Laçın yolundakı yeni nəzarət keçidindən
Siyasət 01 May 2023 14:46:00 239 0
Xəbər verdiyimiz kimi, Azərbaycanın Laçın rayonu ərazisindən Laçın-Xankəndi yolunun başlanğıcında yaradılan nəzarət-buraxılış məntəqəsində avtomobillərin keçidi üçün normal rejim təmin edilib.
Bu xəbəri də oxu: "Bu artıq ajiotaj deyil, ermənilər qorxuya düşüblər" Yunus Oğuz
Son.az Trend-ə istinadən bildirir ki, dünən Laçın yolundakı yeni sərhəd keçidindən 11 erməni əsilli şəxs istifadə edib. Onlardan 8-i avtomobillə Xankəndi-Gorus istiqamətində hərəkət edib. Üç nəfər isə Xankəndi istiqamətində ölkəmizin ərazisinə daxil olub.
Beləliklə, bir daha məlum olur ki, Ermənistan rəsmilərinin Qarabağ ermənilərinin "etnik təmizləməsi" və Laçın yolunun guya "blokadaya alınması" ilə bağlı yalan açıqlamaları növbəti təbliğat hiyləsindən başqa bir şey deyil.
Qeyd edək ki, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə və Ermənistan tərəfindən aprelin 22-də birtərəfli qaydada Azərbaycan ilə sərhəddə Laçın-Xankəndi yolunun girişində nəzarət buraxılış məntəqəsinin qurulmasına adekvat olaraq aprelin 23-ü saat 12:00-da Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub.
Son.az
Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentl
Özbəkistanda keçirilən referendum qardaş ölkənin hərtərəfli inkişafı
Moskva Baxmutun işğalı üçün mayın 9-nu son tarix olaraq təyin edib.
Mina terroru ümumilikdə erməni terrorizmini göstərən əsas faktlardan biri
Akademik Milli Dram Teatrına direktor əvəzi təyin olunub.
Havaların isinməsi ilə bağ evlərinə olan maraq artıb. İndidən kirayə �
2023-ci ilin mart ayında Türkiyədə Rusiya kapitalı ilə 308 şirkət qeydiy
Dünən gecə Bakının Binəqədi rayonunda 3 avtomobilin yanması ilə nətic�
Mayın 2-də gözlənilən hava şəraiti açıqlanıb.
Ermənistan qaş düzəltdiyi yerdə göz çıxarmağa davam edir. Bakının sü
Balkanlarda, Qafqazda, Orta Şərqdə və Qara dənizdə Türkiyə olmadan hans�