İkinci Dünya müharibəsinə dair birdəfəlik ödəmə 3729 şəxsə şamil olunacaq


Digərləri 26 Apr 2023 18:22:00 210 0

İkinci Dünya müharibəsinə dair birdəfəlik ödəmə 3729 şəxsə şamil olunacaq

Prezident İlham Əliyevin yeni Sərəncamı İkinci Dünya müharibəsi iştirakçıları və sənəddə nəzərdə tutulan digər şəxslərdən ibarət 3729 şəxsə şamil olunacaq.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Məlumatda bildirilib:

"Prezident İlham Əliyevin imzaladığı yeni "1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında" 26 aprel 2023-cü il tarixli Sərəncam həmin kateqoriyadan olan vətəndaşlara yüksək diqqət və qayğının daha bir təzahürüdür.

Sərəncama əsasən, İkinci Dünya müharibəsində Qələbənin 78-ci ildönümü ilə əlaqədar həmin müharibənin iştirakçısı olmuş 57 nəfərin hər birinə 1500 manat məbləğində birdəfəlik yardım ödəniləcək.

İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslər, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçiləri, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslər, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarından ibarət 3672 nəfərin hər birinə isə 750 manat məbləğində birdəfəlik yardım veriləcək.

Beləliklə, Sərəncam 3729 şəxsi əhatə edəcək.

Birdəfəlik maddi yardımların verilməsi üçün Sərəncamla Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2,9 milyon manat vəsait ayrılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birdəfəlik maddi yardımlar İkinci Dünya müharibəsi iştirakçılarının və digər müvafiq şəxslərin bank hesablarına köçürüləcək".

Tanınmış model əməliyyatdan sonra öldü  FOTO like
  • 26 Apr 18:02  
Digərləri Tanınmış model əməliyyatdan sonra öldü FOTO

"OnlyFans"ın amerikalı ulduzu növbəti plastik əməliyyatdan sonra

arrow Ətraflı
Yumurtalar niyə kodlaşdırılır?  VİDEO like
  • 26 Apr 18:00  
Digərləri Yumurtalar niyə kodlaşdırılır? VİDEO

Son günlər sosial şəbəkələrdə yumurtaların üzərindəki kodlarla bağl

arrow Ətraflı
Artıq Azərbaycan dünya siyasətinin mərkəzində dayanıb  Azər Ayxan like
  • 26 Apr 17:58  
Siyasət Artıq Azərbaycan dünya siyasətinin mərkəzində dayanıb Azər Ayxan

Laçın-Xankəndi yolunda olduqca ciddi proseslər gedir. Məsələyə sıradan

arrow Ətraflı
Kadirin kəbinli xanımının kimliyi ortaya çıxdı  FOTO like
  • 26 Apr 17:48  
Şou-biznes Kadirin kəbinli xanımının kimliyi ortaya çıxdı FOTO

Ttürkiyəli aktyor Kadir Doğulunun aktrisa həyat yoldaşı Neslihan Atagülə

arrow Ətraflı
8 yaşlı qızın otağına girən qadın dəhşət yaşadı  FOTO like
  • 26 Apr 17:36  
Dünya 8 yaşlı qızın otağına girən qadın dəhşət yaşadı FOTO

Hindistanda səkkiz yaşlı qız Adityaşri Kumar gecə saatlarında evində &qu

arrow Ətraflı
Yanğın baş verən xəstəxanadan təxliyə anı  VİDEO like
  • 26 Apr 17:24  
Digərləri Yanğın baş verən xəstəxanadan təxliyə anı VİDEO

Xəbər verildiyi kimi, bu gün səhər saatlarında Fövqəladə Hallar Nazirli

arrow Ətraflı
"Demirəm ki, Azər Paşa Nemətov aydan arı, sudan duru olub" like
  • 26 Apr 17:12  
Şou-biznes "Demirəm ki, Azər Paşa Nemətov aydan arı, sudan duru olub"

"Onunla çox yaxın, səmimi münasibətimiz olmayıb. Ancaq ölən insana

arrow Ətraflı
Baltik dənizi üzərində Rusiya hərbi təyyarələri görünüb  FOTO like
  • 26 Apr 17:10  
Digərləri Baltik dənizi üzərində Rusiya hərbi təyyarələri görünüb FOTO

Baltik dənizi üzərində Rusiya hərbi təyyarələri aşkar edilib.

arrow Ətraflı
Mərkəzi Bank əhaliyə xəbərdarlıq etdi like
  • 26 Apr 16:58  
Digərləri Mərkəzi Bank əhaliyə xəbərdarlıq etdi

Son zamanlar müxtəlif sosial şəbəkələrdə Mərkəzi Bankın adından isti

arrow Ətraflı
Bülbülə gölünün ətrafında bulvar salınır like
  • 26 Apr 16:46  
Digərləri Bülbülə gölünün ətrafında bulvar salınır

Paytaxt Bakıda Bülbülə gölünün ətrafı zibil və qamışlardan təmizlə

arrow Ətraflı
Ordumuz ermənilərin PLANINI POZDU like
  • 26 Apr 16:36  
Siyasət Ordumuz ermənilərin PLANINI POZDU

Azərbaycan Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış m�

arrow Ətraflı
"İllərlə Təranə ilə aramda nələr yaşanmasına baxmayaraq..."  VİDEO like
  • 26 Apr 16:34  
Şou-biznes "İllərlə Təranə ilə aramda nələr yaşanmasına baxmayaraq..." VİDEO

"Biz Azərbaycan Respublikasının vətəndaşıyıq və qanuni dövlətdə

arrow Ətraflı
Sumqayıtda top mərmisi tapılıb  VİDEO like
  • 26 Apr 16:22  
Digərləri Sumqayıtda top mərmisi tapılıb VİDEO

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Sumqay

arrow Ətraflı
“Bakı Metropoliteni”nin Müşahidə Şurasının sədri dəyişib like
  • 26 Apr 16:18  
Siyasət “Bakı Metropoliteni”nin Müşahidə Şurasının sədri dəyişib

Prezident İlham Əliyev "Bakı Metropoliteni" QSC-nin Müşahidə Şu

arrow Ətraflı
Prokuror intim videoları yayılan FHN polkovnikinə 5 il 6 ay cəza istədi like
  • 26 Apr 16:16  
Digərləri Prokuror intim videoları yayılan FHN polkovnikinə 5 il 6 ay cəza istədi

Bakı Ağır Cinayətlər Məhkəməsində Fövqəladə Hallar Nazirliyinin (FHN

arrow Ətraflı