Ziraat Bank Azərbaycan Türkiyədə təbii fəlakətdən əziyyət çəkənlərə ümumi 500 000 ABŞ dolları ianə etdi!
Digərləri 28 Apr 2023 17:25:00 208 0
Ziraat Bank Azərbaycan Türkiyədə təbii fəlakətdən əziyyət çəkənlərə ümumi 500 000 ABŞ dolları ianə etdi!
Bu xəbəri də oxu: Qubadlıda yük avtomobili aşdı: Xəsarət alan var
Türkiyə Respublikasının cənub-şərqində bu ilin fevral ayında baş vermiş təbii fəlakət nəticəsində meydana gəlmiş dağıntıların aradan qaldırılması üçün işlər davam edir. Zəlzələnin ağır fəsadlarının aradan qaldırılmasına dəstək vermək məqsədi ilə Ziraat Bank Azərbaycan zərərçəkənlərə yardım üçün AFAD (Türkiyə Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyi) fonduna əlavə 400 000 ABŞ dolları köçürərək ümumilikdə ianə edilmiş məbləği 500 000 ABŞ dollarına çatdırdı.
Qeyd edək ki, Ziraat Bank Azərbaycan təbii fəlakətin baş verdiyi ilk gündən etibarən ölkə vətəndaşları tərəfindən "AFAD" hesabına edilən yardımların operativ və komissiyasız icra edilməsini təmin etmişdir. Həmçinin Bank həmvətənlərimizin ianə etmə üsulları ilə aydın şəkildə tanış olaraq köçürmələrini rahat icra etmələri üçün fərqli izahedici video təlimatlar hazırlayaraq sosial media kanallarında paylaşıb. Eyni zamanda Ziraat Bank Azərbaycan "AFAD" qurumunun Azərbaycanda rəsmi hesab açmasına dəstək verərək ianələrin daha sürətli və rahat çatdırılmasına vasitəçi olub. Maddi yardımla yanaşı humanitar yardımda da iştirak edən Bank, əməkdaşları tərəfindən toplanılan yardımların təhvil verilməsində öz dəstəyini göstərib.
"Ziraat Bank Azərbaycan" ASC, Türkiyə Respublikasına məxsus, 159 illik tarixə malik olan "Ziraat Maliyyə Qrupu"-nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 7 filialı ilə yanaşı, rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərə təqdim edir.
Türkiyəli aktrisa Deniz Baysal son açıqlaması ilə diqqət çəkib.
Amerika Birləşmiş Ştatları Suriyada terror dövlətinin qurulmasını dəst
"Alliance Airlines" sərnişinləri təyyarədə bir-birilərini döy�
"Badamlı Mineral Sular" MMC-nin 250-yə yaxın əməkdaşı işdən a
"Özüm şou-biznesdən olan kişi ilə ailə quraram, bu aləmdən evimə
Bu gün Milli Məclisin İntizam Komissiyasının iclası keçirilib.
Dünən Təbrizdə müğənni Rəhim Şəhriyarinin konsertindən sonra təbrizl
"Güllübulaq" MMC-nin təsisçisi və faktiki rəhbəri olmuş Füzul
Laçın-Xankəndi yolunda təşkil olunan və 138 gündür davam edən ekoloji a
Son.az AZƏRTAC-a istinadən bildirir ki, aprelin 28-də Azərbaycan Respublik
Xalq artisti Afaq Bəşirqızı açıqlaması ilə diqqət çəkib.
Dövlət İmtahan Mərkəzi tərəfindən 2 aprel 2023-cü il tarixində keçiri
Təbrizin İmamiyyə bölgəsində molla rejiminin polis qüvvələri səyyar sa
Son.az AZƏRTAC-a istinadən bildirir ki, aprelin 28-də Azərbaycan Respublik
Naxçıvanın sabiq daxili işlər naziri, general-leytenant Əhməd Əhmədovun