşünü şərh edərkən bildirib.
İgidyanın sözlərinə görə, Prezident Əliyev nəyin bahasına olursa olsun, Azərbaycan tərəfinin uğurlarını qeyd edəcək saziş imzalamağa çalışır:
"Bu sənəd Azərbaycanın malik olduğu və əldə edə biləcəyini hüquqi cəhətdən təsbit edəcək, ona görə də Bakını heç nə ilə məhdudlaşdırmayacaq".
Politoloq vurğulayıb ki, Brüssel platforması Ermənistanda hakim siyasi qüvvə tərəfindən seçilib, çünki Baş nazir Paşinyan və onun siyasi komandası Qərbdə razılaşmalara üstünlük verir:
"Vaxtilə xarici işlər naziri Ararat Mirzoyan Laçın dəhlizində vəziyyətin gərginləşməsi ilə əlaqədar Moskva səfərini və Lavrov və Bayramovla görüşü ləğv etmişdi. Ancaq Nikol Paşinyan Zoddakı son qarşıdurmadan sonra da Əliyevlə danışıqlar aparmaq üçün Brüsselə getməkdən imtina etmədi".
O iddia edib ki, Qərb Cənubi Qafqazda öz məqsədlərini güdür:
"Əgər Bakı və İrəvan sülh müqaviləsi bağlayarsa və Ermənistan Türkiyə ilə münasibətlərini normallaşdırarsa, o zaman Ermənistan hökuməti rəsmi şəkildə bəyan edə bilər ki, Rusiya kontingentinin Ermənistanda olması artıq lazım deyil. Yəni Qərb Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq üçün bəhanə tapacaq.
İkinci mərhələdə Qərb İrana qarşı geniş dayaq yaradacaq və bu, Rusiya kontingentinin geri çəkilməsi ilə xeyli dərəcədə asanlaşacaq. Təəssüf ki, Ermənistan hökuməti de-fakto Qərbin maraqlarına xidmət etdiyini göstərir".
Son.az
Yeddilik Qrupu (G7) və Aİ ölkələri Rusiya Federasiyasına qarşı 11-ci san
Türkiyədə səs vermə günü üçün əsas qadağaların siyahısı açıqlan
Türkiyənin İstanbul şəhərində 11 milyon 350 min 636 nəfər səsvermədə
Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) ümumi (9 illik) orta təhsil səviyy
Türkiyədə Oğuzhan Uğurun Babala TV-də yayımlanan verilişində qonaqlarda
Türkiyənin Ankara şəhərində 4 milyondan çox insan səsvermədə iştirak
Sabunçu rayonu, Zabrat qəsəbəsi, Nəsibə Zeynalova küçəsində yerləşə
Xəbər verdiyimiz kimi, Xızıda şəhidin xanımı öz qaynı tərəfindən q�
Türkiyədə Prezident və 28-ci çağırış Parlament seçkiləri keçirilir.
Qanada yaşayan bu gənc qolunda arı pətəyini daşıyır, amma arılar uçmur
Siyasi müstəvidə şok effekti təkcə gözlənilməz bəyanatlar, sərt etira
Kendall Cenner və yeni sevgilisi Bəd Banni yenidən birlikdə görüntülənib
2014-cüildə BBC-nin əməkdaşı, jurnalsit Qreq Fut insan ətinin necə dadd
Türkiyəli müğənni Sinan Akçıl keçmiş sevgilisi Hadisəyə atmaca atıb.