Qadınları incə və xanımxatın göstərən tərz yenidən gündəmdə FOTO
Digərləri 28 Apr 2023 21:22:00 199 0
Bu xəbəri də oxu: Sandal mağaradan podiuma gələn yolu necə keçdi?
Son vaxtlara qədər belə görünürdü ki, qadına xas geyim tərzi həmişəlik dəbdən düşüb. Dizaynerlər vaxtaşırı onun bəzi elementlərini sınaqdan keçirirdi, lakin bir qayda olaraq istehzalı şəkildə. Ancaq son Moda Həftələrindən sonra hər şey dəyişdi.
Son.az xəbər verir ki, 2023\2024-ci illərin payız-qış mövsümünün trendləri arasında ledi tərzi liderlik edir. "Tagwalk" platformasının da məlumatına görə, keçən ilin payız mövsümü ilə müqayisədə bu il "ladylike" təq ilə işarələnmiş fotolar artıb. Bəs "ladylike" dedikdə nə başa düşülür? Qadınları incə və xanım-xatın göstərən hər şey. Dar paltarlar, belin incəliyini önə çıxaran kostyumlar, hündürdaban ayaqqabılar, uzun "opera" əlcəklər, kiçik torlu çantalar, zərif papaqlar və s.
Kristian Diorun icad etdiyi "New Look" üslubu da həmin tərzin təcəssümüdür. Onun ən müasir versiyası yenidən aktualdır. Ən maraqlısı odur ki, son Moda Həftələrində uzun müddət sonra ilk dəfə olaraq dizaynerlər bu üsluba üz tutdular. "Balmain", "Balenciaga", "Carolina Herrera", "Miu Miu", "Saint laurent" kimi moda evləri bu ideyanı daha da inkişaf etdiriblər.
Bəs dizaynerləri qadın zərifliyini xatırlamağa nə vadar etdi? Yəqin ki, çılğın dünyamızda müəyyən sabitlik axtarışı. Biz elə bir dövrdə yaşayırıq ki, təməllər bir-birinin ardınca dağılır və ən yaxşı halda yaxın bir neçə həftənin planını qura bilirik. Qeyri-sabitlik dövrlərində isə hamımız əbədi dəyərlərə müraciət edirik və bu, bizə ən azı ətrafda baş verənlərin normal olduğunu hiss etdirir. Odur ki, çox dar qələm ətəklə bər-bəzəkli bluz qadın zərifliyini geri qaytarmağa və köhnə dəyərləri xatırlamağa kömək edirsə, niyə də onlara müraciət etməyəsiniz? (publika)
"Bu gün utanmadan, çəkinmədən deyə bilərəm ki, çox xoşbəxt ataya
Aprelin 26-sı Tərtər rayonunun Talış kəndindən Tapqaraqoyunlu kəndi isti
Rusiyada dövlətə xəyanətə görə cəza sərtləşdirilib.
"Kanal D" kanalında yayımlanan "Camdaki kız" serialına y
Xəbər verdiyimiz kimi, Türkiyənin məşhur aktyoru Kadir Doğulunun ötən g
Şəmkirdə 1500 manata "Kalaşnikov" satmaq istəyən şəxs saxlanı
Azərbaycan dünyadan ən çox minadan çirklənmiş ölkələrdəndir.
Siz doğrudan da bütün Azərbaycan xalqını sevindirdiniz. Cansu qızımız s
Aparıcı Hüsniyyə F1 səhnəsindəki çıxışı üçün hazırlıq prosesi k
Siz Ermənistanda keçirilmiş Avropa çempionatında şanlı Türk Bayrağını
Xalq artisti Emin Ağalarov anasına həsr etdiyi "Благодарю, ма
"XXI Əsrin Qadınları" İctimai Birliyi Qeyri-Hökumət Təşkilatla