Prezident İlham Əliyevlə ABŞ dövlət katibi arasında telefon danışığı olub


Siyasət 01 May 2023 07:13:00 192 0

Prezident İlham Əliyevlə ABŞ dövlət katibi arasında telefon danışığı olub

Aprelin 30-da ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, telefon danışığı əsnasında Antoni Blinken Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların əhəmiyyətini vurğulayıb, bu xüsusda ABŞ-ın dəstəyinin davam edəcəyini bildirib. ABŞ Dövlət katibi sülhün əldə edilməsinin mümkünlüyünə inandığını deyib və Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsinin qurulmasına toxunub.

Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan sülh gündəliyini dəstəkləyir, Ermənistanla sülh müqaviləsi üzrə danışıqlara başlamağın və münasibətlərin normallaşdırılmasının təşəbbüskarı məhz Azərbaycan olub. Bu xüsusda da Azərbaycan tərəfindən beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq 5 prinsip Ermənistana təklif edilib.

Azərbaycan-Ermənistan sərhədində "Laçın" sərhəd-buraxılış məntəqəsinin qurulması ilə əlaqədar Prezident İlham Əliyev bildirib ki, bu məntəqənin qurulması Azərbaycanın suveren hüquqları çərçivəsində və bütün beynəlxalq qaydalara uyğun olaraq təmin edilib.

Azərbaycan Prezidenti vurğulayıb ki, məqsəd hərəkətin məhdudlaşdırılması deyil, əksinə nəzarətin təmin edilməsidir və artıq bu məntəqə vasitəsilə gediş-gəliş həyata keçirilir.

Telefon danışığı zamanı Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əhalisinin hüquqlarının Azərbaycanın Konstitusiyası və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq sənədlər çərçivəsində təmin olunacağı qeyd edilib.

Transyağlar və onun orqanizmə zərəri like
  • 01 May 07:07  
Digərləri Transyağlar və onun orqanizmə zərəri

Transyağlar heyvanların orqanizmdə mövcud olan doymamış yağlar qrupudur,

arrow Ətraflı
İntim həyatlarına görə ən ideal bürclər like
  • 01 May 07:00  
Digərləri İntim həyatlarına görə ən ideal bürclər

Son.az intim həyatlarında ən ideal bürclər barədə məlumat verir:

arrow Ətraflı
Günün qoroskopu: Münasibətlərdə yeni nüanslar yaranır like
  • 01 May 00:01  
Digərləri Günün qoroskopu: Münasibətlərdə yeni nüanslar yaranır

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
Ruslar bu istiqamətdə uğur qazandı  Malyar like
  • 30 Apr 23:57  
Dünya Ruslar bu istiqamətdə uğur qazandı Malyar

Həftə ərzində cəbhənin müəyyən sektorlarında ruslar müəyyən uğur q

arrow Ətraflı
Zəncirvari avtomobil qəzası olub, xəsarət alanlar var like
  • 30 Apr 23:51  
Digərləri Zəncirvari avtomobil qəzası olub, xəsarət alanlar var

Goranboy rayon Dəliməmmədli şəhər ərazisində 3 avtomobilin iştirakı il

arrow Ətraflı
Dəhşətli qətlin üstü 26 il sonra açıldı like
  • 30 Apr 23:45  
Dünya Dəhşətli qətlin üstü 26 il sonra açıldı

Sankt-Peterburqun vitse-qubernatoru Mixail Maneviçin 1997-ci ildə törədilmi�

arrow Ətraflı
Laçın yolundakı nəzarətburaxılış məntəqəsində like
  • 30 Apr 23:33  
Siyasət Laçın yolundakı nəzarətburaxılış məntəqəsində

Son.az Trend-ə istinadən bildirir ki, Azərbaycanın Laçın rayonu ərazisin

arrow Ətraflı
Rusiya gəmisi göründü, ordu hazır vəziyyətə gətirildi like
  • 30 Apr 23:31  
Dünya Rusiya gəmisi göründü, ordu hazır vəziyyətə gətirildi

İsveç və Finlandiya donanmaları Rusiyanın bu ölkələrin enerji şəbəkə

arrow Ətraflı
Ərdoğan ən böyük seçkiqabağı mitinqlərindən birini keçirib like
  • 30 Apr 23:09  
Dünya Ərdoğan ən böyük seçkiqabağı mitinqlərindən birini keçirib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 14-nə təyin edilmiş prez

arrow Ətraflı
Avtomobillər toqquşub, ölən və xəsarət alan var like
  • 30 Apr 22:57  
Digərləri Avtomobillər toqquşub, ölən və xəsarət alan var

Şəmkirdə ölümlə və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi

arrow Ətraflı
Ağ paltardakı ləkələri təmizləməyin asan üsulları like
  • 30 Apr 22:46  
Digərləri Ağ paltardakı ləkələri təmizləməyin asan üsulları

Ağ paltardakı ləkələri çıxarmağın sadə yolları açıqlanıb.

arrow Ətraflı
Qeyrisabit hava bu tarixədək davam edəcək like
  • 30 Apr 22:40  
Digərləri Qeyrisabit hava bu tarixədək davam edəcək

Bakıda qeyri-sabit hava şəraiti mayın 3-dək davam edəcək.

arrow Ətraflı