IGB ilə indiyə qədər tədarük edilən Azərbaycan qazının həcmi açıqlanıb


Digərləri 24 Apr 2023 09:45:00 232 0

IGB ilə indiyə qədər tədarük edilən Azərbaycan qazının həcmi açıqlanıb

2023-cü ilin birinci rübündə Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB) ilə 3 milyon meqavat-saatdan çox təbii qaz nəql olunub.

Son.az bu barədə Trend-ə istinadən məlumat verir.

Şirkətdən verilən məlumata görə, 1 oktyabr 2022-ci ildə kommersiya istismarı başladıqdan etibarən boru kəməri ilə 8 milyon meqavat-saatdan çox təbii qaz nəql olunub.

"Hazırda nəql sisteminin operatoru olan ICGB uzunmüddətli müqavilələr çərçivəsində 1,57 kubmetr qazın bron edilməsi istiqamətində bütün öhdəliklərini icra edir", - ICGB-dən deyiblər.

Şirkətdən bildiriblər ki, boru kəməri hazırda Bolqarıstanın təbii qaza olan daxili tələbatının 1/3-ni qarşılayır və onun regionun bir sıra digər ölkələrinə, o cümlədən Rumıniya, Moldova və Ukraynaya nəqlinə imkan verir.

"2022-ci ilin dördüncü rübündə kommersiya məqsədilə işə salındıqdan sonra IGB-nin bütün obyektləri tam istismara verilib. EPC podratçı hələ də müqavilənin bir hissəsi olan tamamlayıcı və köməkçi işləri yerinə yetirir, lakin qaz nəqli sisteminin istismara hazırlığı ilə birbaşa əlaqəsi yoxdur. ICGB bu tədbirlərin gedişatını izləyir və uğurla başa çatdıqdan sonra ictimai məlumat verəcək", - ICGB-dən bildiriblər.

Qeyd edək ki, Yunanıstan-Bolqarıstan interkonnektoru 1 oktyabr 2022-ci il tarixindən kommersiya tədarükünə başlayıb.

Hazırki istilik mövsümünün əvvəlindən IGB Bolqarıstanda təbii qaz ehtiyacının təqribən üçdə birini təmin etməkdədir. Bolqarıstana təbii qaz nəqlinin diversifikasiyalaşdırılması üçün ilk marşrut olan IGB tədarükün daha yüksək təhlükəsizliyinə və mənbələrin müxtəlifliyinə zəmanət verməklə təbii qaz bazarında rəqabətə mühüm töhfə verir ki, bu da ölkədəki müəssisələr və daxili istehlakçılar üçün qiymətlərin optimallaşdırılmasının vacib şərtidir.

Azərbaycanla saziş üzrə layihənin əsasını 1 milyard kubmetr tədarük təşkil etdiyi halda, IGB digər yükgöndərənlər tərəfindən rezerv edilmiş uzunmüddətli imkanlara da malikdir. Bunların əksəriyyəti Bolqarıstan bazarı üçün tamamilə yenidir. Yunanıstan-Bolqarıstan interkonnektoru 2024-cü ildə bir neçə qaz mənbəyinə çıxış əldə edəcək.

"Bəzən taksilərdə çox əzab çəkirəm, yarı yolda düşürəm" like
  • 24 Apr 09:37  
Şou-biznes "Bəzən taksilərdə çox əzab çəkirəm, yarı yolda düşürəm"

"Musiqi zövqü formalaşdıran bir şeydir. Düşünürəm ki, bu, insanı

arrow Ətraflı
Ömrünü dövlət təhlükəsizliyi xidmətinə həsr etmiş polkovnik like
  • 24 Apr 09:30  
Siyasət Ömrünü dövlət təhlükəsizliyi xidmətinə həsr etmiş polkovnik

Bu gün dövlət təhlükəsizlik orqanlarının veteranı Sədyar Abbasovun 80

arrow Ətraflı
Fransada bakılı qızın başına min oyun açırlar: like
  • 24 Apr 09:19  
Digərləri Fransada bakılı qızın başına min oyun açırlar:

17 yaşında Vera (Viki) Obolenskaya yüngülxasiyyət xanım idi, onu rəqslər

arrow Ətraflı
LaçınXankəndi yolundakı aksiya 134 gündür davam edir like
  • 24 Apr 09:14  
Siyasət LaçınXankəndi yolundakı aksiya 134 gündür davam edir

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə fa

arrow Ətraflı
Evdən oğurluq edən şəxs saxlanılıb like
  • 24 Apr 09:07  
Kriminal Evdən oğurluq edən şəxs saxlanılıb

Aprel ayında Ağcabədi Rayon Polis Şöbəsinə fərdi yaşayış evindən oğ

arrow Ətraflı
Bakıda ağır qəzada iki nəfər yaralanıb like
  • 24 Apr 08:52  
Digərləri Bakıda ağır qəzada iki nəfər yaralanıb

Bakının Suraxanı rayonunda yol qəzasında iki nəfər xəsarət alıb.

arrow Ətraflı
Bakıda gənc oğlan bıçaqlanıb like
  • 24 Apr 08:45  
Kriminal Bakıda gənc oğlan bıçaqlanıb

Bakının Yasamal rayonunda bıçaqlanma hadisəsi baş verib.

arrow Ətraflı
Meksika prezidenti üçüncü dəfə koronavirusa yoluxub like
  • 24 Apr 08:40  
Dünya Meksika prezidenti üçüncü dəfə koronavirusa yoluxub

Meksika prezidenti Andres Manuel Lopes Obrador yenidən koronavirusa yoluxduğun

arrow Ətraflı
Rəqsi ilə ad çıxaran azərbaycanlı cazibədar müğənninin like
  • 24 Apr 08:35  
Şou-biznes Rəqsi ilə ad çıxaran azərbaycanlı cazibədar müğənninin

Çılğın rəqsləri ilə ad çıxaran müğənni Nüşabə Musayevanın türk

arrow Ətraflı
Lavrov NyuYorkda BMT Təhlükəsizlik Şurasının iclaslarında iştirak edir like
  • 24 Apr 08:33  
Dünya Lavrov NyuYorkda BMT Təhlükəsizlik Şurasının iclaslarında iştirak edir

Rusiyanın xarici işlər naziri Sergey Lavrov aprelin 24 və 25-də BMT Təhlü

arrow Ətraflı
Bakı sakini bıçaqlanıb like
  • 24 Apr 08:22  
Kriminal Bakı sakini bıçaqlanıb

Bakının Suraxanı rayonunda bıçaqlanma hadisəsi baş verib.

arrow Ətraflı
Avtomobilin vurduğu piyadanın boynu sınıb like
  • 24 Apr 08:17  
Digərləri Avtomobilin vurduğu piyadanın boynu sınıb

Xaçmaz rayonunda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi b

arrow Ətraflı
Rusiya atəşkəsə razılaşacaq, Putin isə...  "Quardian" like
  • 24 Apr 08:12  
Dünya Rusiya atəşkəsə razılaşacaq, Putin isə... "Quardian"

Kiyevin müttəfiqləri Ukrayna ordusunun qarşıdan gələn əks-hücum əməli

arrow Ətraflı