Gülüstan Əliyeva: “Anam atamla dost olmağımın gileyini edirdi” VİDEO


Şou-biznes 08 May 2023 18:48:00 178 0

Gülüstan Əliyeva: “Anam atamla dost olmağımın gileyini edirdi”  VİDEO

"Həyatımızda elə bir insanlar var ki, onlar kifayət qədər pisliklər ediblər. Bir insandan özümə qarşı pislik, acı, tələ görmüşəm. Amma ona buna görə o qədər də təşəkkür edirəm. İllər əvvəl məclislərin birində iştirak edirdim, o insan haqqında danışırdılar. Dedim ki, ona minnətdaram. Hamı bu sözlərimdən sonra mənə qəribə baxıb söylədilər ki, necə ola bilər ki, sənə pislik edən, zərbələr vuran insana təşəkkür edirsən. Ona təşəkkür edirəm ki, mənə bu həyatın çəhrayı rəngdə olmadığını başa saldı. Sənətdə olan digər insanların əsl simalarını mənə tanıtdı".

Son.az bizim media-ya istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Gülüstan Əliyeva qonaq olduğu "Sözbaz" verilişində deyib. Sənətçi uşaq olarkən kiçik yaşlı qardaşını qorumaq üçün addığı fədakarlıq addımından bəhs edib:  "Həyətimizdə dəmir darvaza vardı. Atam onu dəyişmək istəyirdi. Atam onu sökmüşdü. Biz də altıncı sinifdə oxuyurduq. Qardaşımın üç yaşı vardı. Atam köməyə qonşudan bir-iki nəfər çağırdı. Biz də atamıza güya kömək etmək üçün yaxınlaşdıq. Amma kənardan baxırdıq. Onlar darvazanı yerindən çıxardıb, yerə qoymaq istəyirdilər. Bu anda isə darvaza əllərindən çıxdı. Qardaşım isə darvazanın arxasında imiş, Gördüm ki, o, dəmir darvazanın altında qalır. Özümü qabağa atıb, ayaqlarımı darvazanın alt hissəsinə qoydum ki, qardaşım altında qalıb əzilməsin. Elə də oldu. Qardaşımı xəsarət almadan qorudum. Ayaqlarım bərk əzilmişdi, kəsiklər vardı. O xatirə heç zaman yadımdan çıxmayacaq". G. Əliyeva mərhum valideynlərindən danışaraq kövrəlib:

"Yazıq, zəhmətkeş anam... Hamımızın zəhmətini çəkən. Təbii ki, bütün analar elədi. Məkanı cənnət olsun, anamın. Bizimlə nəfəs alırdı. Savadsız idi, anam öz adını belə yaza bilmirdi, amma o qədər dünyagörüşlü, müdrik, oturub bizə dərs öyrədirdi. Anam bizə həyatı da öyrədib. Atam bizlə daha çox dost idi. Anam isə hər zaman onun gileyini edirdi. Son dövrlərdə isə mənə deyirdi ki, elə hər zaman atandan danışırsan, amma məndən danışmırsan. Mənim Gülüstan Əliyeva olmağımın səbəbkarı anam, ailəmdir. 1993-cü ildə həyat yoldaşım şəhid olandan sonra Cəbrayıl rayonunda qaçqın gəldik. Valideynlərimin yanına qayıtdım. Övladımı isə valideynlərim böyütdü".  

Əməkdar artist bildirib ki, anasından fərqli olaraq atası onun müğənni olmasını hər zaman dəstəkləyib:  

"16 yaşımdan toylara gedirdim. Pul qazanırdım. İlk aldığım toydan pul isə 50 manat olub. Ailəmə maddi şəkildə kömək edirdim, dəstək dururdum. Atam konservativ insan idi. Anam təhsil almağımın əleyhinə idi. Qız uşağı gedib Bakıda təhsil alacaq. Orada tək qalacaq, ondansa gəlsin, evdə otursun, bir işin qulpuldan yapışsın. Amma atam elə düşünmürdü. Rayonda idman üzrə birinci yerdə idim, rus dili üzrə respublika birincisi idim, musiqi ilə məşğul olurdum, pionerlər evlərində konsertlər verirdim, çox aktiv bir gənc idim.

Atam sürücü idi. Atam bütün o işlərin, qayğıların və çətinliklərin içində bizə vaxt tapırdı. Məni tədbirlərə aparırdı. Mənim müsabiqəyə qatılmağım, Bakı həyatım, Bülbül adına musiqi məktəbində oxumağım, Konservatoriyada təhsil almağım atamın bizə dəstəyindən, təhsilə önəm verməyindən irəli gəlirdi".

Belə toy olmamışdı: Gəlinə 15 kilo qızıl verildi  FOTO like
  • 08 May 18:36  
Digərləri Belə toy olmamışdı: Gəlinə 15 kilo qızıl verildi FOTO

Türkiyənin Hakkari bölgəsindəki Çirki tayfasının başçısının oğlunu

arrow Ətraflı
Deputatlarımız Türkiyədə keçiriləcək seçkiləri müşahidə edəcəklər like
  • 08 May 18:28  
Digərləri Deputatlarımız Türkiyədə keçiriləcək seçkiləri müşahidə edəcəklər

Milli Məclisin bir qrup deputatı Türk Dövlətləri Təşkilatının xətti i

arrow Ətraflı
"Oğlum müharibəyə getmək üçün Amerikadan gəldi" like
  • 08 May 18:12  
Şou-biznes "Oğlum müharibəyə getmək üçün Amerikadan gəldi"

"Düşmənlər Şuşadakı teatrımızı yerlə yeksan ediblər. Amma bizim

arrow Ətraflı
Ceyhun Bayramov Litva Prezidenti ilə görüşdü  FOTO like
  • 08 May 17:52  
Siyasət Ceyhun Bayramov Litva Prezidenti ilə görüşdü FOTO

8 may 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri

arrow Ətraflı
Plastik cərrahı öldürən kişiyə verilən ilkin cəza bilindi like
  • 08 May 17:26  
Digərləri Plastik cərrahı öldürən kişiyə verilən ilkin cəza bilindi

Arvadını qətlə yetirməkdə ittiham olunan Türkiyə vətəndaşı Muhammet

arrow Ətraflı
Azad edilmiş ərazilərdə turizmin inkişafı diqqətdə saxlanır  VİDEO like
  • 08 May 17:14  
Digərləri Azad edilmiş ərazilərdə turizmin inkişafı diqqətdə saxlanır VİDEO

İşğaldan azad edilmiş ərazilərdə yenidənqurma işləri çərçivəsində

arrow Ətraflı
İranda SEPAHın daha bir korpusunda partlayış  VİDEO like
  • 08 May 16:24  
Dünya İranda SEPAHın daha bir korpusunda partlayış VİDEO

Tehranın Bəharistan bölgəsində yerləşən İİR İslam İnqilabı Keşikç

arrow Ətraflı
Azərbaycanda səs verən Türkiyə vətəndaşlarının bülletenləri Türkiyəyə göndərilib  FOTO like
  • 08 May 16:06  
Digərləri Azərbaycanda səs verən Türkiyə vətəndaşlarının bülletenləri Türkiyəyə göndərilib FOTO

Azərbaycanda səs verən Türkiyə vətəndaşlarının bülletenləri Türkiy�

arrow Ətraflı
Əfv edilən nazir müavininin həbsdən sonra ilk görüntüsü  FOTO like
  • 08 May 15:48  
Digərləri Əfv edilən nazir müavininin həbsdən sonra ilk görüntüsü FOTO

Prezident İlham Əliyevin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əli

arrow Ətraflı
İranda 2 nəfər dinə hörmətsizliyə görə edam olundu like
  • 08 May 15:24  
Digərləri İranda 2 nəfər dinə hörmətsizliyə görə edam olundu

İranda İslam dininə hörmətsizlik etməkdə ittiham olunan 2 nəfər edam ed

arrow Ətraflı