Azərbaycan və Türkiyə parlamentləri arasında saziş imzalanıb


Siyasət 28 Apr 2023 10:21:00 186 0

Azərbaycan və Türkiyə parlamentləri arasında saziş imzalanıb

Türk Dövlətləri Parlament Assambleyasının XII plenar iclasında iştirak etmək üçün Türkiyə Respublikasının paytaxtı Ankara şəhərində işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova, səfər çərçivəsində Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopla görüşüb.

Milli Məclisdən Trend-ə verilən məlumata görə, Azərbaycan parlament rəhbərini səmimiyyətlə salamlayan Mustafa Şentop, tədbirə hazırlıq və müzakirə olunacaq məsələlərin əhəmiyyəti barədə fikirlərini bölüşüb.

TBMM sədri qardaş ölkələrimiz arasında münasibətlərin ən yüksək dövrünü yaşadığını qeyd edərək, xalqlarımızın həm çətin, həm də xoş günlərdə hər zaman birlikdə olduğunu söyləyib. O, bu ilin fevral ayında Türkiyədə baş vermiş zəlzələ zamanı Azərbaycan dövlətinin və xalqının hər zaman olduğu kimi, yenə də Türkiyənin yanında olduğunu xatırladıb.

Türkiyənin də həmişə Azərbaycanın haqq işinə dəstək verdiyini bildirən Mustafa Şentop, istər 44 günlük Vətən müharibəsində, istərsə də müharibədən sonra Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirilən quruculuq və bərpa işlərində Türkiyənin qardaş ölkə olaraq Azərbaycanın yanında olduğunu qeyd edib. O, bir neçə gün əvvəl Ermənistanda keçirilən Ağır Atletika üzrə Avropa Çempionatının açılış mərasimində Azərbaycan bayrağının yandırılmasını kəskin pisləyərək, bunu vandallıq adlandırıb.

Mustafa Şentop həmçinin, Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin Laçın-Xankəndi yolunda keçirdikləri dinc aksiyaya dəstəyini ifadə edərək, deyib ki, Ermənistanın Laçın yolundan minaların, hərbi texnikanın və silahların, habelə Azərbaycanın qanunsuz istismar edilmiş faydalı qazıntılarının daşınması üçün istifadə etməsi qətiyyən yolverilməzdir. Laçın yolu yalnız humanitar məqsədlər üçün istifadə olunmalıdır.

Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycan nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərliyə görə TBMM sədrinə təşəkkürünü bildirərək, dost və qardaş ölkələr olan Azərbaycan və Türkiyənin bütün beynəlxalq platformalarda uğurlu əməkdaşlığını qeyd edib. Spiker vurğulayıb ki, dövlət başçılarımızın şəxsi dostluq münasibətləri Azərbaycan və Türkiyə qardaşlığının, birliyinin və strateji müttəfiqliyinin bugünkü yüksək səviyyəyə çatmasında mühüm rol oynayır. Sahibə Qafarova Vətən müharibəsindən sonra dost və qardaş ölkələrimizin dövlət başçıları tərəfindən Şuşa Bəyannaməsinin imzalandığını xatırladaraq, deyib ki, bu sənədin imzalanması ilə bütün dünya bir daha Azərbaycan-Türkiyə qardaşlığının şahidi oldu. Şuşa Bəyannaməsi Türkiyə-Azərbaycan əlaqələrini yeni və daha yüksək zirvəyə qaldırdı.

O, Vətən müharibəsi dövründə TBMM sədrinin Azərbaycana səfər etdiyini, səfər çərçivəsində Gəncə şəhərinə gedərək, Ermənistanın törətdiyi insanlıq əleyhinə cinayətləri öz gözləri ilə gördüyünü xatırladıb.

Milli Məclisin sədri cari ildə Türkiyədə baş vermiş zəlzələ zamanı Azərbaycan dövlətinin və xalqının qardaş Türkiyənin yanında olduğunu bildirib və bunu qardaş dəstəyi kimi qiymətləndirib.

Görüşdə spiker Sahibə Qafarova işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işləri, Ermənistanın regionda davamlı sülhün təmin olunmasına qarşı yönəlmiş təxribatçı hərəkətləri barədə də geniş məlumat verib.

Milli Məclisin sədri deyib ki, ölkələrimiz arasında bütün sahələrdə olduğu kimi, parlamentlərimiz arasında da uğurlu və geniş əlaqələr qurulub. Qanunverici orqanlarımız həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edir. O cümlədən, parlamentlərimizin komitələri, dostluq qrupları arasında da müsbət əlaqələr mövcuddur.

Görüşün sonunda Azərbaycan Milli Məclisi ilə Türkiyə Böyük Millət Məclisi arasında Əməkdaşlıq haqqında Saziş imzalanıb. Spikerlər bu sənədin münasibətlərimizin daha da inkişafına töhfə verəcəyinə əminliklərini ifadə ediblər.

Türkiyə nüvə enerjisinə malik ölkə olacaq like
  • 28 Apr 10:18  
Digərləri Türkiyə nüvə enerjisinə malik ölkə olacaq

Türkiyə öz nüvə sənayesini yaradaraq artıq dünyanın ən sərfəli resur

arrow Ətraflı
Azərbaycanın su enerjisinin toplam gücü artıb like
  • 28 Apr 10:15  
Digərləri Azərbaycanın su enerjisinin toplam gücü artıb

2022-ci ildə Azərbaycanın su enerjisinin toplam gücü 1177 meqavat olub.

arrow Ətraflı
Vuçiç təcili xəstəxanaya yerləşdirildi like
  • 28 Apr 10:12  
Dünya Vuçiç təcili xəstəxanaya yerləşdirildi

Serbiya Prezidenti Aleksandar Vuçiç təcili xəstəxanaya yerləşdirilib.

arrow Ətraflı
Şəhid övladlarını ziyarətə gedən anaya qarşı quldurluq like
  • 28 Apr 10:01  
Digərləri Şəhid övladlarını ziyarətə gedən anaya qarşı quldurluq

Mingəçevirdə şəhid anasına qarşı oğurluq əməli törədilib.

arrow Ətraflı
Keçmiş "Müsavatçı"lar İsa Qəmbərə qarşı çıxdılar: like
  • 28 Apr 09:50  
Siyasət Keçmiş "Müsavatçı"lar İsa Qəmbərə qarşı çıxdılar:

Müsavat Partiyasının sabiq başqanı, Milli Strateji Düşüncə Mərkəzinin

arrow Ətraflı
Bu gündən Formula 1 Azərbaycan Qran Prisi start götürür like
  • 28 Apr 09:37  
Digərləri Bu gündən Formula 1 Azərbaycan Qran Prisi start götürür

Bu gündən 2023 Formula 1 Azərbaycan Qran Prisi start götürür.

arrow Ətraflı
Qarabağda məktəb tikintisi ilə bağlı görülən işlər açıqlandı like
  • 28 Apr 09:26  
Digərləri Qarabağda məktəb tikintisi ilə bağlı görülən işlər açıqlandı

Hazırda Zəngilan şəhərində 960 şagird yerlik tam orta məktəbin tikintis

arrow Ətraflı
ABŞ SEPAH rəsmilərinə sanksiya tətbiq etdi like
  • 28 Apr 09:22  
Dünya ABŞ SEPAH rəsmilərinə sanksiya tətbiq etdi

ABŞ İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Kəşfiyyat Təş

arrow Ətraflı
Mələkxanım Eyubovanın gəlininin vəziyyəti ağırdır  FOTO like
  • 28 Apr 09:14  
Şou-biznes Mələkxanım Eyubovanın gəlininin vəziyyəti ağırdır FOTO

Xalq artisti Mələkxanım Eyubovanın gəlini Səadət Nəcəfovanın səhhəti

arrow Ətraflı
Hacıqabulda yol qəzası olub, ölən və yaralananlar var like
  • 28 Apr 09:08  
Digərləri Hacıqabulda yol qəzası olub, ölən və yaralananlar var

Hacıqabul rayonunda ölüm və xəsarətlə nəticələnən yol-nəqliyyat hadi

arrow Ətraflı
Mehriban Əliyeva Zərifə Əliyeva ilə bağlı paylaşım edib  FOTO like
  • 28 Apr 09:04  
Siyasət Mehriban Əliyeva Zərifə Əliyeva ilə bağlı paylaşım edib FOTO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva görkə

arrow Ətraflı
Bakıda 20 yaşlı motosikletçi qızı avtomobil vuraraq komaya salıb like
  • 28 Apr 08:53  
Digərləri Bakıda 20 yaşlı motosikletçi qızı avtomobil vuraraq komaya salıb

Bakının Xətai rayonunda qızın xəsarət alması ilə nəticələnən yol-n�

arrow Ətraflı
Erməni terroru: kimlər, necə qətlə yetirilib…  Tarixçi like
  • 28 Apr 08:48  
Dünya Erməni terroru: kimlər, necə qətlə yetirilib… Tarixçi

Ermənistanın Müstəqillik haqqında Bəyannəməsinin XI bəndində "Erm

arrow Ətraflı
Baydenin siyasəti ABŞı yeni Böyük Depressiya ilə təhdid edir  Tramp like
  • 28 Apr 08:43  
Dünya Baydenin siyasəti ABŞı yeni Böyük Depressiya ilə təhdid edir Tramp

Co Baydenin hazırkı administrasiyasının yürütdüyü siyasət nəticəsind�

arrow Ətraflı