Ermənilər Şuşada məscidi partlatmaq istəyiblər Qəhrəman mayorumuz türk mediasına
Siyasət 27 Apr 2023 12:35:00 222 0
İkinci Qarabağ müharibəsininin qəhrəmanlarından olan azərbaycanlı hərbçi, qəhrəman zabitimiz Ərşah Türkiyənin "Star" qəzetinə müsahibəsində sensasion sayıla biləcək faktlar açıqlayıb.
Bu xəbəri də oxu: Bu, Azərbaycan xalqına nifrətin izharıdır Mixaylov
Son.az xəbər verir ki, qələbəmizin əldə olunmasında Türkiyə istehsallı texnikanın, xüsusilə pilotsuz uçuş aparatlarının, SİHA-ların mühüm rol oynamasından danışıb. Qarabağ qəhrəmanlarından olan mayor işğalçıların qaçarkən məscidlərə qoyduğu partlayıcı vasitələrdən şəhidlər verdiklərini ifadə edib. Ərşah "Şuşa şəhərini işğaldan xilas etdik. Bu, bizim üçün böyük qələbə idi. Bu həyəcanı sözlə ifadə etmək asan deyil. Burada şəhidlərimiz, qazilərimiz var idi. Şuşa türk dünyasında Qarabağın tacıdır".
44 günlük müharibədə türk dünyasının verdiyi dəstəyə işarə edən mayor, "Türk dövlətinin, türk xalqının, Türk millətinin yanımızda olması, SİHA və İHA-ların dəstəyi, Bayraktarın bizimlə və bu döyüşdə bizə dəstək olması mübarizəmizi, qələbəmizi təmin edib", - deyib.
Türk jurnalist Yakup Kösenin Şuşadan qaçarkən erməni qəsbkarlarının məscidlərə mina qoyması ilə bağlı sualına azərbaycanlı komandir belə cavab verib: "Bəli, buradan qaçarkən mina qoydular. Tarixi binaları dağıtdılar. Bildiyiniz kimi, məscidlərə mina qoydular. Hərbçilərimiz ora girərkən şəhid oldular. Ermənilər vandalizmlə məşğul olublar. Bu torpaqların sahibi bizlərik. Bu torpaqlarda yaşamış bir millət olsaydılar, buranı dağıtmazdılar. Bu torpaqlarda azərbaycanlılara məxsus tarixi abidələri dağıdıblar", - deyə zabitimiz bildirib.
Azər Nuriyev Son.az
Müharibəni davam etdirməkdənsə, üç-beş illik sülh danışıqları varia
Rüşvətə görə 10 il 6 ay həbs cəzası alan Şəmkir Regional Mədəniyyə
Müğənni Niyam Salami hazırda küsülü olan duet ortağı Aynur Dadaşova il
Xəbər verdiyimiz kimi, kamança ifaçısı Elnur Salahov martın 28-də konser
Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezid
Koronavirus testindən keçən şəxsin üz ifadəsi və tibb işçisinə etdiyi
Azərbaycanda respondentlərin 90.4%-i mayın 14-də Türkiyədə keçiriləcək
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində dövlət başç
Rusiyalı oliqarx Tatyana Bakalçukun idarə etdiyi "Wildberries" adl�
Hazırda Rusiya qoşunlarının Uqledara hücumu real deyil.
Rusiya prezidentinin köməkçisi İqor Levitin Azərbaycanın ümummilli lideri
Ermənistanda əsir saxlanılan Azərbaycan Ordusunun əsgəri Hüseyn Axundovun
Bu gün Çinin Sian şəhərində Mərkəzi Asiya ölkələri və Çinin xarici