Bu məntəqənin qurulması ölkəmizin təhlükəsizliyini qorumaq yolunda vacib addım idi
Siyasət 28 Apr 2023 14:15:00 199 0
Son dövrlər Qarabağda baş verənlər Laçın-Xankəndi yolunun başlanğıcında nəzarət-buraxılış məntəqəsi qurmağa sövq elədi.
Bu xəbəri də oxu: Prezident: Müstəmləkəçilik kimi iyrənc praktikaya son qoyulmalıdır
Bunu Trend-ə açıqlamasında politoloq Elşad Həsənov bildirib.
Onun sözlərinə görə, Xankəndi-Xəlfəli-Turşsu torpaq yolu ilə Ermənistandan Qarabağda yerləşən revanşist qüvvələrə silah-sursat daşıyırdılar.
"Bunun qarşısını almaq üçün Ordumuz həmin yolu nəzarətə götürdü. Bütün bunlara baxmayaraq ermənilər Qarabağda yerləşdirilən Rusiya sülhməramlılarının müşaiyəti ilə silah-sursatı Qarabağa daşımağa başladılar. Bütün bunların qarşısının alınması məqsədilə Azərbaycan hakimiyyəti çox düzgün qərar verdi. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında nəzarət-buraxılış məntəqəsi qurdu. Nəzarət-buraxılış məntəqəsinin açılması Azərbaycanın daxili işidir və beynəlxalq qaydalara zidd deyil. Buna görə də nəinki Ermənistandan heç bir ölkədən icazə alası deyilik", - deyə E.Həsənov bildirib.
Onun sözlərinə görə, nəzarət-buraxılış məntəqəsinin açılması ölkəmizin təhlükəsizliyini qorumaq yolunda çox böyük addım idi.
"Ermənistan Laçın dəhlizində nəzarət-buraxılış məntəqəsinin quraşdırılması ilə bağlı Azərbaycana qarşı Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycana qarşı iddia qaldırması sadəcə gülüncdür. Çünki Azərbaycan heç bir beynəlxalq hüququ pozmayıb öz ərazimizdə başqa ölkəylə nəzarət-buraxılış məntəqəsi açıb. Ermənistanın bütün "çabaları" əbəsdir. Biz ölkəmizə daxil olan yüklərin, insanların yoxlanılmasını təmin etməliyik. Bu bütün dünyada belədir", - deyə E.Həsənov bildirib.
Qeyd edək ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında nəzarət-buraxılış məntəqəsi qurulub.
Bu günə qədər dövlət ümumtəhsil müəssisələrində çalışan ümumi
Qarabağdakı Rusiya sülhməramlı kontingentinin yeni komandanı, general-polk
Ukraynada xüsusi hərbi əməliyyatın başlaması ilə Şimali Atlantika Alyan
Xəbər verdiyimiz kimi, ötən gün Xorvatiyanın qalmaqallı gözəli İvana K
ABŞ Ermənistana may ayının sonuna qədər sülh müqaviləsinin ilkin varian
İrəvanda keçirilən ağır atletika üzrə Avropa Çempionatında qələbəl�
Azərbaycanın görkəmli alimi, əməkdar elm xadimi, tibb elmləri doktoru, pr
Daxili İşlər Nazirliyi və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tər
İranda gizlənən və terrorçu "Hüseyniyyun" qruplaşmasının rəh
Formula 1 üçün Bakıda olan Xorvatiya gözəli İvana Knollun videosu yayıl�
28 aprel 2023-cü il tarixində Səyyar ASAN xidmət Tərtər rayonunun işğald
Türkiyənin Şırnak vilayətində kənd sakinlərinin oğru bilib həbs etdird
Qardaş Türkiyənin dünyaca məşhur "Hürriyet" qəzeti qondarma er