XİN Tərtərdə mina partlayışı ilə bağlı bəyanat yayıb
Siyasət 28 Apr 2023 22:07:00 206 0
XİN Tərtərdə mina partlayışı ilə bağlı bəyanat yayıb.
Bu xəbəri də oxu: COP29: Tarixdə iz qoyan sammit
Son.az bildirir ki, bəyanatda deyilir:
"28 aprel 2023-cü il tarixində Tərtər rayonunda mina partlayışı nəticəsində 3 nəfər mülki şəxs həlak olub.
Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin!
Bununla, 2020-ci ildə 44 günlük Vətən müharibəsindən indiyə qədər ümumilikdə 298 nəfər mina qurbanı olmuş, onlardan 54 nəfər həlak olmuşdur.
Tərtərdə baş verən mina partlayışı bir daha onu göstərir ki, Azərbaycana yararlı və düzgün mina xəritələrini təqdim etməyən, Üçtərəfli bəyanatın 6-cı bəndini kobudcasına pozaraq Azərbaycan ərazisində hərbi fəaliyyəti və minaların yerləşdirməsini davam etdirən Ermənistanın əsas məqsədi post-münaqişə dövründə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinə, bu ərazilərdə fəaliyyət göstərən mülki əhaliyə, habelə məcburi köçkünlərin geri qayıtmasına və öz yerlərində dinc yaşamasına maneçilik yaratmaqdır.
Beynəlxalq ictimaiyyəti Ermənistanın beynəlxalq öhdəliklərini kobud şəkildə pozmasına, o cümlədən məqsədli şəkildə minalar yerləşdirmək siyasətinə göz yummamağa çağırırıq".
Rusiya Prezidenti Vladimir Putin imzaladığı fərmanla dost ölkələr üçün
Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı müharibənin sonu ki
Hollivud ulduzu Nikolas Keyç kasıblıqdan və borclardan qurtulmaq üçün aş
Sosial şəbəkələrdə polis əməkdaşlarının əhalidən pul yığmasına d
"Bu gün utanmadan, çəkinmədən deyə bilərəm ki, çox xoşbəxt ataya
Aprelin 26-sı Tərtər rayonunun Talış kəndindən Tapqaraqoyunlu kəndi isti
Rusiyada dövlətə xəyanətə görə cəza sərtləşdirilib.
"Kanal D" kanalında yayımlanan "Camdaki kız" serialına y
Xəbər verdiyimiz kimi, Türkiyənin məşhur aktyoru Kadir Doğulunun ötən g