Gel dırnaq boyalarının dəhşətli fəsadları üzə çıxdı
Digərləri 29 Apr 2023 19:07:00 246 0
İngiltərli dermatoloqlar hesab edir ki, qaşınma və tənəffüs problemlərini gel lakından istifadənin dəhşətli nəticələridir.
Bu xəbəri də oxu: Ən insafsız BÜRCLƏR
Son.az xəbər verir ki, həkimlərin sözlərinə görə, manikürdə gel lakından istifadə dəhşətli nəticələrə gətirib çıxarır. Bu barədə "BBC" məlumat yayıb.
Söhbət ultrabənövşəyi lampada qurudulmalı olan gel cilalarından, həmçinin polimer-monomer pastasından hazırlanmış akril dırnaq qaynaqlarından gedir. Həkimlərin fikrincə, bu məhsulların tərkibinə daxil olan kimyəvi maddələr dəridə qaşınma və səpgilərə, dırnaq boşqabının qopmasına, ağır hallarda tənəffüs problemlərinə və anafilaktik şoka səbəb ola bilər.
Məlum olub ki, Britaniya Dermatoloqlar Assosiasiyası Böyük Britaniya və İrlandiyadan olan qızlarda gel laklarına qarşı allergik reaksiyalar artıb. Bu səbəbdən təşkilatın üzvü Deydra Bakli xanımları bu cür manikürdən çəkinməyə çağırıb və əlavə edib ki, bu cür reaksiyalara ən çox evdə lakların tətbiqi zamanı, həmçinin kifayət qədər ixtisaslı mütəxəssislər etdikdə də rast gəlinir. Üstəlik həkim allergiyanın zamanla ortaya çıxdığını da vurğulayıb.
Ekspert qeyd edib ki, bu hallar yarananda əsas allergiya törədicisini müəyyən etmək vacibdir ki, xəstə öz orqanizminin xüsusiyyətləri barədə həkimlərə əvvəlcədən məlumat verə bilsin. "Çox vaxt akril və gel cilalarında olan oxşar maddələr diş və ya cərrahi müalicədə də istifadə olunur" , - D.Bakli yekunda bildirib. (publika.az)
Müğənni Rəhilə Bəndəliyeva "Zaurla Günaydın" verilişinə ail
Rusiyanın "Nashe kino" kino şirkəti məşhur mem qəhrəmanı haqq�
Türkiyənin Kahramanmaraş şəhərinin sakini açdığı "Enkaz kafe"
Azərbaycanlı məşhur futbolçu Araz Abdullayev yaz dəb şousunda podiuma ç�
İnternetdə geniş yayılmış ChatGPT kimi intellektual çatbotlar aşkar müs
Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyev və Türk
Türk müğənni Bülent Ersoyun yeni görüntüsü hər kəsi təəccübləndir
Aprelin 28-də Bakıda dünyanın ən nüfuzlu idman yarışlarından biri - For
Sosial şəbəkələrdə bir sıra istifadəçilər polis tərəfindən vətənd
Aprelin 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türki
Hollivud ulduzu Şeron Stoun Kim Kardaşyanın "American Horror Story"
Fransada qeyri-adi tarixi olan qala satılır.
ABŞ-nin "SpaceX" şirkəti "Falcon Heavy" super ağır rake