Xankəndinin erməni sakinlərinin QƏTLİ PLANI


Siyasət 02 May 2023 12:34:00 161 0

Xankəndinin erməni sakinlərinin QƏTLİ PLANI

ABŞ Rusiyanın Bakı ilə İrəvan arasındakı sülh danışıqları prosesindəki rolunu azaltmaq məqsədilə hadisələrin gedişini tamamilə nəzarətə götürmək niyyətindədir. ABŞ Dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə dünən Vaşinqtonda baş tutan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ararat Mirzoyan arasındakı görüşün təəssüratı, sonrakı bəyanatlar belə deməyə əsas verir.

Blinken onu da təsdiqlədi ki, XİN başçıları arasında görüş Corc Şultz adına Xarici İşlər üzrə Milli Tədris Mərkəzində 1 həftə davam edəcək. Bu açıqlama bir daha ABŞ-ın Bakı ilə irəvan arasında yekun sülh sənədinin imzalanmasında olduqca maraqlı olduğunu növbəti dəfə təsdiqləyir. 

Bu məsələdə Vaşinqton üçün əsas məqsəd heç şübhəsiz ki, Rusiyanın Cənubi Qafqazı təsirində saxlamaq üçün əsas "rıçaqı" olan Azərbaycan-Ermənistan münasibətlərini tez bir zamanda tənzimləyərək Moskvanın bölgədəki rolunu, varlığını itirməsinə nail olmaqdır. 

ABŞ-ın sülhün imzalanması üçün bu zamana kimi ən yüksək fəallığını göstərməsi bunu düşünməyə əsas yaradır. Bunun əsas səbəblərindən birincisi heç şübhəsiz ki, Rusiyanın regiondan sıxışdırılıb çıxarılması, onun rolunun Cənubi Qafqazda münimuma endirilməsi, İrəvanı Moskvanın təsir dairəsindən xilas etməkdir. Vaşinqton bununla da Kremlə Ukraynadakı müharibənin gedişində növbəti zərbəni vurmağı planlaşdırır. Beləcə, ABŞ Rusiya-Ukrayna müharibəsinin yaratdığı bu fürsətdən maksimum yararlanmaq fikrindədir.

Dünən Blinkenin XİN başçıları arasında təşkil etdiyi üçtərəfli və ikitərəfli görüşlərin ardından Dövlət Departamentinin mətbuat xidməti rəhbərinin müavini Vedant Patelin dediyi "ABŞ dövlət katibi Azərbaycan və Ermənistan arasında birbaşa dialoqun, məsələlərin həllində və davamlı sülhə nail olunmasında açar olduğuna inanır" bəyanatı açıq şəkildə ortaya qoyur ki, Ağ Ev Rusiyanı danışıqlar prosesində oyundan kənar vəziyyətə salmaqda israrlıdır. Vaşinqtonda düşünürlər ki, rəsmi Bakı ilə İrəvan təkbətək görüşlər keçirərsə, tərəflər özləri heç bir vasitəçi, üçüncü tərəfin iştirakı olmadan daha tez razılığa gələ bilər və beləcə Rusiyanın regiondakı nüfuzuna və manevr imkanlarına ciddi şəkildə zərbə vurulmuş ola bilər. 

Nəzərə alsaq ki, Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi ötən gün elan etdi ki, Rusiyanın Baxmuta hücumu uğursuz olub və dayanıb, demək ki, Vaşinqton Moskva özünə gəlməmiş onu "nokaut" vəziyyətinə salmaq üçün vaxt itirmədən çevik diplomatik gedişlər edərək yaxın zaman kəsiyində Kremlə zərbənin ikinci dalğasını hiss etdirmək niyyətindədir.

Hadisələrin inkişafından belə nəticə çıxır ki, Laçın yolunun başlanğıcında Azərbaycan tərəfindən sərhəd-buraxılış məntəqəsinin qurulmasına beynəlxalq aktorlar tərəfindən verilən reaksiyalar Qarabağ münaqişəsinin sona yaxınlaşdığına bir işarədir.

Danışıqların yaxın bir həftə ərzində davam edəcəyi düşünməyə əsas verir ki, Ermənistan və Azərbaycan arasında sülh sazişi ilə bağlı artıq müəyyən vacib məsələlərdə razılaşmalar da mövcuddur.

Ehtimal etmək olar ki, nazirlərin görüşündə irəliləyiş əldə edilərsə, Vaşinqton liderlərin görüşünə də ev sahibliyinə iddialı olacaq və yekun sülh müqaviləsinin məhz ABŞ-da imzalanmasına şahidlik edə bilərik. Heç şübhəsiz ki, bütün bu proseslər Ermənistanın sülh sazişi mətnində Azərbaycanın ərazi bütövlüyünü və Qarabağı Azərbaycan ərazisi kimi tanımasına hazır olmasından asılıdır.

Artıq bu istiqamətdə ilkin müsbət işartıların nəzərə çarpdığını da düşünmək olar. Belə ki, məşhur "Hraparak" nəşri yazır ki, "Ermənistan parlamenti Qarabağdakı separatçıların"birgə parlament" iclası etmək təklifindən imtina edib. Separatçılar hətta onlayn rejimdə də olsa iclas istəyiblər, Ermənistan müsbət cavab verməyib".

Bu, özü-özlüyündə bir daha təsdiq edir ki, ABŞ Ermənistan tərəfinə təxribatlara hesablanmış qərarlardan qaçmağı, sülh danışıqlarına xələl gətirəcək addımlar atmamağı tapşırıb. İstisna edilmir ki, separatçıların Ermənistan rəhbərliyinə belə bir təkliflə çıxış etməsinin arxasında məhz Rusiya amili dayanır. 

Amma Bakını ümidləndirəcək xəbərlərin gəlməsi, okeanın o tayından bu istiqamətdə müsbət sinqalların verilməsi Azərbaycanla Ermənistanın sülh sazişinə bir addım da yaxınlaşdığını göstərir. Təbii ki, müşahidələrimə əsaslanaraq demək istəyirəm ki, Rusiya bu çarxı kənar bir müdaxilə ilə deaktivləşdirməyə çalışmasa yaxın gələcəkdə gözlənilən sənədin imzalanmasına şahid ola bilərik. 

Lakin təəssüf ki, ABŞ-dan sonra Rusiyanın da öz gedişini oynayacağı gözləniləndir. Kremlin regiondakı əsas "rıçaqından" (Qarabağın erməni sakinləri) məhrum olmamaq üçün sakit duracağı gözlənilmir. Ona görə də sülh sazişi yaxın göründüyü qədər də uzaqlaşa bilər. 

Laçın yolunun başlanğıcında Azərbaycanın sərhəd-buraxılış məntəqəsi qurması ilə çətin vəziyyətə düşən separatçılar mövcudluqlarını qorumaq üçün saman çöpündən də yapşmağa hazır vəziyyətə gəldiklərindən, Rusiya bu vəziyyəti bölgədə yenidən gərginləşdirmək üçün xeyirinə istifadə edə bilər.  

Separatçıların qarşısında ərazilərimizi tərk etmək və ya silahları təhvil verərək Azərbaycan vətəndaşlığını qəbul etməkdən başqa yolun qalmadığı gün kmi aydın olsa da, artıq indidən dinc erməni əhalisi adından qondarma müqavimət hərəkatı yaratmağa başlamaları Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarət zonasında qanlı olayların baş vermək ehtimalını bir xeyli artırır. 

Təxribatçı kampaniyanı başladan ermənilər iddia edirlər ki, Laçın yolunda sərhəd-buraxılış məntəqəsinin ləğvinə nail olunmazsa, başqa yollara əl atacaqlar. Görünür ki, bilavasitə Rusiyadan asılı olan, Moskvadan verilən əmrlər əsasında idarə olunan separatçılar bölgədə qalmaq naminə nəinki Azərbaycana qarşı təxribat törətməkdən, hətta dinc erməni əhalisini qırğına verməkdən də çəkinməyə bilərlər. Və bu cinayəti Azərbaycanın üzərinə yıxmaq üçün Moskvanın iştirakı ilə müəyyən planın işə düşəcəyi də istisna edilmir. Əsas məqsəd isə yenidən bütün dünyaya, xüsusən də Azərbaycanla Ermənistan arasında sülhə nail olmaq üçün son zamanlar əlindən gələni etməyə çalışan Vaşinqtona göstərələr ki, "Biz dinc insanları qətlə yetirən Azərbaycanla birgə, onun idarəçiliyi altında heç cürə yaşaya bilmərik". 

Bu səbəbdən Azərbaycanın dərhal, qısa bir zaman ərzində Xankəndi və ətraf rayonlar daxil olmaqla kontingentin müvəqqəti nəzarət zonasındakı etnik ermənilərin təhlükəsizliyini təmin etmək üçün hərəkətə keçməsinə ciddi zərurət yaranır. 

Çünki Rusiyanın təsiri nə qədər zəifləsə də, "sülhməramlı" timsalında Qarabağda mövcudluğu separatçılığın ləğvi, reinteqrasiya prosesi və erməni silahlı dəstələrinin çıxarılması kimi rıçaqları əlində saxlamaq imkanı verir və bundan Bakıya qarşı istifadə edə bilər. 

Elə bu səbəbdəndir ki, rəsmi Bakı vəziyyəti kontrolda saxlamaq üçün Rusiya ilə təmaslarına da həssaslıqla yanaşır və şimaldan edilən təkliflərə də geridə qalan 3 il ərzində müsbət reaksiya verərək istənilən diplomatik təmasa hazır olduğunu dəfələrlə nümayiş etdirib. Yenə də ən böyük iş burada İrəvanın üzərinə düşür. Çünki Ermənistan rəhbərliyi konstruktivlik göstərib, danışıqlar prosesinin sürətlənməsinə öz töhfəsini verəcəyi təqdirdə hər iki dövlət Vaşinqtondan qalib ayrıla bilər. 

Təhməz Əsədov Son.az

“Məşədi Dadaş”ın yeni imamı kimdir? like
  • 02 May 12:29  
Digərləri “Məşədi Dadaş”ın yeni imamı kimdir?

Xəbər verdiyimiz kimi, bu gün Əli Şərbətov Məşədi Dadaş məscidinə

arrow Ətraflı
Yeddi yaşlı uşağın ölümü qardaşının gözü qarşısında olub like
  • 02 May 12:18  
Digərləri Yeddi yaşlı uşağın ölümü qardaşının gözü qarşısında olub

Aprelin 29-da Sumqayıtda azyaşlı oğlanın idman məktəbində aldığı xəs

arrow Ətraflı
TEKNOFEST dünyanın ən böyük festivalı kimi tarixə düşüb like
  • 02 May 12:10  
Digərləri TEKNOFEST dünyanın ən böyük festivalı kimi tarixə düşüb

TEKNOFEST-2023 2,5 milyondan çox ziyarətçi ilə dünyanın ən böyük festiv

arrow Ətraflı
Milli məclisin deputatı tikinti şirkətini ittiham etdi: like
  • 02 May 12:07  
Digərləri Milli məclisin deputatı tikinti şirkətini ittiham etdi:

Fırıldaqçılıqla məşğul olan şirkətlər var. İnsaları aldadırlar, in

arrow Ətraflı
Ərdoğan hakimiyyəti Türkiyəni dünyada güc sahibinə çevirib like
  • 02 May 12:01  
Siyasət Ərdoğan hakimiyyəti Türkiyəni dünyada güc sahibinə çevirib

Türkiyə olmadan Orta Şərqdə, Aralıq dənizində, Balkanlarda, Qafqazda han

arrow Ətraflı
Qəza olmasa, onunla görüşəcəkmiş... like
  • 02 May 11:56  
Şou-biznes Qəza olmasa, onunla görüşəcəkmiş...

ARB TV-nin icraçı direktoru Rəşad Məmmədov "SOY" prodakşının

arrow Ətraflı
SOCAR ilə əməkdaşlıq prinsipial cəhətdən yeni səviyyəyə çıxacaq like
  • 02 May 11:49  
Digərləri SOCAR ilə əməkdaşlıq prinsipial cəhətdən yeni səviyyəyə çıxacaq

"Uzbekneftegaz" şirkəti ilə Azərbaycan Dövlət Neft Şirkəti (SO

arrow Ətraflı
Erməni uşaqlarından terrorçular belə hazırlanır like
  • 02 May 11:46  
Digərləri Erməni uşaqlarından terrorçular belə hazırlanır

İkinci Qarabağ müharibəsində biabırçı məğlubiyyətdən dərs çıxarma

arrow Ətraflı
Gömrük rüsumu ləğv edildi like
  • 02 May 11:44  
Digərləri Gömrük rüsumu ləğv edildi

Xəbər verdiyimiz kimi, gələn il yanvarın 1-dən Azərbaycana idxal edilən

arrow Ətraflı
Blinken Azərbaycanla sülh sazişi bağlaması üçün İrəvana təzyiq göstərməlidir like
  • 02 May 11:38  
Siyasət Blinken Azərbaycanla sülh sazişi bağlaması üçün İrəvana təzyiq göstərməlidir

ABŞ dövlət katibi Entoni Blinken Azərbaycanla sülh sazişi bağlaması üç

arrow Ətraflı
Dünya mediası Türkiyənin yeni döyüş təyyarəsindən yazır: like
  • 02 May 11:31  
Digərləri Dünya mediası Türkiyənin yeni döyüş təyyarəsindən yazır:

Türk Aerokosmik Sənayesi (TUSAŞ) Kahramankazan mərkəzi şəhərciyində ad�

arrow Ətraflı
"Bu səbəbdən düşmən asanlıqla irəliləyirdi..." like
  • 02 May 11:26  
Siyasət "Bu səbəbdən düşmən asanlıqla irəliləyirdi..."

1992-93-cü illərdə Qarabağda vəziyyət elə bir idarəolunmaz həddə çatm

arrow Ətraflı
Azərbaycan sərhədçiləri mənə dedi ki… like
  • 02 May 11:20  
Digərləri Azərbaycan sərhədçiləri mənə dedi ki…

Laçın sərhəd-keçid məntəqəsində Azərbaycan sərhədçiləri tərəfind

arrow Ətraflı