Ekofəallar aksiyanı müvəqqəti dayandırdı Bəyanat


Digərləri 28 Apr 2023 16:08:00 193 0

Ekofəallar aksiyanı müvəqqəti dayandırdı  Bəyanat

Laçın-Xankəndi yolunda təşkil olunan və 138 gündür davam edən ekoloji aksiyanın iştirakçılarının bir qrupu ilə aprelin 28-də günün birinci yarısında Azərbaycanın dövlət nümayəndələrinin dəvəti əsasında növbəti görüş keçirilib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyinin inzibati binasında keçirilən görüşdə aksiya iştirakçılarını təmsil edən 10 ekofəal iştirak edib.

Görüşdə Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov aprelin 23-də Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən Azərbaycanın suveren ərazisində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında nəzarət-buraxılış məntəqəsinin qurulması ilə əlaqədar yeni vəziyyətin yarandığını qeyd edib. Buna görə də iştirakçılara aksiyanın dayandırılması bir daha təklif olunub.

Ekofəallar bildiriblər ki, Laçın-Xankəndi yolunun başlanğıcında sərhədçilərimiz tərəfindən sərhəd-nəzarət mexanizminin yaradılması, bununla da yolda hərəkət üzrə şəffaflığın, qanunun aliliyinin və hərəkətin təhlükəsizliyinin təmin edilməsi onları çox sevindirib.

Buna baxmayaraq, ekofəallar qeyd ediblər ki, aksiya hədəfə tam olaraq çatmayıb. Onlar Rusiya sülhməramlılarının müvəqqəti nəzarətindəki Azərbaycan ərazilərində təbii sərvətlərimizin qanunsuz istismarına son qoyulmasını və Azərbaycanın aidiyyəti qurumlarının həmin ərazilərdə monitorinqinə imkan yaradılmasını sülhməramlı kontingentin komandanlığından tələb etdiklərini bir daha vurğulayıblar.

Ekofəalların təmsilçiləri dövlət nümayəndələrinin dəfələrlə edilən çağırışına cavab olaraq, aksiyanın dayandırılması məsələsinə baxılması üçün aksiya iştirakçıları ilə ümumi məsləhətləşmələrin aparılmasına ehtiyac olduğunu bildiriblər.

Günün birinci yarısında keçirilən görüşdən sonra ekofəallar müzakirə olunan məsələlərlə bağlı məsləhətləşmələr aparmaq üçün humanitar aksiyanın keçirildiyi əraziyə qayıdıblar.

Aksiya iştirakçılarının apardıqları məsləhətləşmə və müzakirələrdən sonra ekofəalların qəbul etdikləri qərar bir qədər əvvəl açıqlanıb və aksiyanın iştirakçıları olan qeyri-hökumət təşkilatları nümayəndələrinin, ekofəalların və gənc könüllülərin bəyanatı oxunub.

Bəyanatda qeyd olunub:

"Qeyri-hökumət təşkilatları nümayəndələrinin, ekofəalların və gənc könüllülərin Azərbaycan Respublikasının Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərində təbii sərvətlərin qanunsuz istismarına etiraz əlaməti olaraq 2022-ci il dekabrın 12-dən etibarən Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində başladığı dinc etiraz aksiyası 138 gündür ki, davam edir.

Biz ötən müddətdə gecə-gündüz fasiləsiz keçirilən aksiyada təbii sərvətlərimizin talan edilməsi ilə bağlı şüarlar səsləndirmiş, beynəlxalq ictimaiyyət və təşkilatlardan Azərbaycan ərazilərində törədilən ekoloji cinayətlərə son qoyulmasını istəmişik. Gənc könüllülər və ekofəallar olaraq Azərbaycanın bu sahədə tələbini dünya ictimaiyyətinə çatdırmaqdan və öz haqlı mübarizəmizi aparmaqdan şərəf duyuruq!

138 gün ərzində minlərlə iştirakçının qatıldığı ekoloji aksiyada xalqımızın dəstəyini hər zaman hiss etmişik və bu dəstək bizi daha da ruhlandırmışdır. 2023-cü il aprelin 23-də Azərbaycan Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən suveren ərazimizdə, Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında nəzarət-buraxılış məntəqəsinin qurulması isə hər bir Azərbaycan vətəndaşı kimi bizi də qürurlandırır və sevindirir. Çünki sərhəd-nəzarət mexanizminin yaradılması yolda hərəkət üzrə şəffaflığı, qanunun aliliyini və hərəkətin təhlükəsizliyini təmin etməklə istənilən təxribatın qarşısının alınmasına yönəlib. Azərbaycan ərazilərində qanunsuzluğun qarşısının alınmasına yönəlmiş bu qətiyyətli addım həm də aksiya iştirakçılarının hədəflərinə qismən çatması deməkdir.

Bildirmək istəyirik ki, biz ekofəallar və gənc könüllülər tələblərimizə qismən nail olduğumuzu, eləcə də dövlət nümayəndələri tərəfindən bizə dəfələrlə edilən müraciətləri nəzərə alaraq, 2023-cü il aprelin 28-də saat 18:00-dan etibarən etiraz aksiyamızı müvəqqəti dayandırmaq barədə qərar qəbul etmişik.

Bəyan edirik ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasına, ekoloji və digər fəsadlarla bağlı monitorinqin keçirilməsinin təmin olunmasına dair sülhməramlı kontingentin komandanlığından tələblərimiz qüvvədə qalır və bu tələblər yerinə yetirilməyəcəyi halda aksiyanın yenidən bərpa olunması hüququnu öz üzərimizdə saxlayırıq!

138 gün ərzində bizə dəstək göstərən Azərbaycan vətəndaşlarına, ərazidə təhlükəsizliyimizin təmin edilməsində əməyi olanlara, sağlamlığımızın keşiyində duran könüllü tibb işçilərinə, aksiyamızın tələblərini dünya ictimaiyyətinə çatdıran yerli və xarici kütləvi informasiya vasitələrinə dərin təşəkkürümüzü bildiririk!

Bir daha bəyan edirik:

Ekocinayətə son!

Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!

Azərbaycan vahiddir, sərvətinə sahibdir!

28 aprel 2023-cü il".

"11 ildir ət yemirəm"  Afaq Bəşirqızı like
  • 28 Apr 16:00  
Kriminal "11 ildir ət yemirəm" Afaq Bəşirqızı

Xalq artisti Afaq Bəşirqızı açıqlaması ilə diqqət çəkib.

arrow Ətraflı
2 apreldə keçirilən imtahanların nəticələri elan olunub like
  • 28 Apr 15:50  
Digərləri 2 apreldə keçirilən imtahanların nəticələri elan olunub

Dövlət İmtahan Mərkəzi tərəfindən 2 aprel 2023-cü il tarixində keçiri

arrow Ətraflı
Molla rejimindən daha bir vəhşilik  VİDEO like
  • 28 Apr 15:48  
Dünya Molla rejimindən daha bir vəhşilik VİDEO

Təbrizin İmamiyyə bölgəsində molla rejiminin polis qüvvələri səyyar sa

arrow Ətraflı
Əhməd Əhmədovun əmlakı özünə qaytarıldı like
  • 28 Apr 15:42  
Digərləri Əhməd Əhmədovun əmlakı özünə qaytarıldı

Naxçıvanın sabiq daxili işlər naziri, general-leytenant Əhməd Əhmədovun

arrow Ətraflı
Dekabrda 20° isti olan Antalyaya apreldə qar yağdı  VİDEO  FOTO like
  • 28 Apr 15:36  
Digərləri Dekabrda 20° isti olan Antalyaya apreldə qar yağdı VİDEO FOTO

Aprelin sonunda turizm "cənnəti" Antalyada qar sürprizi yaşanıb.

arrow Ətraflı
Sahibə Qafarova TBMMə "Togg"la getdi  FOTO like
  • 28 Apr 15:30  
Digərləri Sahibə Qafarova TBMMə "Togg"la getdi FOTO

Türkiyədə işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova i

arrow Ətraflı
Arasdan ayrılıb onunla sevgili oldu like
  • 28 Apr 15:24  
Şou-biznes Arasdan ayrılıb onunla sevgili oldu

Türkiyəli aktyor Aras Bulut İynemlidən ayrılan aktrisa Bige Önal yeni mün

arrow Ətraflı
Erməni qadının evinə girən “azərbaycanlı” tutuldu like
  • 28 Apr 14:56  
Digərləri Erməni qadının evinə girən “azərbaycanlı” tutuldu

Ermənistanın Tavuş rayonunda 55 yaşlı kənd sakini polisə müraciət edər

arrow Ətraflı
“Bu gün həm mahnnı yazırlar, həm bəstələyirlər, həm oxuyurlar, həm də rəqs edirlər" like
  • 28 Apr 14:45  
Şou-biznes “Bu gün həm mahnnı yazırlar, həm bəstələyirlər, həm oxuyurlar, həm də rəqs edirlər"

"Bu gün həm mahnnı yazırlar, həm bəstələyirlər, həm oxuyurlar, h�

arrow Ətraflı
Türkiyənin əsas prioritetlərindən biri Suriyanın ərazi bütövlüyünün qorunmasıdır  Səfir like
  • 28 Apr 14:40  
Digərləri Türkiyənin əsas prioritetlərindən biri Suriyanın ərazi bütövlüyünün qorunmasıdır Səfir

Türkiyənin əsas prioritetlərindən biri Suriyanın ərazi bütövlüyünün

arrow Ətraflı
17 yaşlı qız doğuşa getdi, polisə məlumat verildi like
  • 28 Apr 14:34  
Kriminal 17 yaşlı qız doğuşa getdi, polisə məlumat verildi

Quba rayonunda 17 yaşlı qızın Mərkəzi Xəstəxanaya doğuşa gəlməsi il�

arrow Ətraflı
Mayda Bakıda 33 dərəcə isti olacaq like
  • 28 Apr 14:23  
Digərləri Mayda Bakıda 33 dərəcə isti olacaq

May ayında havanın orta aylıq temperaturu əsasən iqlim normasına yaxın, b

arrow Ətraflı