“Badamlı"nın 250yə yaxın əməkdaşı işdən çıxarılıb VİDEO
Digərləri 28 Apr 2023 16:48:00 254 0
"Badamlı Mineral Sular" MMC-nin 250-yə yaxın əməkdaşı işdən azad edilib.
Bu xəbəri də oxu: Ramil Cəfərova Milli Məclisdə vəzifə verildi
Son.az xəbər verir ki, bunu şirkətin "Xəzər Xəbər"ə danışan işçiləri bildiriblər.
Onlar iddia edirlər ki, şirkət rəhbərliyi dəyişdikdən sonra problemli günləri başlayıb. Şirkətin 250-ə yaxın əməkdaşı işdən çıxarılıb. Onlara nə işlədikləri günlərin pulu, nə dəki kompensasiya verilir.
Şikayətçilər iddia edirlər ki, şirkətin insan resursları şöbəsinin müdiri Vəfa İsmayılovaya müraciət etsələr də, qanedici cavab ala bilmirlər.
Məsələni aydınlaşdırmaq üçün şirkətin məsul şəxsi ilə əlaqə saxlamağa çalışdıq.
Şirkətin ictmayətlə əlaqələr şöbəsindən suallarımıza cavab olaraq bildirildi ki, hazırda şirkət daxilində strukturlaşdırma prosesi aparılır, işin daha optimal şəkildə həyata keçirilməsi üçün bir sıra sahələr dəyişdirilərək yeniləri ilə əvəz olunur. Bununla əlaqədar olaraq, yeni iş sahələri və vəzifələr yaradılır.
"Proses yekunlaşdıqda təbii ki, yeni vəzifələr ilk növbədə şirkətin əməkdaşlarına təklif olunacaq. Əgər hər hansı əməkdaşın bilik və bacarıqları yeni vəzifəyə uyğun gəlməzsə və ya əməkdaş vəzifə dəyişikliyi ilə razılaşmazsa, bu halda Əmək Məcəlləsinə əsasən işçinin əmək haqqı və təzminatı daxil yekun məbləğ ödənilməklə işdən azad olunacaq. Əlavə olaraq bunu da qeyd edim ki, bu günədək işdən ayrılan bütün əməkdaşların ödənişləri - mart ayı üzrə əmək haqqı və kompensasiyalar tam şəkildə ödənilib", - deyə məlumatda bildirilib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
"Özüm şou-biznesdən olan kişi ilə ailə quraram, bu aləmdən evimə
Bu gün Milli Məclisin İntizam Komissiyasının iclası keçirilib.
Dünən Təbrizdə müğənni Rəhim Şəhriyarinin konsertindən sonra təbrizl
"Güllübulaq" MMC-nin təsisçisi və faktiki rəhbəri olmuş Füzul
Laçın-Xankəndi yolunda təşkil olunan və 138 gündür davam edən ekoloji a
Son.az AZƏRTAC-a istinadən bildirir ki, aprelin 28-də Azərbaycan Respublik
Xalq artisti Afaq Bəşirqızı açıqlaması ilə diqqət çəkib.
Dövlət İmtahan Mərkəzi tərəfindən 2 aprel 2023-cü il tarixində keçiri
Təbrizin İmamiyyə bölgəsində molla rejiminin polis qüvvələri səyyar sa
Son.az AZƏRTAC-a istinadən bildirir ki, aprelin 28-də Azərbaycan Respublik
Naxçıvanın sabiq daxili işlər naziri, general-leytenant Əhməd Əhmədovun
Aprelin sonunda turizm "cənnəti" Antalyada qar sürprizi yaşanıb.
Türkiyədə işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova i
Türkiyəli aktyor Aras Bulut İynemlidən ayrılan aktrisa Bige Önal yeni mün
Ermənistanın Tavuş rayonunda 55 yaşlı kənd sakini polisə müraciət edər