Strateji Obyektlərin Mühafizəsi Agentliyi hərbi xidmətə qəbul elan edib
Digərləri 01 May 2023 14:26:00 267 0
Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinə müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusunda olan vətəndaşların qəbuluna başlanılır.
Bu xəbəri də oxu: Kişi və qadın beyinləri fərqli imiş Sübut olundu
Ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilmiş müddətli həqiqi hərbi xidmətini başa vurmuş, boyu 1.85 sm-dən aşağı olmayan (təsdiq edici sənəd təqdim etmiş Vətən Müharibəsi iştirakçıları boyu 1.80 sm-dən aşağı olmayanlar) və 25 yaşınadək hərbi vəzifəlilər (qadınlar istisna olmaqla) mayın 08-dən mayın 19-dək Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Sumqayıt regional idarəsində fəaliyyət göstərən qəbul komissiyasına müraciət edə bilərlər.
Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinə müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunmaq üçün müraciət etmiş vətəndaşlar qəbul komissiyası tərəfindən hərbi xidmətə yararlılıq dərəcəsinin müəyyən edilməsi məqsədi ilə müvafiq tibb müəssisəsinə göndərilir. Hərbi Həkim Komissiyasının qərarına əsasən hərbi xidmətə yararlı hesab edilmiş şəxslər qəbul imtahanlarına buraxılır.
Fiziki hazırlığı, ümumi bilik səviyyəsi, düşünmə qabiliyyəti, peşə maraqları, ünsiyyət qurmaq, həmçinin fərdi-psixoloji və digər keyfiyyətlərinin öyrənilməsi məqsədilə keçirilən imtahanları müvəffəqiyyətlə vermiş namizədlər Agentliyə qəbul edilir.
Agentliyə qəbul edilən şəxslərlə üç il müddətinə bağlaşma imzalanır və müvafiq vəzifələrə təyin olunur.
Namizədlər qəbul komissiyasına müraciət edərkən aşağıdakı sənədləri təqdim etməlidir:
- şəxsiyyət vəsiqəsinin əsli və surəti.
- hərbi biletin əsli və hərbi biletin bütün vərəqlərinin surəti.
Özbəkistanda keçirilən referendum qardaş ölkənin hərtərəfli inkişafı
Moskva Baxmutun işğalı üçün mayın 9-nu son tarix olaraq təyin edib.
Mina terroru ümumilikdə erməni terrorizmini göstərən əsas faktlardan biri
Akademik Milli Dram Teatrına direktor əvəzi təyin olunub.
Havaların isinməsi ilə bağ evlərinə olan maraq artıb. İndidən kirayə �
2023-ci ilin mart ayında Türkiyədə Rusiya kapitalı ilə 308 şirkət qeydiy
Dünən gecə Bakının Binəqədi rayonunda 3 avtomobilin yanması ilə nətic�
Mayın 2-də gözlənilən hava şəraiti açıqlanıb.
Ermənistan qaş düzəltdiyi yerdə göz çıxarmağa davam edir. Bakının sü
Balkanlarda, Qafqazda, Orta Şərqdə və Qara dənizdə Türkiyə olmadan hans�
Heydər Əliyev Fondunun təşəbbüsü ilə iyunun 18-25-də "Muğam aləm
Çıxıb efirdə bəzən elə şeylər danışırlar ki, sənətlərini də, öz
"Rusiya qoşunları Donetsk vilayətinin Baxmut şəhərində tutduqları b