Nikoldan şok: 3 il uzadırıq, silahlanırıq, Qarabağ isə...
Siyasət 29 Apr 2023 19:29:00 210 0
"Mülki müqavilə"nin mərkəzi ofisində cümə axşamı partiya üzvləri ilə Nikol Paşinyanın bir neçə saat davam edən görüşünün bəzi detalları üzə çıxıb.
Bu xəbəri də oxu: İlham Əliyev Kəlbəcərin azad edilməsinin dördüncü ildönümü ilə bağlı paylaşım edib
Son.az axar.az-a istinadən xəbər verir ki, erməni mediası iclasda iştirak edənlərə istinadla təhlükəsizlik məsələləri və Azərbaycanla münasibətlər, sülh müqaviləsinin imzalanması istiqamətində danışıqlar getdiyini yazıb.
Qeyd edilib ki, Nikol Paşinyan partiyasının üzvləri ilə açıq danışıb və Ermənistan üçün çox çətin günlər olduğunu bildirib.
"Beynəlxalq ictimaiyyət də problemi tez bir zamanda həll etməyə, sülh müqaviləsi imzalamağa çağırır. Hər kəs bu vəziyyətdən bezib. Şəxsən hesab edirəm ki, Ermənistanın yaxın üç ildə mövcud olma şansı dözmək, status-kvonu uzatmaqdır. Həmin üç il ərzində Ermənistan silahlanacaq, güclənəcək və müxtəlif mövqelərdən çıxış edəcək. Biz üç il dözsək, qarşıdakı 200 il bizə qarşı oyun olmayacaq", - Paşinyan qeyd edib.
Paşinyan Qarabağda taleyüklü vəziyyət olduğunu vurğulayıb, lakin bütün məsuliyyəti Rusiya Federasiyasının üzərinə atıb. Eyni zamanda o bildirib ki, Rusiyanın mövqeyi o qədər zəifləyib ki, müqavimət göstərmək iqtidarında deyil.
"Paşinyan Qarabağla bağlı da fikirlərini bölüşdü, dedi ki, əlbəttə ki, ən yaxşı həll bütün tərəflərin öz müqəddəratını təyinetmə hüququnu nəzərdən keçirməsi olardı, lakin bu, real deyil. Və o, yenidən Qarabağın Azərbaycana reinteqrasiyasının zəruriliyinə eyham vurdu. Lakin sonda o vurğuladı ki, Qarabağ ermənilərinin həyati təhlükəsi olarsa, onların Ermənistana köçürülməsini təmin etməyə borcluyuq.
Yeri gəlmişkən, Paşinyan həmin toplantıda kifayət qədər sentimental əhval-ruhiyyədə idi, dövlət və vətən haqqında uzun çıxışlar edərək, deyirdi ki, hər kəsdə vətənlə dövlətin bir-birindən ayrılmaması lazım olduğunu dərk etməlidir", - mediaya danışan tədbir iştirakçısı deyib.
İngiltərənin Hatfild şəhərinin 36 yaşlı sakini Alan Pender pendir yeyər
Aprelin 28-də Təbrizdə ailə münaqişəsi zəminində qətl hadisəsi baş v
İngiltərli dermatoloqlar hesab edir ki, qaşınma və tənəffüs problemləri
Müğənni Rəhilə Bəndəliyeva "Zaurla Günaydın" verilişinə ail
Rusiyanın "Nashe kino" kino şirkəti məşhur mem qəhrəmanı haqq�
Türkiyənin Kahramanmaraş şəhərinin sakini açdığı "Enkaz kafe"
Azərbaycanlı məşhur futbolçu Araz Abdullayev yaz dəb şousunda podiuma ç�
İnternetdə geniş yayılmış ChatGPT kimi intellektual çatbotlar aşkar müs
Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyev və Türk
Türk müğənni Bülent Ersoyun yeni görüntüsü hər kəsi təəccübləndir
Aprelin 28-də Bakıda dünyanın ən nüfuzlu idman yarışlarından biri - For
Sosial şəbəkələrdə bir sıra istifadəçilər polis tərəfindən vətənd
Aprelin 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türki