ŞimalCənub dəhlizinin qərb marşrutu:


Digərləri 24 Apr 2023 11:02:00 184 0

ŞimalCənub dəhlizinin qərb marşrutu:

Azərbaycan ərazisindən keçən nəqliyyat marşrutları hazırda həmişə olduğundan daha cəlbedicidir, belə ki, ölkə ən qısa müddətdə təhlükəsiz tranzitin təmin olunması üçün hər bir şəraiti yaradır. Azərbaycanın istər dəmir yolu, istərsə də avtomobil, habelə dəniz nəqliyyatının müasir infrastrukturu pula və vaxta qənaət edəcək. Təəccüblü deyil ki, 2022-ci ildə Azərbaycan ərazisindən keçən tranzitin həcmi il ərzində 75 faizdən çox artıb.

Lakin Azərbaycan əldə olunanlarla dayanmağı planlaşdırmır və alternativ marşrutlara artmaqda olan tələbatı nəzərə almaqla öz nəqliyyat potensialının daha da artırılması üzrə tədbirlər görür.

Son.az Trend-ə istinadən bildirir ki, hazırda Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi qlobal gündəliyin daha aktual mövzusunu təşkil edir. Dəhliz Rusiyadan başlamaqla Azərbaycan və İran ərazisindən keçərək Hindistana uzanır. Dəmir yolu, avtomobil və dəniz nəqliyyatını özündə birləşdirən dəhliz marşrutun başlanğıc və yekun nöqtələri arasında ticarətin optimallaşmasına yönəlib.

Şimal-Cənub dəhlizi 7200 km uzunluqda multimodal marşrutdur. Bu alternativ marşrut Avropa, Fars körfəzi ölkələri və Hind okeanını Süveyş kanalı vasitəsilə birləşdirir. Dəhlizin qərb və şərq marşrutları İran ərazisindən keçir: qərb marşrutu İran ərazisində Rəşt nəzarət-buraxılış məntəqəsindən avtomobil nəqliyyatı ilə, şərq marşrutu isə dəmir yolu ilə daşınmanı nəzərdə tutur. İranda son təyinat nöqtəsi Bəndər-Abbas limanıdır, buradan malları dəniz yolu ilə Hindistana çatdırmaq mümkündür. Qərb marşrutu Azərbaycan ərazisindən, şərq marşrutu Qazaxıstan və Türkmənistandan keçir. Bundan başqa Xəzər dənizi vasitəsilə Rusiyadan İrana birbaşa dəniz daşımaları da mümkündür.

2030-cu ilədək Şimal-Cənub dəhlizi ilə yük daşımalarının həcminin ikiqat artaraq indiki illik 17 milyon tondan 32 milyon tona çatacağı gözlənilir.

Elə bir neçə gün öncə Rusiya, Qazaxıstan və Türkmənistanın rəsmi şəxsləri bu ölkələr arasında məqsədi Şimal-Cənub dəhlizinin şərq marşrutunda vahid logistika operatorunun yaradılması olan birgə müəssisəsinin təsis ediləcəyini bildiriblər.

Şərq marşrutu İran-Türkmənistan sərhədindən, Akyayla və ya Seraxs nəzarət-buraxılış məntəqələrindən keçir. Beləliklə yük dəmir yolu ilə Qazaxıstana, daha sonra Rusiyaya nəql olunur. Marşrutun ən qısa sahəsi Akyayla nəzarət-buraxılış məntəqəsindən keçir.

Akyayla nəzarət-buraxılış məntəqəsi daha qısa hesab olunsa da uzunluğu 2500 km-dən çoxdur. Beləliklə, yekun məqsədin xərclərin və tranzit vaxtının azaldılmasından ibarət olduğunu nəzərə aldıqda marşrut daha az cəlbedici olur.

Rusiya, Qazaxıstan və Türkmənistan arasında birgə müəssisə yaradıldıqda bu şübhəsiz, nəqliyyat xərclərinin azaldılmasına və dəhlizlə hərəkətin sürətlənməsinə səbəb olacaq. Lakin aydın məsələdir ki, bu cür strukturun yaradılmasına çox vaxt sərf olunacaq, belə ki, hələ də prosesi ləngidəcək bürokratiya əngəlləri və süründürməçilik mövcuddur.

Eyni zamanda 1450 km uzunluğa malik qərb marşrutu güman ki, ən geniş istifadə olunan və yaxşı inkişaf etmiş marşrutdur. Statistika bunu təsdiq edir: 1 yanvar - 28 mart 2023-cü il müddətində qərb marşrutu ilə yük tranzitinin həcmi 2,15 milyon ton təşkil edib ki, bu da illik hesablamada 84,37 faiz olmaqla heyrətamiz artımdır (2022-ci ildə 1,16 milyon ton yük daşınıb). Marşrutun tam gücü ilə işləməsini ləngidən yalnız bir maneə var ki, o da 164 km uzunluğa malik Rəşt-Astara dəmir yolu xəttidir. Lakin İranla Rusiya arasında bu xəttin tikintisi üzrə sazişin 21 may 2023-cü ilədək imzalanacağı gözlənilir. Beləliklə Şimal-Cənub dəhlizinin qərb marşrutu tam gücü ilə işləyəcək.

Hazırkı mürəkkəb, sürətlə dəyişən zamanda Şərqlə Qərbin kəsişməsində yerləşən Azərbaycan getdikcə daha cəlbedici istiqamətə çevrilir. O vaxtdan bəri Azərbaycan Şimal-Cənub dəhlizi ilə yanaşı həmçinin Orta Dəhliz kimi tanınan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun ötürücülük imkanlarını genişləndirib. Mahiyyətcə Azərbaycan yüklərin ən sürətli, ucuz və rahat nəqli üçün misilsiz şərait təmin edib. Nəqliyyat-logistika infrastrukturunun modernizasiyasına sərf olunmuş böyük səylər sayəsində ölkə istənilən regional və ya qlobal geosiyasi sarsıntılara baxmayaraq, özünün mühüm nəqliyyat rolunu qoruyub saxlayacaq.

Son.az 

İlk dəfə üzə çıxdı: İran Qarabağ müharibəsi zamanı görün nə edib like
  • 24 Apr 10:51  
Digərləri İlk dəfə üzə çıxdı: İran Qarabağ müharibəsi zamanı görün nə edib

Son illər intensiv şəkildə Azərbaycanı təhdid edən və "İran regio

arrow Ətraflı
Sumqayıtda aviabomba aşkarlandı like
  • 24 Apr 10:40  
Digərləri Sumqayıtda aviabomba aşkarlandı

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Sumqay

arrow Ətraflı
Bakılı iş adamı həyat yoldaşının toy mərasiminə like
  • 24 Apr 10:29  
Digərləri Bakılı iş adamı həyat yoldaşının toy mərasiminə

Rusiyalı müğənni, Rusiyanın əməkdar artisti, Tatarstan Respublikasının

arrow Ətraflı
Bakıda “Shacman" minik avtomobili ilə toqquşdu, like
  • 24 Apr 10:18  
Digərləri Bakıda “Shacman" minik avtomobili ilə toqquşdu,

Bakıda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

arrow Ətraflı
İlham Əliyev Gürcüstanın müdafiə nazirini qəbul edib like
  • 24 Apr 10:12  
Siyasət İlham Əliyev Gürcüstanın müdafiə nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 24-də Gürcüst

arrow Ətraflı
Rusiya son sutkada ölkə ərazisinə 60 raket zərbəsi endirib, like
  • 24 Apr 10:07  
Dünya Rusiya son sutkada ölkə ərazisinə 60 raket zərbəsi endirib,

"Rusiya son sutkada Ukrayna ərazisinə 60 raket zərbəsi endirib. Dinc ə

arrow Ətraflı
Bakıda 41 yaşlı kişi evində qətlə yetirildi like
  • 24 Apr 09:56  
Kriminal Bakıda 41 yaşlı kişi evində qətlə yetirildi

Bakıda 41 yaşlı kişi evində qətlə yetirilib.

arrow Ətraflı
IGB ilə indiyə qədər tədarük edilən Azərbaycan qazının həcmi açıqlanıb like
  • 24 Apr 09:45  
Digərləri IGB ilə indiyə qədər tədarük edilən Azərbaycan qazının həcmi açıqlanıb

2023-cü ilin birinci rübündə Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB)

arrow Ətraflı
"Bəzən taksilərdə çox əzab çəkirəm, yarı yolda düşürəm" like
  • 24 Apr 09:37  
Şou-biznes "Bəzən taksilərdə çox əzab çəkirəm, yarı yolda düşürəm"

"Musiqi zövqü formalaşdıran bir şeydir. Düşünürəm ki, bu, insanı

arrow Ətraflı
Ömrünü dövlət təhlükəsizliyi xidmətinə həsr etmiş polkovnik like
  • 24 Apr 09:30  
Siyasət Ömrünü dövlət təhlükəsizliyi xidmətinə həsr etmiş polkovnik

Bu gün dövlət təhlükəsizlik orqanlarının veteranı Sədyar Abbasovun 80

arrow Ətraflı
Fransada bakılı qızın başına min oyun açırlar: like
  • 24 Apr 09:19  
Digərləri Fransada bakılı qızın başına min oyun açırlar:

17 yaşında Vera (Viki) Obolenskaya yüngülxasiyyət xanım idi, onu rəqslər

arrow Ətraflı
LaçınXankəndi yolundakı aksiya 134 gündür davam edir like
  • 24 Apr 09:14  
Siyasət LaçınXankəndi yolundakı aksiya 134 gündür davam edir

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə fa

arrow Ətraflı
Evdən oğurluq edən şəxs saxlanılıb like
  • 24 Apr 09:07  
Kriminal Evdən oğurluq edən şəxs saxlanılıb

Aprel ayında Ağcabədi Rayon Polis Şöbəsinə fərdi yaşayış evindən oğ

arrow Ətraflı
Bakıda ağır qəzada iki nəfər yaralanıb like
  • 24 Apr 08:52  
Digərləri Bakıda ağır qəzada iki nəfər yaralanıb

Bakının Suraxanı rayonunda yol qəzasında iki nəfər xəsarət alıb.

arrow Ətraflı