Məşhur nəşrdən ermənilərlə bağlı
Digərləri 28 Apr 2023 12:38:00 240 0
Qardaş Türkiyənin dünyaca məşhur "Hürriyet" qəzeti qondarma erməni soyqırımı ətrafında erməni lobbisinin fəaliyyəti, Ermənistanın bugünkü durumu və bu məsələ ətrafında aparılan manipulyasiyalara toxunub. Müəllif yazır ki, "təəssüflər olsun ki, nəsildən-nəsilə, sanki heç vaxt bitməyən bir səylə Fransa və ABŞ-dakı erməni diasporası bir əsr əvvəlki iztirabları əbədiləşdirməyi və iztirabların kütləvi formaya çevrilməsi üçün səylərini davam etdirməyi seçib. Bununla da nüfuzlu ölkələrin parlamentlərinə təsir edir və Türkiyənin digər dövlətlərlə münasibətlərini zəhərləyir".
Bu xəbəri də oxu: Validenylər DİQQƏT: Yerdəyişmə başladı
ABŞ prezidenti Co Baydenin qondarma soyqırımını tanımasına toxunan müəllif "Bayden erməni lobbisinin hər il siyasi məqsədlərlə, daha doğrusu erməni və yunan seçicilərdən qidalanan Nümayəndələr Palatasının və ABŞ Konqresinin üzvlərini sevindirmək üçün "erməni soyqırımı" ifadəsini təkrar istifadə edib" yazıb. Əlavə edib ki, Türkiyədən də bu cəfəngiyyatın cavabı gecikməyib. Xarici işlər naziri Mövlud Çavuşoğlu Twitter hesabında "Tarixi təhrif etməyə çalışan siyasi şarlatanlar yenidən səhnədədir! Tarixi siyasi bəyanatlarla yenidən yazmaq olmaz. Bu rəftarda israrlı olan fürsətçilər gizli niyyətləri və ikiüzlülükləri ilə yadda qalacaqlar. Böyük türk millətinə tarix dərsi vermək heç kimin yeri deyil" deyə qəzet nazirin sözlərini sitat gətirib.
Materialda ən maraqlı fikir bugünkü Ermənistanın mövcud durumu ilə bağlı səslənən fikirlərdir. "Amma Ermənistan acdır. Yazıq... İşsizlik pik həddindədir. Diaspora enerjisini Ermənistanın inkişafına sərf etmək əvəzinə, nəsildən-nəsilə nifrət hissi aşılayır. Türkiyənin nə Ermənistanla, nə də diasporla problemi var. Türkiyədəki ermənilər öz dinlərinə sərbəst şəkildə etiqad edirlər. Onlar vətəndaşlıq hüquqlarından istifadə edirlər. Qeydlərə görə, Türkiyədə 400 minə yaxın erməni qeyri-qanuni işləyir. Gələcəyə düşmənçilik yox, sülh gətirək" deyə müəllif fikrini tamamlayıb.
Azər Nuriyev Son.az
İranın şimal-şərqində 4,9 bal gücündə zəlzələ qeydə alınıb.
Bakıda keçirilən "Formula 2" üzrə Azərbaycan Qran-prisində sər
Tanınmış istedadlı gənc müğənni Nuray Məhərov subaylığın daşını
2023-ci ilin mart ayında Türkiyədə Azərbaycan kapitalı ilə 69 şirkət qe
Amerikalı müğənni və aktrisa Cessika Simpson son halı ilə yenidən hər k
Bakıda fəaliyyət göstərən taksi xidmətlərində gediş haqqı artıb.
"Qayınanalar toydan əvvəl pərdənin rəngini də özləri deyir. Aç�
Paytaxt Bakının yeddinci dəfə ev sahibliyi edəcəyi Formula 1 Azərbaycan Q
Bu gün sosial şəbəkələrdə Bakının Nəsimi rayonu ərazisində "Toy
Dövlət Sərhəd Xidməti tərəfindən Laçın-Xankəndi yolunda sərhəd-keç
Rusiya daha 400 min səfərbər olunmuş hərbçi üçün texnika və digər laz
Boğaz ağrısı-udlaq və qırtlaq nahiyəsində ağrı hissinin yaranmasıdı
Türk Dövlətləri Parlament Assambleyasının XII plenar iclasında iştirak e
Türkiyə öz nüvə sənayesini yaradaraq artıq dünyanın ən sərfəli resur
2022-ci ildə Azərbaycanın su enerjisinin toplam gücü 1177 meqavat olub.