Günün qoroskopu: Qərarlar və tələblər dəyişə bilər
Digərləri 24 Apr 2023 00:01:00 233 0
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir
Bu xəbəri də oxu: Quterreş COP29da əldə olunmuş razılaşmanın əhəmiyyətini qeyd etdi
Qoç - emosional baxımdan mürəkkəb gündür. Yaxın ətrafınızdakı insanların ünvanına kəskin tənqid və iddialardan çəkinin. Həddən ziyadə təşəxxüslü və eqoist olsanız, sizə qarşı olanların sayı artacaq, intriqalar güclənəcək. Cari işləri və xüsusilə də maliyyə məsələlərini fasiləsiz nəzarətdə saxlayın. Yalan, fırıldaq, uğurlarınızı və işinizin bəhrəsini mənimsəmək cəhdləri olacaq. Başqalarının fəaliyyəti, əməllərinin motivləri və cavab reaksiyalarını dəyərləndirməyə tələsməyin. Əhvalınızı yaxşılaşdıra biləcək məsələlərə diqqəti artırın. İndi nəticələri nəzərdən keçirmək, nailiyyətləri təhlil etmək vaxtıdır. Yeni orientirlər seçin. Səhhətinizə fikir verin. Daha yaxşı təsir bağışlamaq üçün ətrafdakıların fikir vermədikləri xırda problemləri həll edin. Maraqlı görüşlər ola bilər. Köhnə umu-küsü və səhvləri unularaq yeni perspektivləri araşdırmağa başlayın. Buğa - ciddi və köklü iş görmək istəyirsinizsə, problemlər qaçılmazdır. Kimsə aktivliyinizi məhdudlaşdırmağa, qəribə və absurd, amma hiss olunan sədlərlə maneələr yarada bilər. Əgər dürüst istiqamətdə irəlilədiyinizə şübhə etmirsinizsə, xeyli problemi sürətlə həll edə biləcəksiniz. Fəaliyyət prinsipində dəyişikliklər, köklü islahatlar və yenidənqurmalar vaxtı çatıb. Aktivləşin, mənfəəti əldən verməyin. Ünsiyyətin ənənəvi təmaslardan fərqli nəticə verə biləcəyi, uğur vəd olunan görüşə qatılın. Dəyişmək istədiyiniz bütün işlər üçün əlverişli zamandır. İnqilabi istəklər və çevriliş etmək vaxtı deyil. Əlaqələrlə təmasları bərpa etmək və planlarınızın dəstəklənməsinin təminatı xüsusi əhəmiyyət kəsb edir. Əkizlər - bir sıra olaylarda və situasiyalarda dominion rolunu oynamaq istəyəcəksiniz. Şərtlər çərçivəsindən çıxmayın, üstünlüklərinizdən bəhs etməyin, yaxın ətrafınızdakı insanların hisslərinə diqqət yetirin. Yaxın saydığınız insanlarla gün ərzində münaqişə yarana bilər. Ünsiyyəti məhdudlaşdırın, maraqlı hesab etdiyiniz işlə məşğul olun. Şəxsi münasibətlərdə hisslərin təsiri artır. Rəğbət bəslədiyiniz insanın qatıldığı tədbirə yollanın. Xərçəng - bilik, bacarıq, çeviklik və reaksiya sürətiniz sınaqdan keçir. Münasibətlərdə yaranan intriqanın felinə uymayın, vəziyyəti nəzarətdə saxlayın. Hadisələrin intensivliyi müvəqqəti başgicəllənmə effekti yarada bilər. İşdə tapşırıqları və başa çatdırılası əməllərin sayı artır. Təcili və önəmli olmayan bütün işləri təxirə salın. Qarşınıza konkret məqsədlər qoyaraq yaxın ətrafınızdakı insanlara işə ciddi yanaşdığınızı göstərin. İdeallarınızı unutmayın, onlara uyğun gəlməyə çalışın. Aktiv olun, çəkinməyin - hər şey alınacaq. Pozitiv emosiyaların sayı və intensivliyi artacaq. Hadisələrdə uğurlu dönüşlər və xoş yenilikliklər ola bilər. Kimsə sizə qarşı iddia ilə çıxış edərsə, sinirlənməyin: həmin şəxsin dediklərində müəyyən həqiqət ola bilər. Şir - planlar, istəklər, tələblər və iddialar çoxdur. Lakin artıq etiraf etmək gərəkdir ki, bəzi işlərlə bağlı artıq ləngimə, gecikmə var. Yaşam sizi təcili tapşırıqlar qarşısında qoyur, seçimə tələbat yaradır. İstəklərlə niyyətləri imkanlar və resurslarla uyğunlaşdırmaq asan deyil. Hansısa işi pozitiv istiqamətdə dəyişəcək hadisələr yaşana bilər. Emosional situasiya yaranarsa, ona dərhal və dürüst reaksiya vermək gərəkdir. Təhlükəsizliyinizi təmin edin, münaqişəli situasiyalara qatılmayın. Amma unutmayın ki, ən yaxşı ideyalar həmişə emosional dalğa zamanı yaranır. İmkanlarla şansları qaçırmayın, işin xeyrinə ən kiçik detaldan da faydalanın. Alış-veriş zamanı özünüzü olduğunuzdan artıq imkanlı göstərmək üçün bədxərclik etməyin. Qız - əlaqələr, təmaslar və xəbərlərin zəngin olacağı gündür. Çoxsaylı yerdəyişmələr, müxtəlif tapşırıqlar olacaq. Nəyisə tapmalı, təşkil etməli olacaqsınız. Diqqətli olmasanız, işin effektivliyi orta səviyyədən aşağı olacaq. Sayıq olun, axardakı işlərlə məşğul olun, amma əsas məsələni də unutmayın. Günün ikinci yarısı ilə bağlı planı əvvəlcdən hazırlayın, yaşam və evinizi kənar müdaxilələrdən qoruyun. Yır-yığış, qayda və nizamın yaradılması, münasibətlərin təftişi üçün əlverişli gündür. Axşam saatlarında əyləncədən imtina edin ki, planlaşdırılmış işin öhdəsindən gələ biləsiniz. Sizin üçün önəmli insanlar problemlərindən bəhs etməsələr də, onların emosional durumuna laqeyd qalmayın. Tərəzi - işgüzar və şəxsi münasibətlər diqqət mərkəzində olmalıdır. Qəfil çətinliklər, gözlənilməz problemlər əlaqələrin yeni sxemlərinin axtarışına rəvac verəcək. Əsas məsələ sizin üçün dəyərli ünsürləri qorumaq, əlaqələrin təhlükəsizliyini və hisslərin səbatlılığını təmin etməkdir. İş yoldaşı və ya tərəfdaş yersiz müstəqillik istəyini nümayiş etdirərsə, güclü emosional reaksiya verməyin. Belə olarsa, sizi çoxdan bəri narahat edən problemə, mübhəmliyə aydınlıq gətirə bilərsiniz. Axşam saatlarını ev işlərinə həsr edin. Ya da elə bir iş görün ki, özünüz üçün faydalı əməli reallaşdırdığınızı biləsiniz. Qarderobda "təftiş" aparın, köhnə əşyalardan qurtulun. Alış-verişdə bədxərclik etməyin, yeni əşyalar almağa tələsməyin. Əqrəb - çətin gündür. Asudə və rahat hərəkət edə biləcəyinizi düşünməyin. Bir işə görə başqasından imtina etməli olacaqsınız. Yalnız ən mühüm işlərlə məşğul olun. Problemlər, mübahisəli situasiyalar, təftiş və yoxlama, dövlət strukturlarından biri ilə çətinlik, nasazlıq və ya texniki avadanlığın sıradan çıxması istisna deyil. Əlavə yük, tələb, tapşırıqla qarşılaşacaqsınız. Həmin işlərin bəzisinə könüllü şəkildə qol qoya bilərsiniz. Şəxsi münasibətlər müstəvisində kiçik nöqsana qəzəblənməyin. Əks təqdirdə bir neçə köhnə problem yenidən gündəmə gələcək. Oxatan - yaşananları dramatikləşdirməyin. Olayların ritm və stilini itirməyin. Faydasız, reallaşdırılması çətin planları təxirə salın, konkret nəticə və uğurun əldə edilməsinin çətin olmadığı işi başa vurmağa çalışın. Hansısa avantüraya ehtiyac duysanız, fikrinizdən daşının. Səbrli olun, sakitləşin. Günün ikinci yarısı dərhal nəticənin əldə olunmasına hesablanmayaraq yaxın perspektivə istiqamətlənmiş işlər üçün əlverişlidir. Daha uğurlu ola biləcəyiniz fəaliyyət sahəsini müəyyənləşdirin və dərhal işə başlayın. Vaxt gözləmir, çünki sonra gec ola bilər. Yorulmamaq, qüvvəni tükətməmək və effektivliyin aşağı düşməsinə yol verməmək üçün fasiləni, qısa istirahəti unutmayın. Axşam saatlarında əyləncə üçün vaxt tapın. Oğlaq - baş verənləri səthi dəyrələndirməyin. Gələn işarələrə, nişanələrə fikir verin, bir qədər "dərin qazın". Önəmli, informasiya və təmaslarla zəngin gündür. Mühüm mövzunu başa vurun, yeni orientirləri müəyyənləşdirməyə başlayın. Tərəfdaş və ya şəriklə anlaşılmazlıq stressə səbəb ola bilər. İfrat ambisiyalar, cari situasiyalardakı təkan və sürətlənmə, təşəbbüslər əlavə problemlər yarada bilər. Durumu dəyərləndirərək narazılıq hissi yaradan situasiyadan çıxış yolu tapın. Belədə dəyər verdiyiniz insanın da tələbləri yerinə yetirilmiş olar. Tərəfdaşlar iş, görüləsi əməllər və rollar düzgün bölünübsə, hadisələr sizə əlverişli istiqamətdə spontan inkişaf edəcəklər. Dərin anlaşılmazlıq və fikir ayrılığı yoxdur. Ümumi məqsədlər səyləri sinxronlaşdıracaq. Dolça - şər deməsən, xeyir gəlməz. Günün ilk yarısında gərginlik zirvə nöqtəsinə çatacaq, xoşagəlməz faktlar üzə çıxacaq. Bütün qüvvənizi səfərbər etməli olacaqsınız. Lakin bunun müqabilində hadisələr müəyyənləşəcək, sonrakı addımlarınızı dəqiqləşdirə biləcəksiniz. Şəxsi münasibətlər müstəvisində hisslərinizi aşkarlamağa tələsməyin. Diqqət izharının formalarını seçin. Rəhbərliklə mübahisə yarana bilər. Emosiyalarınızı nəzarətdə saxlayın. Yaxın ətrafınızdakı şəxslərdən biri emosional davranarsa, sərt reaksiya verməyin. Auditoriya ilə iş, təhsil, reklam və tədris üçün uğurlu gündür. Hansısa ideyanın təsiri altına düşərək kor-koranə hərəkət etməyin. Baş verənlər diqqətli yanaşma, sayıq davranış, ciddi təhlil tələb edir. Qərarlar və tələblər dəyişə bilər. Qərarları açıqlamağa tələsməyin. Balıqlar - adi günlərlə müqayisədə bu gün işlər sizdən daha çox səy, zəhmət və diqqət tələb edəcək. İşlərin bəzilərinin öhdəsindən gəlmədiyinizi anlayanda tələsməyin. Sərfəli, gəlirli və vaxtında ediləcək əməl təsiri bağışlayan işləri başa vurun. Xaotik aktivlikdə çarə aramayın. İfrat təşəbbüskarlıq və aktivlik birbaşa səlahiyyətlərinizin icrasına mane ola bilər. Perspektivlər, karyera, işlə bağlı motivasiya və səbəbi olmayan əndişələr, təlaşlar yarana bilər. Peşəkar və işgüzar ambisiyaları arxa plana atın. Ailə və yaxınlarınızın maraqlarının təminatı daha çox diqqət tələb edir. Parlaq və güclü təəssüratlar istəsəniz də, həyat qurban, güzəşt, başqalarının işlərində və taleyində iştirak tələb edir. Qarşınıza qoyduğunuz məqsədə uyğun davranın, plandan kənara çıxmayın, detalları ciddi şəkildə yoxlayın. Mühüm olayı və ya sahəni diqqətdən kənar qoymayın. Son.az
İndiyədək "Patriot" zenit-raket kompleksinin vəd edilmiş bölməl
Şampinyonlar praktik olaraq həzm prosesində sovrulmayan göbələk lifləri i
Qərbin sanksiyalarından yan keçməkdə Rusiyanın ən böyük köməkçisi Er
Ukrayna hərbçiləri Baxmutun mərkəzindən çəkilib. Ukrayna Silahlı Qüvv�
Sərhəd nəzarət-buraxılış məntəqəsinin təsis edilməsinin "etnik
Alimlər bu qənaətə gəliblər ki, qazlı içkilər, çörək və pizza beyni
Rusiyanın Xalq artisti Filip Kirkorov ötən gün tədbirlərin birində kame
Yediyimiz, içdiyimiz, geyindiyimiz və gündəlik həyatda istifadə etdiyimiz
Sabah İranın paytaxtı Tehranda qondarma "erməni soyqırımı"nın
Bu gün Azərbaycan Sərhəd Xidmətinin Laçın yolunun girişində, Həkəri �
Sağlam qidalanmaq və müntəzəm idmanla məşğul olmaq istədiyiniz çəkiy�
1532-ci ildə qədim latın dilində yazılmış və Qazaxıstanın paytaxtı As