İqlim dəyişikliyinin buzlaqlara təsiri ilə bağlı Xəritə
Digərləri 28 Apr 2023 08:27:00 226 0
Alimlər dünya buzlaqlarının vəziyyəti ilə bağlı ən yaxşı peyk xəritəsini əldə ediblər.
Bu xəbəri də oxu: Sosial şəbəkədə "monitor şir"i olanları hansı cəza gözləyir?
Son.az bildirir ki, axar.az BBC telekanalına istinadən xəbər verir ki, Avropanın "Cryosat" kosmik gəmisi Yerdəki 200 minə yaxın buzlağı izləyib və onların iqlim dəyişikliyi səbəbindən 10 il ərzində 2.720 milyard ton buz itirdiyini müəyyən edib. Bu, on il ərzində onların ümumi kütləsinin 2 faizini itirməsinə bərabərdir.
Buzlaqların nə qədər tez dəyişdiyini izləmək vacibdir, çünki milyonlarla insan içməli su və əkinçilik üçün onlardan istifadə edir. Dünyanın buzlaqları təkcə qütblərdə deyil, bütün enliklərdə yayılıb. Bir neçə yüz buzlaq müntəzəm olaraq yer səviyyəsində ölçülür və bu üsul onları qiymətləndirməyin ən yaxşı yolu sayılır. Lakin buzlaqların böyük əksəriyyəti üçün kosmosdan müşahidə onların iqlim dəyişikliyinə necə reaksiya verdiyinə diqqət yetirməyin yeganə yoludur. Bu, çox vacibdir. Daha geniş buz təbəqələri kimi, onların parlaq ağ səthi günəş işığını əks etdirir və planetdə sərinləməyə kömək edir.
Yer kürəsinin bir çox yerlərində buzlaqlar həm də əsas su anbarı kimi fəaliyyət göstərir. Dünya əhalisinin 20 faizindən çoxu buzlaqlardan axan yay ərimə sularından içmək, kənd təsərrüfatında və su elektrik stansiyalarını idarə etmək üçün hansısa şəkildə istifadə edir.
"Cryosat" Avropa Kosmik Agentliyinin Yer müşahidəçisidir. Bu kosmik gəmi planetin səthi boyunca hündürlükdəki dəyişiklikləri, xüsusən də buz sahələrinin hündürlüyündə baş verən prosesləri izləmək üçün mikrodalğalı impulslar göndərən radar altimetri adlı bir alət daşıyır. Bu alət Antarktida və Qrenlandiyanın daxili hissəsindəki incə dalğalanmaları izləyir. Lakin məlumatların təhlili sahəsindəki irəliləyişlər elm adamlarına "Cryosat"ın görmə qabiliyyətini effektiv şəkildə artırmağa imkan verib ki, bu da hətta görünməsi çətin olan yerlərdə belə prosesləri izləməyə imkan verir.
Bakının Sabunçu rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisə
Azərbaycanın qeyri-hökumət təşkilatları (QHT) nümayəndələrinin Qaraba
Maqnit qasırğası Yer atmosferinin yuxarı qatında güclü geomaqnit pozğunl
Rusiya Federasiyası transsərhəd hesablaşmalarda dost olmayan ölkələrin va
Bakının Xətai rayonunda ailə münaqişəsi zəminində ər həyat yoldaşın
Bu gün Özbəkistanda Azərbaycan kapitalının iştirakı ilə 300-ə yaxın b
ABŞ prezidenti Co Baydenin amerikalılar arasında populyarlığı onun inauqur
Moldova hakimiyyəti Rusiya Prezidenti Vladimir Putinin ölkəyə girişinə qad
ABŞ müdafiə nazirinin silah təchizatı üzrə müşaviri Uilyam Laplantenin
Bu ilin 3 ayında ölkəmizə ət idxalı 24 faiz artıb. Bu son illərdə qeyd�
Rusiya Prezidenti Vladimir Putin Ukraynanın zəbt edilmiş ərazilərinin Rusiy