Erməni terroru: kimlər, necə qətlə yetirilib… Tarixçi
Dünya 28 Apr 2023 08:48:00 222 0
Ermənistanın Müstəqillik haqqında Bəyannəməsinin XI bəndində "Ermənistan Respublikası 1915-ci ildə Osmanlı Türkiyəsində və Qərbi Ermənistanda erməni soyqırımının beynəlxalq səviyyədə tanınması uğrunda çıxış edir" deyə qeyd olunub.
Bu xəbəri də oxu: Gürcüstan Baş naziri Makronu yalan danışmaqda ittiham edib
Son.az bildirir ki, bu sözləri kult.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev Ermənistanda "Nemezis"ə heykəl ucaldılması haqda danışarkən deyib.
O bildirib ki, yunanların qisas ilahəsinin adından götürülən "Nemezis", Hjdeyə Ermənistanda heykəl qoyulması, dünyada tanınmış məşhur terrorçuların "milli qəhrəman" elan edilməsi təsadüf deyil:
"Çünki terrorizm ermənilərin mahiyyəti, "mübarizə üsuludur". Onlar niyyətlərini həyata keçirmək üçün terrorizmdən istifadə edir. Ermənilərin Türkiyə, Almaniya, Avstriya, ABŞ, İtaliya, Livan, Suriya, Rusiya və başqa ölkələrdə törətdikləri terror aktları onlara bu "hüququ" verir. Dünyanın müxtəlif ölkələrində terror aktlarını yerinə yetirən 27 ən güclü təşkilatın 12-si məhz ermənilərə məxsusdur. Bunlardan "Hnçaq", ASALA, MAQ, "Erməni birliyi", "Ermənistan azadlıq cəbhəsi", "Fidiani", "Dro", "Njde" daha təhlükəli beynəlxalq terror təşkilatlarıdır. Həmçinin, erməni terrorizmi - siyasi məqsədlərə çatmaq naminə aparılan dövlət separatizmidir.
Terroru fəaliyyət sahəsi kimi seçən ermənilərin ilk təşkilatlarından biri olan "Qara Xaç Cəmiyyəti" 1872-ci ildə Vanda qurulub. Bu cəmiyyətlərin məqsədi gənclərin silahlandırılması və silahlı üsyanların təşkil edilməsi idi. Məhz həmin prosesin məntiqi davamı kimi 1880-cı ildə "Ararat", "Şərq", "Mühübbi maarif", "Kilikiya" dərnəkləri "Miyasiyal Anikerutiun Hayotes" adlı cəmiyyətdə birləşdilər.
Ermənilərin inqilabçı partiya kimi Van mənşəli erməni Portağalyanın əsasını qoyduğu və 1885-ci ildə yaranan "Armenakan" partiyası ilk siyasi təşkilat olub. Belə ki, bu partiyanın məqsədi inqilab yolu ilə ermənilərin özünüidarəsinə nail olmaq idi. 1887-ci ildə isə Cenevrədə Avetis Nazarbekyan və millətçi erməni tələbə mühacirləri tərəfindən "Hnçak" ("Zəng") partiyası təşkil edildi. Partiyanın lideri Nazarbekyan (Lorents) K.V.Plexanovun təsiri altında idi. Ardınca 1890-cı ildə Qafqazda planlı şəkildə ermənilərin ən qanlı təşkilatlarından olan "Daşnaksütyun" və ya "Erməni inqilabı cəmiyyətləri federasiyası" yarandı. "Nemezis" adı ilə bilinən terror əməliyyatı da məhz Daşnaksütyunun məhsulu idi. Terrorun məqsədi qondarma erməni soyqırımını və guya Bakıda 1918-ci ildə erməni əhalisinin qətlini təşkil etmiş şəxslərdən qisas almaq idi", - tarixçi qeyd edib.
Z.Əliyevin sözlərinə görə, qətlə yetirilən şəxslər arasında həm Azərbaycan Xalq Cümhuriyyətinin, həm də Osmanlı imperiyasının keçmiş rəhbərlərinin olub:
"Nemezis"in qurbanları siyahısına Türkiyənin və Azərbaycanın 650 nəfər dövlət xadimi və ziyalısının adı salınmışdı. Onların içərisindən 41 nəfər isə "əsas günahkarlar" elan edilmişdi. Ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən 3-5 nəfərlik terrorçu qruplar adları siyahıda olan şəxsləri axtarıb tapır və qətlə yetirirdilər. Qətlə yetirilənlər arasında ilk şəxs ADR-in keçmiş baş naziri Fətəli xan Xoyski oldu. 1920-1921-ci illərdə F.Xoyskidən başqa Tiflisdə Azərbaycan parlamentinin keçmiş sədr müavini Həsən bəy Ağayev, İstanbulda isə Azərbaycanın keçmiş daxili işlər naziri Behbud xan Cavanşir qətlə yetirilir, keçmiş ədliyyə naziri Xəlil bəy Xasməmmədov isə yaralanır. Həmin illərdə Berlin şəhərində Osmanlı imperiyasının keçmiş daxili işlər naziri və sədr-əzəm olmuş Tələt Paşa, Səid Hilmi Paşa, keçmiş hərbi dəniz qüvvələri naziri Camal Paşa, keçmiş Trabzon valisi Camal Əzim və "Təşkilati Məxsusə"nin yaradıcısı Bahəddin Şakir və bir sıra digər dövlət əhəmiyyətli şəxslər qətlə yetirilir. 1922-ci ildə daşnakçılar Osmanlı imperiyasının hərbi naziri, Azərbaycana Qafqaz İslam Ordusunu göndərən və xalqımızı soyqırımdan xilas etmiş Ənvər Paşanı isə Əfqanıstan yaxınlığında qətlə yetirirlər. Terrorçuların siyahısında Məhəmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Hacı Zeynalabddin Tağıyev, Əliağa Şıxlinski, Səməd bəy Mehmandarov, Nağı bəy Şeyxzamanlı və digər görkəmli şəxslər də vardı. Lakin ermənilər onları aradan götürə bilmədi".
Tarixçi vurğulayıb ki, ermənilər kilsəyə görə terroru yaşam səbəbi kimi seçiblər:
"Erməni kilsəsi öz xalqına - Allaha ibadət yolu, doğru-dürüstlük, ədalət, mənəviyyat, barışıq, əmin-amanlıq yolu göstərmək əvəzinə, din pərdəsi altında terror, üsyan və inqilab bayraqdarı kimi çıxış edir. Millətlərarası ədavəti qızışdırmaq, insanları biri-birinə qırdırmaq ideologiyasını təbliğ edir. Lazım gəldikdə isə gizli toplantılar keçirmək, məxfi sövdələşmələr aparmaq üçün ibadət evlərini onların ixtiyarına verirlər.
Cəzasız qalan erməni terroru ötən əsrin 70-ci illərindən ASALA formasında meydana çıxır və nəticədə onlarla terrorçu təşkilat ASALA-ya baxaraq yaranır. Qətllərin sayı isə durmadan artır. Qan axdıqca terrorizm daha da geniş miqyas alır.
Bunun əsasında bir neçə nümunə göstərmək olar. Məsələn, Türkiyənin Fransadakı səfiri İsmayıl Erez və onun sürücüsü Talib Yenerin qətlə yetirilməsi. Bu teraktın məsuliyyətini ESƏD terror təşkilatı öz üzərinə götürsə də, sonra ASALA bu terror aktını onun təşkil etdiyini bildirdi. Mütəxəssislərin fikrincə, bu aksiyanın təşkilində hər iki terror təşkilatı iştirak edib.
Yaxud üç erməni terrorçusu türk səfiri Zəki Küneralpın maşınını atəşə tutur, bunun nəticəsində səfirin həyat yoldaşı Neqla Küneralp, maşında olan keçmiş səfir Bəşir Balsoğlu həlak olur. Milliyətcə ispan olan sürücüsü Antonio Torres isə aldığı yaralardan xəstəxanada keçinir. Başqa bir misal, Türkiyə səfirliyinin əmək məsələləri üzrə attaşesi Roşat Moralı, səfirlikdə din məsələləri üzrə cavabdeh şəxs olan Teselli Arı və Anadolu bankının Parisdəki nümayəndəsi İlkay Karakoşun küçədə avtomobilə əyləşərkən atəş tutulmalarıdır. Moralı və Karakoş qaçmağa cəhd edirlər. Bu məqsədlə Moralı yaxınlıqdakı kafeyə girir, lakin kafenin sahibi onu itələyib bayıra çıxarır və burada terrorçular onu güllələyir. Karakoş gizlənə bilir və sağ qalır. Teselli Arı isə səhəri gün xəstəxanada keçinir, terrorçular hadisə yerindən qaçmağa müvəffəq olurlar".
Dosent qeyd edib ki, bütün bunların nəticəsi olaraq bu gün Ermənistan terrorçuları öz "milli qəhrəmanlar"ı səviyyəsinə qaldırır. O, sözügedən "qəhrəmanlar"dan bir neçəsi haqda məlumat verib:
Co Baydenin hazırkı administrasiyasının yürütdüyü siyasət nəticəsind�
Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində tıxac yaranıb.
Bakının Xətai rayonunda piyadanın ağır xəsarət alması ilə nəticələn
Alimlər dünya buzlaqlarının vəziyyəti ilə bağlı ən yaxşı peyk xərit
Bakının Sabunçu rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisə
Azərbaycanın qeyri-hökumət təşkilatları (QHT) nümayəndələrinin Qaraba
Maqnit qasırğası Yer atmosferinin yuxarı qatında güclü geomaqnit pozğunl
Rusiya Federasiyası transsərhəd hesablaşmalarda dost olmayan ölkələrin va
Bakının Xətai rayonunda ailə münaqişəsi zəminində ər həyat yoldaşın
Bu gün Özbəkistanda Azərbaycan kapitalının iştirakı ilə 300-ə yaxın b
ABŞ prezidenti Co Baydenin amerikalılar arasında populyarlığı onun inauqur
Moldova hakimiyyəti Rusiya Prezidenti Vladimir Putinin ölkəyə girişinə qad