Keçmiş "Müsavatçı"lar İsa Qəmbərə qarşı çıxdılar:
Siyasət 28 Apr 2023 09:50:00 241 0
Müsavat Partiyasının sabiq başqanı, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbərin Kanadada yaşayan oğlu İlkin Qəmbərin qondarma "erməni soyqırımı" ilə bağlı "anım" paylaşımına təpkilər səngimir. Etiraz və təpkilər o həddə çatıb ki, bir vaxtlar İsa Qəmbərə yaxınlığı ilə seçilənlər, onun ən qatı tərəfdarları tərəfindən kəskin pislənilib. Məsələn, bir vaxtlar Müsavat Partiyasının Divan üzvü, AXC hakimiyyəti dövründə Nəsimi rayon İH-nin baçısı vəzifəsində olmuş Əli Quliyev də İsa Qəmbəri hədəfləyən status paylaşıb. Hazırda Ukraynada yaşayan Əli Quliyevun statusunu təqdim edirik.
Bu xəbəri də oxu: Prezident: İrandakı səfirliyimizə qarşı terror aktı təşkil olunmuş terror aktı idi
"Hər şey bir yana İlkin Gəmbərin ssenaristi olduğu "Ermənistan krallığı, Qədim Roma ilə Parfiya arasında" "film"i tarixi faktların saxtalaşdırıldığı, heç bir elmi-tarixi yük daşımayan uydurulma bir "tamaşa"dir! Çünki, tarixdə Ermənistan krallığı deyilən bir dövlət mövcud olmayıb. Ermənistan krallığı kimi sərsəm, mifik erməni dövləti haqqındakı fikirlər isə, saxta erməni alimləri və elə həmin ermənilər ağılda olan "tarixçi alimlər"in uydurmalarından başqa bir şey deyil. Bu barədə azacıq tarixi məlumata malik olmaq yetərdi ki, belə saxtakarlığa yol verməyəsən! Heç nə demirəm, erməni əsilli alim, Filip Ekzoyantsln youtube kanalındakı çox ciddi mənbələrə, təkzibedilməz elmi əsasaslara söykənən verilişlərinə baxmaq kifayət edərdi ki, tarixdə Erməni dövlətinin olması haqqında fikirlərin fake olduğunu biləsən.
Tarixin ironayiasına bax ki, bir zamanlar erməniilərin iftirasına cavab olaraq yazılmış ilk kitabın (Zori Balayanın "Ocaq " kitabına cavab olaraq yazılmış "Köhnə bayatılar, yeni əfsanələr" kitabı) müəllifinin oğlu indi atasına "qarşı cəbhə"də yer alıb. Ən düzgünü, hörmətli İsa Qənbərin bu məsələlərlə bağlı aydın mövqe nümayiş etdirməsi olardı. Amma olmadı, İsa bəy, özünün məhşur prinsipinə - "etiraf siyasətçinin sonudur" bu dəfə də sadiq qaldı! Çox təəssüff!"
Və sabiq İsa Qəmbər tərəfdarının bu statusuna olunan şərhlərdə də əksəriyyət Müsavat Partiyasının sabiq sədrini ittiham ediblər. Məsələn, İlqar Hüseynov adlı istifadəçi "İsa Qəmbər kimi bir adamın bəsit və manipulyativ cavabı cəmiyyət üçün yetərli olmadı. Pulu kimin verməsindən asılı olmayaraq pul verənin havasına oynamaq" deyə yazıb. Və bu kimi ittihamlar kifayət qədərdir.
Azər Son.az
Bu gündən 2023 Formula 1 Azərbaycan Qran Prisi start götürür.
"Bəli, nişanlanmışıq. Pis nə etmişik ki?"
Hazırda Zəngilan şəhərində 960 şagird yerlik tam orta məktəbin tikintis
ABŞ İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Kəşfiyyat Təş
Xalq artisti Mələkxanım Eyubovanın gəlini Səadət Nəcəfovanın səhhəti
Hacıqabul rayonunda ölüm və xəsarətlə nəticələnən yol-nəqliyyat hadi
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva görkə
Bakının Xətai rayonunda qızın xəsarət alması ilə nəticələnən yol-n�
Ermənistanın Müstəqillik haqqında Bəyannəməsinin XI bəndində "Erm
Co Baydenin hazırkı administrasiyasının yürütdüyü siyasət nəticəsind�
Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində tıxac yaranıb.
Bakının Xətai rayonunda piyadanın ağır xəsarət alması ilə nəticələn
Alimlər dünya buzlaqlarının vəziyyəti ilə bağlı ən yaxşı peyk xərit
Bakının Sabunçu rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisə
Azərbaycanın qeyri-hökumət təşkilatları (QHT) nümayəndələrinin Qaraba