Şuşa sürətlə dirçəlir: Azərbaycanın incisi tarix məkanı və gələcəyin şəhəridir


Siyasət 09 May 2023 14:54:00 223 0

Şuşa sürətlə dirçəlir: Azərbaycanın incisi tarix məkanı və gələcəyin şəhəridir

21 il əvvəl erməni işğalına uğrayan, 2020-ci ildə mənfur düşmənin tapdağından qurtulan Şuşa indi sürətlə dirçəlir, həyata qayıdır.

Azərbaycanın incisi, mədəniyyət beşiyi indi ikinci şəyatını yaşayır.

İşğal illərində olduğu kimi, indi də ermənilər Şuşanı "Şuşi" adlandırır və bu şəhərin onlar üçünr müstəsna əhəmiyyətli, önəmli və müqəddəs məkan olduğunu deyirlər.

Bəs belə idisə və ya belədirsə, nə üçün Şuşanın rəzil erməni işğalında olduğu 28 il ərzində şəhər xarabazardı, viranə qalmışdı? Nə üçün erpmənilər bir-iki villanın inşasındanr savayı, heç bir infstruktur və ya tikinti layihəsini həyata keçirmədilər?

Etmədilər və etmək istəmirdilər, çünki ermənilər Şuşanın onlara yad məxluq kimi baxdığını anlayırdılar. Şuşa işğalda olduğu illərdə şəhərin hər daşı, hər qarışı düşmənə nifrət saçırdı.

28 illik işğalda Şuşada heç bir yenilik olmadı: sabiq sovetlər birliyində tikilmiş evlər və binalar belə, sökülmühdü, dağıdılmışdı.

İndisə Şuşa dirçəlir, həyata qayıdır, yaşayır.

2020-ci ilin noyabrın 8-də Azərbaycane Prezidenti, Ali Baş Komandan İlham Əliyevin xalqa müraciətini xatırlayaq: "Şuşanın Azərbaycan tarixində xüsusi yeri vardır. Bu, bizim qədim, tarixi şəhərimizdir. Əsrlərboyu azərbaycanlılar Şuşada yaşayıb, qurub, yaradıb. Şuşa nəinki Azərbaycanın, bütün Qafqazın incisidir. Ancaq mənfur düşmən Şuşanı işğal altında saxlamaqla bizim mədəni irsimizə böyük zərbə vurdu, bizim tarixi abidələrimizi dağıtdı, bizim məscidlərimizi dağıtdı, təhqir etdi. Biz indi Şuşaya qayıtmışıq. Bütün tarixi abidələrimizi bərpa edəcəyik, bütün məscidləri bərpa edəcəyik, 28 ildən sonra Şuşada yenə də azan səsi eşidiləcəkdir"

Ali Baş Komandan hər zaman olduğu kimi, sözünü əməllərə çevirdi.

İşğaldan azad edilmiş digər ərazilərlə yanaşı, Şuşa şəhərinin bərpası da çox böyük sürətlə davam edir.

2021-ci ilin yanvarın 21-də Şuşaya ilk səfərində İ.Əliyev Şuşada Azərbaycanın Dövlət Bayrağını yüksəltmişdi.

Elə ozaman da ermənilər işğal zamanı gülləbaran etdikləri abidələrimiz, Azərbaycan xalqının böyük mədəniyyət və incəsənət xadimləri Xurşudbanu Natəvan, Üzeyir Hacıbəyli və Bülbülün büstləri şəhərə qaytarıldı.

Həmin büstlərin taleyi faciəli olmaqla yanaşı,ö ədalətin təntənəsinin izharı idi. 1992-ci ilin mayında düşmən şəhəri işğal edəndə erməni barbarlar bü büstlərpi güllə yağışına tutmaqla xislətlərini bir daha nümayiş etdirmişdilər.

2021-ci ilin mayın 7-də isə Şuşa Azərbaycanın mədəniyyət paytaxtı elan edildi.

Dövlət başçısının bu barədə sərəncamı Şuşanın tarixi simasının özünə qaytarılmasına, şöhrətinin və özünün bərpasına, zəngin tarixi-mədəni irsin yerini tapmasına yönəlmişdi.

Çünki Şuşa özünəməxsus mədəniyyət, tarix, memarlıq və şəhərsalma ənənələri ilə əsrlərdən bəri Azərbaycanın parlayan ləli, bərq vuran mirvarisi olub, indi də belədir.

Şəhər işğaldan azad ediləndən az sonra Şuşada təmir-bərpa işləri başlandı. Yollar çəkildi, infrastruktur və energetika təsərrüfatı obyektləri, su təminatı və s. obyektləri tikildi. Şəhərin içməli su təminatı ilə bağlı problemini həll etməke üçün Daşaltı kəndində müvəqqəti olaraq su-nasos stansiyası inşa olundu. Daha sonra isə Kiçik Kirs mənbəyindən Şuşaya 9,4 kilometrlik magistral su kəməri çəkildi.

Bir qədər keçdi, 110/35/10 kilovotluq "Şuşa" elektrik yarımstansiyası, "Xarıbülbül" və "Qarabağ" otelləri inşa edilərək istifadəyə verildi.

Ötən ilsə şəhərin simvollarından biri, 1873-cü ildə Xurşudbanu Natəvanın vəsaiti hesabına tikilən, amma işğal illərində ermənilər tərəfindən dağıdılan "Xan qızı" bulağı bərpa edildi.

2021-ci ilin iyunun 15-də isə Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, birinci xanım Əminə Ərdoğan "Xan qızı" bulağında oldular.

Türkiyə liderinin şəhərə səfərinə tarixi önəm verən məqam sadəcə R.T.Ərdoğanın Şuşanı ziyarət etmiş ilk xarici dövlət başçısı olmağı deyildi. Bu səfər əsnasında Azərbaycanla Türkiyə arasında müttəfiqlik barədə tarixi Şuşa Bəyannaməsi imxalanmışdı ki, sözügedən sənəd Bakı və Ankaranın münasibətlərini ən yüksək səviyyəyə ucaltmışdı.

Ölkələrarası münasibətlərin bütün sahələrini əhatə edən bəyannamədə müdafiə və müdafiə sənayesi sahələrində birgə fəaliyyətə, habelə ölkələrin bir-birinin təhlükəsizliyinin təminatı üçün qarşılıqlı hərbi yardımlara xüsusi diqqət ayrılıb.

Ötən ilin mayında Şuşağın işğaldan qurtulmasından sonra ilk dəfə şəhərdə "Xarıbülbül" musiqi festivalı keçirildi ki, bu tədbir xaqımızın Şuşaya qayıdışının önəmli nişanəsi oldu.

Festivalda məşhur sənətçilərimiz və ifaçılarımızla yanaşı, ölkəmizdə yaşayan müxtəlif xalqların musiqi kollektivləri iştirak etdiloər.

Beləcə, tarix boyu "Qafqazın konservatoriyası" sayılan Qarabağ yenidən dirçəldiyini, mədəni intibah yaşamağa başladığını göstərdi.

Şuşada Molla Pənah Vaqifin muzey-mavzoley kompleksi və büstü, xalq artitist Bülbülün ev-muzeyi və dahi bəstəkar Üzeyir Hacıbəylinin abidəsi bərpa olunub.

Erməni işğalçılar nə qədər çalışsalar da, məkr və rəzalətlərindən bəhrələnərək nə çirkin əməllər etsələr də, Şuşada azərbaycanlı ruhunu və mahiyyətini yox edə bilmədilər.

Ötən ilin avqustun sonunda Şuşada Vaqik Poeziya Günləri, sentyabrın 18-də Milli Musiqi Günü kimi qeyd olunan Üzeyir Cacıbəylinin ad günü keçirildi.

Saatlı, Yuxarı və Aşağı Gövhərağa məscidləri bərpa olundu. Şəhərdə 17 şəhəllə, 17 məscid və 17 bulağın olduğunu nəzərə alsaq, bərpa işləri sürətlə davam etdirilir.

1 saylı orta məktəb, Əhmədbəyli-Füzuli-Şuşa yolundakı tunel, şəhərdə yeni otel və konfrans mərkəzi, "Azəristiliktəchizat"in inşa edərək istifadəyə verdiyi toplam 7270 kilovatlıq 7 qazanxana, 30 km uzuqluqlu yeralıt kabellər və s. də yeni obyektlər sırasındadır.

Erməni işğalında əsl ekosidə məruz qalmış Topxana meşəsinin bərpası da önəmli layihələr arasındadır. Şuşa rayonunun ərazisinin təqribən 20 faizini tutmuş bu meşədə indi minlərlə ağac əkilib.

Şuşadakı bərpa və rekonstruksiya işlərindən bəhs ediriksə, 44 günlük İkinci Qarabağ Müharibəsində əsjərlərmizin saldıqları əfsanəvi "Şuşa yolu"u əsla unquda bilmərik.

Dövlşət başçısının "Zəfər yolu" adını verdiyi həmin çağdaş avtomobil yolunun uzunluğu indi 101 kilometrdir: o, Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi avtomagistralında başlayaraq Füzuli, Xocavənd, Xocalı və Huşa rayonlarından keçərək Şuşaya qədər uzanır.

Şuşda yeni, 6 məhəllədən ibarət yaşayış massivi də inşa olunur. Məhəllələr üzrə əhali sayı təxminən 2 min adam nəzərdə tutulub, şəhərin baş planında göstərilib.

Ümumi sahəsi 46.765 kvadratmetr olacaq məhəllələrdə 25 binanın olacağı planlaşdırılır.

Birinci məhəllədə 3, 4 və 5 mərtəbəli binaların Şuşaya xas memarlıq üslubu ilə tikiləcək.

Təqdim olunan baş planda Şuşanın orta, yüksək və qarışıq sıxlıqlı olan yaşayış binalarının inşa edilməsi, şəhər mərkəzinin, yeni tikiləcək və qorunub saxlanılacaq tarixi binalar və abidələrin yerləri öz əksini tapıb.

Şəhərdə 17,6 kilometr yeni yolun inşası nəzərdə tutulur. Həmçinin, şəhərin baş planında ictimai dayanacaqların da yerləşmə yerləri müəyyən olunub.

Baş plan hazırlanarkən, şəhərin relyefinə uyğun olaraq yaşıllıqları və landşaftı qoruyub saxlamaq, onu inkişaf etdirmək məqsədilə yaşıl dəhlizlərin inşası da nəzərdə tutulur.

Şuşada ötən iki ildə aparılmış təmir, bərpa və rekonstruksiya işlərinin nəhəng həcmi, böyük sürət və miqyası Azərbaycanın dövlət başçısı İlham Əliyevin Qarabağın incisini dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməsi istiqamətində yürütdüyü məqsədyönlü siyasətin bariz nümunəsidir.

Şuşanın dirçəlişi və həyata qayıdışı bəlli gerçəyin simvoludur: Qarabağ Azərbaycandır!

Elçin Alıoğlu Trend

Yaşı 10 ildən çox olanlar avtomobillərin ehtiyat hissələri xaricdə tükənir...  VİDEO like
  • 09 May 14:42  
Digərləri Yaşı 10 ildən çox olanlar avtomobillərin ehtiyat hissələri xaricdə tükənir... VİDEO

Bazarda köhnə avtomobillərin, yəni yaşı 10 ildən çox olanların ehtiyat

arrow Ətraflı
Türkün yolu Zəngəzurdan, Qarabağdan keçər like
  • 09 May 13:59  
Siyasət Türkün yolu Zəngəzurdan, Qarabağdan keçər

Türkün yolu Türk Dövlətləri Təşkilatından, Orta dəhlizdən, Zəngəzur

arrow Ətraflı
Azərbaycan "SpaceX"in əməkdaşlığı ilə orbitə yeni peyklər buraxacaq like
  • 09 May 13:52  
Digərləri Azərbaycan "SpaceX"in əməkdaşlığı ilə orbitə yeni peyklər buraxacaq

Azərbaycan "SpaceX"in əməkdaşlığı ilə orbitə yeni peyklər bu

arrow Ətraflı
Qarabağın minalardan təmizlənməsi üçün əlimizdən gələni edəcəyik like
  • 09 May 13:46  
Siyasət Qarabağın minalardan təmizlənməsi üçün əlimizdən gələni edəcəyik

Qarabağın minalardan təmizlənməsi üçün əlimizdən gələni edəcəyik.

arrow Ətraflı
İctimai yerlərdə başıaçıq görünən iranlı aktrisalara qarşı cinayət işi açıldı like
  • 09 May 13:38  
Digərləri İctimai yerlərdə başıaçıq görünən iranlı aktrisalara qarşı cinayət işi açıldı

İranda iki kino aktrisası Baran Kosari və Şaqaye Deqan ictimai yerdə hicabs

arrow Ətraflı
İçərisində avtomobillər olan cərimə meydançası DYPnin deyil? like
  • 09 May 13:27  
Digərləri İçərisində avtomobillər olan cərimə meydançası DYPnin deyil?

İçərisində onlarla avtomobil olan cərimə meydançası sahibsiz qalıb.

arrow Ətraflı
Hərbi pilotlarımız Türkiyə səmasında like
  • 09 May 13:17  
Siyasət Hərbi pilotlarımız Türkiyə səmasında

Türkiyə Respublikasının Konya şəhərində keçirilən "Anadolu Qartal

arrow Ətraflı
Paşinyanın qələbə təbriki like
  • 09 May 13:15  
Digərləri Paşinyanın qələbə təbriki

Bu gün bəşəriyyət Faşizm üzərində Qələbənin növbəti ildönümünü

arrow Ətraflı
Qızı Lalə Azərtaşı gözəlliyi ilə kölgədə qoydu like
  • 09 May 13:13  
Şou-biznes Qızı Lalə Azərtaşı gözəlliyi ilə kölgədə qoydu

Tanınmış aparəcı Lalə Azərtan böyük qızı Gülarənin doğum gününü

arrow Ətraflı
Ukraynada döyüş meydanı bunu xatırladır like
  • 09 May 12:59  
Dünya Ukraynada döyüş meydanı bunu xatırladır

Rusiyanın hücumu ilə başlanan Ukrayna müharibəsi vəziyyətinə, miqyasın

arrow Ətraflı
“Sevgilimin olmaması böyük bir uğurdur” like
  • 09 May 12:44  
Şou-biznes “Sevgilimin olmaması böyük bir uğurdur”

Türkiyənin tanınmış müğənnisi Simge Sağın ötən gecə məkanların bi

arrow Ətraflı
Prezident Şuşada Atatürk küçəsinin lövhəsinin açılışını edib  FOTO like
  • 09 May 12:43  
Siyasət Prezident Şuşada Atatürk küçəsinin lövhəsinin açılışını edib FOTO

Mayın 9-da Şuşada Atatürk küçəsinin lövhəsinin açılışı olub.

arrow Ətraflı