Prokuror İlkin Süleymanova 20 il cəza istədi
Digərləri 03 May 2023 17:34:00 243 0
Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Bu xəbəri də oxu: Bu yolda nişanlanmada səhv var?
Son.az Trend-ə istinadən xəbər verir ki, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə proskuror çıxış edib. Dövlət ittihamçısı İ. Süleymanovun 20 il azadlıqdan məhrum edilməsini istəyib.
Xatırladaq ki, 2019-cu ilin noyabrın 19-dan Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyeva itkin düşüb. 2020-ci il yanvarın 6-da onun yanmış meyiti kənd ərazisində aşkar edilib. Cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.
İlkin Süleymanova qarşı Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələr ilə ittiham irəli sürülüb.
Türkiyə və Azərbaycan arasında münasibətlərin qardaşlıq xarakterini he
"Oqtay əgər bir insanı sevirdisə, sona kimi yanında olurdu. Hara gedir
Xəbər verdiyimiz kimi, aprelin 29-da Sumqayıtda Hacı Zeynalabdin qəsəbəsi
Serbiyanın Belqrad şəhərində məktəbdə baş verən dəhşətli atışma x
Prezident Ərdoğanın Türkiyəyə rəhbərlik etdiyi son iyirmi ildə bizim m�
Şəmkir Rayon Polis Şöbəsinin Kür Polis Bölməsinin əməkdaşlarının ke
Türkiyə və Azərbaycanı rəsmi olaraq müttəfiq edən Şuşa Bəyannaməsi
Xəbər verdiyimiz kimi, gecə saatlarında Ukraynanın Kremlə pilotsuz uçuş
"Son günlər və son aylar ölkə yollarında qəzaların, buna uyğun ola
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 46 yeni yolux
Astarada meyiti tapılan şəxslə bağlı bəzi məlumatlar açıqlanıb.
Bir neçə gündür ki, sosial şəbəkələrdə eyni gündə toyu olan iki qard
Azərbaycanın Almaniyadakı səfirliyinin təşkilatçılığı və Heydər Əl
Biz onlara (Ermənistana) sülh sazişinin layihə variantının dörd nüsxəsi