Arıqlamağın ən asan yolu
Digərləri 29 Apr 2023 19:24:00 240 0
İngiltərənin Hatfild şəhərinin 36 yaşlı sakini Alan Pender pendir yeyərək 28 kiloqram arıqlayıb.
Bu xəbəri də oxu: Taksi sifarişlərinin sayında azalma
Son.az xəbər verir ki, bu barədə "Daily Express"məlumat yayıb. Bildirilib ki, Alan əvvəllər hər gün kalorisi təxminən dörd min olan və qlütenlə zəngin qidalar yeyib. Bundan əlavə, o, müntəzəm olaraq spirtli içki içib.
COVID-19 pandemiyası zamanı Pender evdə qalmağa və az hərəkət etməyə başlayıb ki, bu da çəkisinin 107 kiloqrama qədər artması ilə nəticələnib. Həddən artıq kökəldiyini görən kimi, qlüteni pəhrizdən çıxarmaq qərarına gəlib və keto pəhrizə - minimum karbohidratlı qidalanmaya keçib.
Səhər yeməyində Alan 200 qram sərt pendir ilə kifayətlənib, 250 qramlıq bir neçə dilim pendirdən ibarət naharı da hər gün özü ilə işə aparıb, axşam yeməyində isə həyat yoldaşı ilə bir stəkan su içərək bir boşqab pendir yeyib.
"Bir boşqabda təxminən 1,2 kiloqram pendir olurdu, mən və həyat yoldaşım bu miqdarın öhdəsindən asanlıqla gələ bilərik. O da mənim qədər yeyir", - Alan qeyd edib.
İndi Alanın çəkisi 79 kiloqramdır. O, müəyyən edilmiş pəhrizə riayət etməyə davam edir və mütəmadi olaraq idman zalında məşq edir. Alan etiraf edib ki, çoxlu yağ yemək sağlamlıq problemlərinə səbəb ola bilər, lakin dayanmaq fikrində deyil. "Biz bundan heç vaxt yorulmayacağıq. Eşitdim ki, pendir yedikdə, A sinfi narkotiklər kimi eyni dərəcədə asılılıq yaradan narkotik ayrılır", - Alan əlavə edib.
O, əlavə edib ki, aşpaz işləyən həyat yoldaşı bəzən tərəvəzli balıq və ya ət bişirir. Bununla belə yenə də pendir sousundan istifadə edirlər. (publika.az)
Aprelin 28-də Təbrizdə ailə münaqişəsi zəminində qətl hadisəsi baş v
İngiltərli dermatoloqlar hesab edir ki, qaşınma və tənəffüs problemləri
Müğənni Rəhilə Bəndəliyeva "Zaurla Günaydın" verilişinə ail
Rusiyanın "Nashe kino" kino şirkəti məşhur mem qəhrəmanı haqq�
Türkiyənin Kahramanmaraş şəhərinin sakini açdığı "Enkaz kafe"
Azərbaycanlı məşhur futbolçu Araz Abdullayev yaz dəb şousunda podiuma ç�
İnternetdə geniş yayılmış ChatGPT kimi intellektual çatbotlar aşkar müs
Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyev və Türk
Türk müğənni Bülent Ersoyun yeni görüntüsü hər kəsi təəccübləndir
Aprelin 28-də Bakıda dünyanın ən nüfuzlu idman yarışlarından biri - For
Sosial şəbəkələrdə bir sıra istifadəçilər polis tərəfindən vətənd
Aprelin 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türki
Hollivud ulduzu Şeron Stoun Kim Kardaşyanın "American Horror Story"