Paşinyanın qələbə təbriki


Digərləri 09 May 2023 13:15:00 229 0

Paşinyanın qələbə təbriki

Bu gün bəşəriyyət Faşizm üzərində Qələbənin növbəti ildönümünü qeyd edir. Düz 78 il bundan öncə bəşəriyyət birgə səylərlə faşizm üzərində Qələbə qazanmağa müvəffəq oldu. Və bu uğurun qazanılmasında Azərbaycan xalqı da əvəzsiz rol oynadı. Milyonlarla soydaşımız ön və arxa cəbhədə inanılmaz, böyük səylə qəhrəmanlıq göstərdi. Məhz həmin Qələbəni bizlərə yaşadan babalarımızın nəvə-nəticələri 2020-ci ildə növbəti Qələbəyə imza atdılar. 30 il erməni faşistlərinin işğalı altında olan torpaqlaırmızı azad etdilər. Yeri gəlmişkən, Qələbə ilə bağlı postsovet məkanına daxil olan ölkələrin rəhbərləri ənənəvi təbrik müraciətləri yayıblar və onların sırasında Ermənistan baş naziri Nikol Paşinyan da olub. Paşinyanın Qələbə müraciətində maraqlı məqam onun Qarabağ müharibəsində üzləşdikləri biabırçı məğlubiyyətlə bağlı etirafıdır. Baş nazir üç ildir ki, 9 Mayı kədər və qüssə ilə keçirmələrindən bəhs edib. 44 günlük müharibədən öncə azərbaycanlılara məxsus tarixi Şuşa şəhərində "yallı" gedən Paşinyan indi bu acı məğlubiyyətə görə beynəlxalq qüvvələri ittiham edir. Azərbaycanın işğala son qoyması ilə regionda təhlükəsizlik sisteminin deformasiyaya uğradığını iddia edir.

Bu xəbəri də oxu: Öz yuxumuzu yoza bilərik?

Ermənilərin müharibədə göstərdikləri qəhrəmanlıqlardan bəhs edən Paşinyan nədənsə "Njde" ləqəbli faşist əlaltısı Qaregin Ter-Arutyunyanın "qəhrəmanlıq"larına toxunmayıb. Üçüncü Reyxin əsas adamlarından olan bu şəxs əsrin əvvəlində azərbaycanlılara qarşı soyqırımı aktlarının törədilməsi planının ideoloji banilərindən sayılır. Onun nasist cəbhəsində 1942-ci ildə Ukraynadan olan legionu Ukraynadakı yəhudilərə və başqa millətlərə qarşı kütləvi qətliamlar törədiblər. Ermənistan və erməni diasporu bu gün bu şəxsin timsalında faşizmin qəhrəmanlaşdırır, abidələr ucaldırlar. Maraqlıdır ki, Nikol Paşinyanın babası da bu sıradadır. Onun bir neçə il əvvəl İkinci Dünya müharibəsində iştirak etmiş babasının fotosunu paylaşması Ermənistanda birmənalı qarşılanmayıb. Xatırladaq ki, ictimaiyyətin nümayəndələri baş nazirin paylaşımına dərhal reaksiya verərək bildiriblər ki, onunla eyni ad-soyadı daşıyan babası 1943-cü ildə Qaregin Njde ləqəbli nasist əlaltısı Qaregin Ter-Arutyunyanın legionunda vuruşub. Bu, xəyanəti həyat tərzinə çevirmiş ermənilərin iç üzünün növbəti ifşasıdır.

Və sonda qeyd edək ki, bu ölkədə güclü faşizm ənənəsinin olduğu tarixi reallıqdır. Əsrlər boyu terror, satqınçılıq, güclüyə yarınmaq, zəifə aman verməmək ideyasını əsas götürüblər. Məhz azərbaycanlıların öz vətənlərindən deportasiyası da bu ideyaların tərkib hissəsi olub. 

Azər Nuriyev Son.az

Qızı Lalə Azərtaşı gözəlliyi ilə kölgədə qoydu like
  • 09 May 13:13  
Şou-biznes Qızı Lalə Azərtaşı gözəlliyi ilə kölgədə qoydu

Tanınmış aparəcı Lalə Azərtan böyük qızı Gülarənin doğum gününü

arrow Ətraflı
Ukraynada döyüş meydanı bunu xatırladır like
  • 09 May 12:59  
Dünya Ukraynada döyüş meydanı bunu xatırladır

Rusiyanın hücumu ilə başlanan Ukrayna müharibəsi vəziyyətinə, miqyasın

arrow Ətraflı
“Sevgilimin olmaması böyük bir uğurdur” like
  • 09 May 12:44  
Şou-biznes “Sevgilimin olmaması böyük bir uğurdur”

Türkiyənin tanınmış müğənnisi Simge Sağın ötən gecə məkanların bi

arrow Ətraflı
Prezident Şuşada Atatürk küçəsinin lövhəsinin açılışını edib  FOTO like
  • 09 May 12:43  
Siyasət Prezident Şuşada Atatürk küçəsinin lövhəsinin açılışını edib FOTO

Mayın 9-da Şuşada Atatürk küçəsinin lövhəsinin açılışı olub.

arrow Ətraflı
Rusiya qoşunları Kiyevə 15 raket atıb like
  • 09 May 12:23  
Digərləri Rusiya qoşunları Kiyevə 15 raket atıb

Rusiya qoşunları bu gecə Ukraynanın paytaxtı Kiyevə raket zərbələri end

arrow Ətraflı
Cemlə azərbaycanlı model hələ də eşq yaşayır? like
  • 09 May 12:16  
Şou-biznes Cemlə azərbaycanlı model hələ də eşq yaşayır?

Müğənni Cem Belevi və keçmiş sevgilisi, azərbaycanlı model Nərgiz Nəsr

arrow Ətraflı
Borrel: Rusiyanın Ukraynaya qarşı müharibəsi NATOnu birləşdirdi like
  • 09 May 11:55  
Digərləri Borrel: Rusiyanın Ukraynaya qarşı müharibəsi NATOnu birləşdirdi

Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi NATO-nu birləşdirdi.

arrow Ətraflı
Toydan əvvəl Vasifdən borc alıbmış like
  • 09 May 11:49  
Şou-biznes Toydan əvvəl Vasifdən borc alıbmış

Müğənni Xatun Əliyeva ötən il oğlu Adilə etdiyi toydan danışıb.

arrow Ətraflı
İsrail HHQ Qəzzada "İslam Cihadı"nın hədəflərinə zərbələr endirib like
  • 09 May 11:41  
Dünya İsrail HHQ Qəzzada "İslam Cihadı"nın hədəflərinə zərbələr endirib

İsrail aviasiyası çərşənbə axşamı səhər Qəzza zolağında "İsl

arrow Ətraflı
Türkiyə regionda sülh üçün vacib ölkəyə çevrilib like
  • 09 May 11:28  
Dünya Türkiyə regionda sülh üçün vacib ölkəyə çevrilib

Türkiyə regionda sülhün təmin edilməsində əsas ölkə kimi özünü təs

arrow Ətraflı
Ermənistan yenidən Bakının səbrini yoxlayır like
  • 09 May 11:25  
Siyasət Ermənistan yenidən Bakının səbrini yoxlayır

Ermənsitan aktiv fazaya daxil olan sülh danışıqlarını pozmaq üçün dinc

arrow Ətraflı
Əkizlərə dəstək olduğu üçün tənqid edildi like
  • 09 May 11:21  
Şou-biznes Əkizlərə dəstək olduğu üçün tənqid edildi

Xəbər verdiyimiz kimi, Azərbaycanı "Avroviziya 2023"də təmsil ed

arrow Ətraflı
ABŞ gözlənilən ƏliyevPaşinyan görüşünə MÜNASİBƏT BİLDİRDİ like
  • 09 May 11:16  
Siyasət ABŞ gözlənilən ƏliyevPaşinyan görüşünə MÜNASİBƏT BİLDİRDİ

"Mayın 14-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənist

arrow Ətraflı