Milli Muğam Müsabiqəsinin seçim turunun birinci mərhələsi başlayıb
Kriminal 24 Apr 2023 11:07:00 260 0
Bu xəbəri də oxu: Ölkəyə külli miqdarda narkotik keçirmək istədi FOTO
Aprelin 24-də Azərbaycan Milli Konservatoriyasında Heydər Əliyev Fondunun təşəbbüsü ilə növbəti Milli Muğam Müsabiqəsi başlayıb.
Son.az AZƏRTAC-a istinadən bildirir ki, Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin, Azərbaycan Milli Konservatoriyasının dəstəyi ilə keçirilən müsabiqənin 1-ci turu aprelin 24-25-i, 2-ci turu isə aprelin 26-da keçiriləcək. Aprelin 30-da isə müsabiqənin yekun konserti olacaq.
Qeyd edək ki, Milli Muğam Müsabiqəsi xanəndə və instrumental ifaçılıq kateqoriyaları üzrə keçirilir. İnstrumental ifaçılıq üzrə münsiflər heyətinin sədri, Milli Konservatoriyanın rektoru, Xalq artisti Siyavuş Kərimi, üzvləri isə Xalq artistləri Fəxrəddin Dadaşov, Möhlət Müslümov, Əməkdar artistlər Şirzad Fətəliyev, Çinarə Heydərovadır.
Xanəndəlik üzrə münsiflər heyətinin sədri, Milli Konservatoriyanın rektoru, Xalq artisti Siyavuş Kərimi, üzvləri isə Xalq artistləri Səkinə İsmayılova, Mənsum İbrahimov, Zabit Nəbizadə, Əməkdar artisti Qəzənfər Abbasovdur.
Aprelin 26-da xanəndə və instrumental ifa kateqoriyaları üzrə qaliblər seçiləcək. Xanəndə və instrumental kateqoriyalarında 1, 2 və 3-cü yerin hər bir qalibi müvafiq olaraq 7 000, 5 000 və 3 000 AZN mükafat qazanacaq.
Milli Muğam Müsabiqəsinin qalibləri-xanəndə və instrumental ifa üzrə birinci yeri tutan iştirakçılar ölkəmizi "Muğam aləmi" 6-cı Beynəlxalq Muğam Festivalında təmsil edəcək.
Qeyd edək ki, son illər Azərbaycanda muğamın qorunması və inkişafı istiqamətində fundamental işlər görülüb. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın milli mədəniyyətimizə, muğam sənətinə göstərdiyi dəstəyin və bu istiqamətdə aparılan işlərin nəticəsidir ki, Azərbaycan muğamları 2008-ci ildə UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi İrsi üzrə Reprezentativ Siyahısına daxil edilib.
Xatırladaq ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2009-cu ildən Milli Muğam müsabiqələri və Beynəlxalq Muğam festivalları təşkil olunur. Bu layihələr milli sərvətimiz olan muğamı dünya mədəniyyəti kontekstində bir daha nümayiş etdirmək və yaşatmaq məqsədi daşıyır.
Bu gün gecǝ 01:00-dan etibarən Bakı Şəhər Halqasının əhatə etdiyi pro
Azərbaycan ərazisindən keçən nəqliyyat marşrutları hazırda həmişə ol
Son illər intensiv şəkildə Azərbaycanı təhdid edən və "İran regio
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Sumqay
Rusiyalı müğənni, Rusiyanın əməkdar artisti, Tatarstan Respublikasının
Bakıda ölümlə nəticələnən ağır yol qəzası baş verib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 24-də Gürcüst
"Rusiya son sutkada Ukrayna ərazisinə 60 raket zərbəsi endirib. Dinc ə
2023-cü ilin birinci rübündə Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB)
"Musiqi zövqü formalaşdıran bir şeydir. Düşünürəm ki, bu, insanı
Bu gün dövlət təhlükəsizlik orqanlarının veteranı Sədyar Abbasovun 80
17 yaşında Vera (Viki) Obolenskaya yüngülxasiyyət xanım idi, onu rəqslər
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə fa
Aprel ayında Ağcabədi Rayon Polis Şöbəsinə fərdi yaşayış evindən oğ