“Bu gün həm mahnnı yazırlar, həm bəstələyirlər, həm oxuyurlar, həm də rəqs edirlər"
Şou-biznes 28 Apr 2023 14:45:00 243 0
"Bu gün həm mahnnı yazırlar, həm bəstələyirlər, həm oxuyurlar, həm də rəqs edirlər. Allah insana nə qədər peşə verə bilər? Buna düzgün baxmıram. İnsanın bir peşəsi olar, o üzrə də çalışar. Buna qeyri-peşəkarlıq kimi baxıram. Hər bir sənət çətindir, amma bizdə çətin olsa da şərəfli sahədir. Hara gediriksə hörmətimiz, dəyərimiz var. İnsanın xarakteri, kökü onun qanından, nəslindən asılıdır. Bizim nəslimiz, kökümüz nə qədər ziyalı, sadə, saf və təmiz ailə olub. Mən böyük sənətkarımız Şövkət Ələkbərovanın tələbəsi olmuşam. Dərsləri xəstəliyi ilə əlaqədar olaraq evində keçirdi, ondan o qədər böyük sadəlik görmüşəm ki. Bu gün dövr, zaman, insanlar, baxışlar dəyişib. Ona görə bir daha maraqlı olmaq, yalançı şoularla gündəmə gəlmək istəyirlər. Məni anam bu sənətə gətirib. Çünki özünün yaxşı səsi olub, amma o arzusunu həyata keçirə bilməyib, əmiləri oxumağına icazı verməyib. Orta məktəb illərində o qədər də həvəsli deyildim. Anam deyirdi ki, "sən bu sənəti yaşatmalısan" deyə sənətkar bildirib".
Bu xəbəri də oxu: “Ölkənin 50 faizi iki dəfə evli olub”
Son.az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında əməkdar artist Almaz Orucova deyib.
"Müğənnilər var ki, həyatda da bayağı olduqları üçün sənətləri də bayağıdır. Bayağı mahnı oxuyurlar, işləri də yaxşı gedir. Onların hamısı da xalqın zövqünü oxşayan, toyları zəbt edən müğənnilərdir. Biz kəmiyyətdən yox, keyfiyyətdən danışmalıyıq. Mənim öz tamaşaçılarım var. Onlar mənə bəs edir. Heç küsmürəm, incimirəm də, narazı da qalmıram. Az olsun, amma bilim ki, məni sevən insanlar, tamaşaçılardır. Heç vaxt heç kimə, heç nəyə qəribə baxmamışam. Ola bilər ki, onların izləyiciləri, kütlələri mənimkindən daha çoxdur. Bəzən də deyiblər ki, biz filankəslərə qulaq asmırıq, onları bəyənmirik, amma getmişik onların məclislərinə elə həmin müğənniləri orada görmüşük. Bu danılmaz faktdır" deyə əməkdar artist deyib.
Sənətkar bildirib ki, əsas insanın daxili zənginliyidir. Geyimi bir o qədər də önəmli deyil.
"Türk filosofu deyib ki, "Necə əlbisələr gördüm ki, içində insan yox. Necə insanlar gördüm ki, üzərində əlbisə yox". Geyimin insanın daxili aləminə heç bir aidiyyatı yoxdur. İnsan ucuz da alıb geyinə bilər, baha da. Əsas odur onun daxili zəngin, varlı olsun. Heç vaxt kiməsə, hansısa jurnalistə imkan verməmişəm ki, geyimimin qiymətini soruşsun, mənə lazımsız suallar versin. Hər kəsin öz iç, daxili dünyası var" deyə müğənni deyib.
"Müğənnilər niyə səhər tezdən canlı ifa edə bilmir?" sualına isə xanəndə belə cavab verib.
"Səhər-səhər efirə gələn müğənnilərin, ələxsus da xanəndələrin səsləri bəzən işləmir. Əslində bu normaldır. Amma onlar yuxudan bir az tez oyansalar, səsləri də rahat işləyər. Bu mənə çatmır, efirə dəvət ediblərsə, yarım saat tez get. Yaxud da maşında gedərkən səs məşqi etmək olar. Elə vaxt olub ki, gecə saat 12 də də studiyaya gedib, səsimi zapis etmişəm. Səsim də işləyir" deyə əməkdar artist bildirib.
Türkiyənin əsas prioritetlərindən biri Suriyanın ərazi bütövlüyünün
Quba rayonunda 17 yaşlı qızın Mərkəzi Xəstəxanaya doğuşa gəlməsi il�
Aprelin 28-də Heydər Əliyev Mərkəzində görkəmli oftalmoloq-alim, akademi
May ayında havanın orta aylıq temperaturu əsasən iqlim normasına yaxın, b
Son dövrlər Qarabağda baş verənlər Laçın-Xankəndi yolunun başlanğıc�
Bu günə qədər dövlət ümumtəhsil müəssisələrində çalışan ümumi
Qarabağdakı Rusiya sülhməramlı kontingentinin yeni komandanı, general-polk
Ukraynada xüsusi hərbi əməliyyatın başlaması ilə Şimali Atlantika Alyan
Xəbər verdiyimiz kimi, ötən gün Xorvatiyanın qalmaqallı gözəli İvana K
ABŞ Ermənistana may ayının sonuna qədər sülh müqaviləsinin ilkin varian
İrəvanda keçirilən ağır atletika üzrə Avropa Çempionatında qələbəl�
Azərbaycanın görkəmli alimi, əməkdar elm xadimi, tibb elmləri doktoru, pr
Daxili İşlər Nazirliyi və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tər
İranda gizlənən və terrorçu "Hüseyniyyun" qruplaşmasının rəh