“Görüş” kinokomediyasının


Kriminal 22 Apr 2023 19:59:00 186 0

“Görüş” kinokomediyasının

Bu gün Xalq artisti Ağahüseyn Cavadovun doğum günüdür

Milli teatr və kino sənətimizin görkəmli aktyorları sırasında Ağahüseyn Cavadov həmişə öz dəst-xətti ilə seçilib. Çox zaman epizodik rollar yaratsa da, əbədi yaddaşlara həkk olub, sevilib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu gün görkəmli sənətkar, Xalq artisti Ağahüseyn Cavadovun anadan olmasından 129 il ötür.

Epizodik rollarla sevilən aktyor

Bakının Xırdalan kəndində 1894-cü il aprelin 22-də anadan olan A.Cavadov buradakı "Səadət" məktəbində oxuyub. Əmək fəaliyyətinə isə tacir yanında köməkçi kimi başlayıb.

Aktyorluğa maraq onda yeniyetmə yaşlarından yaranıb. Hələ uşaqlıqdan səhnəyə sirli-sehrli bir aləm kimi baxır, vaxt tapan kimi gedib tamaşaları izləyirdi. Ağahüseynin bu qarşısıalınmaz arzusunun reallaşması çox gecikmir. Respublika Hərbi Komissarlığı Siyasi İdarəsinin yaratdığı teatrın tamaşalarında ("Bəxtsiz cavan", "Ac həriflər", "Xor-xor", "Dursunəli və Ballıbadı", "Molla Cəbi" və s.) oynadığı rollarla tamaşaçıların alqışını qazanıb, truppa rəhbəri Sidqi Ruhullanın diqqətini cəlb edib.

Az keçməmiş Bakı Türk Azad Tənqid-Təbliğ Teatrına dəvət alır və burada maraqlı yaradıcılıq dövrünə qədəm qoyur. 1932-ci ilin sonunda Gəncəyə köçürülərək Dövlət İşçi Dram Teatrı kimi fəaliyyətini davam etdirən həmin kollektivdə Hacı Səməd ağa ("Bəxtsiz cavan"), Giko ("Pepo"), Barxudar ("Namus"), Mintoyev ("Morqanın qohumu") kimi rolları ilə tanınmağa başlayıb.

Sonra yenidən Bakıya qayıdıb Milli Dram Teatrında işləmiş Ağahüseyn Cavadovu xatırlayanlar onun yaratdığı və çoxu öz dövrünün "hadisəsi" kimi qiymətləndirilmiş Dəmirçi Musa, Bərbərzadə, Mirzə Salman ("Toy", "Xoşbəxtlər", "Nişanlı qız"), Ocaqqulu, Xosməmməd, Həmzə, İmamverdi, Oddamdı ("Almaz", "Dönüş", "Solğun çiçəklər", "1905-ci ildə", "Od gəlini"), Cəlal, Soraq kişi ("Həyat", "Yaxşı adam"), Savalan ("Dağlar qızı"), Luka Lukiç ("Müfəttiş"), Brabansio, Qoca çoban ("Otello", "Qış nağılı"), Petruşin ("Canlı meyit"), Popoviç ("Nazirin xanımı"), Platon, Məzarçı ("Şeyx Sənan", "Xəyyam") və onlarca digər rolları ilə tamaşaçıların rəğbətini qazanıb.

Canlı xarakterlər ustası

Aktyor sənətdə olması ilə bağlı demişdi: "İstedad anadangəlmə olur. Elə ilk dəfə səhnəyə çıxanda başa düşdüm ki, teatra həvəs göstərmək, istedad azdır. Sənətdə qalmaq üçün özünə qarşı yüksək tələbkarlıq və işdə inad göstərmək də vacibdir. Səhnədə mənim müəllimlərim Sidqi Ruhulla, Mirzağa Əliyev və Hacıağa Abbasov olmuşlar. Onlar mənə rol üzərində işləməyi, ifadə vasitələrindən peşəkarcasına istifadə etməyi öyrətmişlər".

1938-ci ildə Moskvada keçiriləcək Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyü ərəfəsində Bakıda Musiqili Komediya Ansamblı yaradılmışdı. Bu ansambl Ümumittifaq baxışında böyük uğurla çıxış etdi. Həmin il Azərbaycan Dövlət Musiqili Komediya Teatrı təşkil olundu. A.Cavadov bu teatra dəvət edildi. Zəngin yaradıcılıq imkanlarına malik aktyor həmin teatrda Lütfəli Abdullayev, Aliyə Terequlova, İbrahim Hüseynov, Xalidə Hüseynova və başqa sənətkarlarla çiyin-çiyinə işlədi.

Böyük Vətən müharibəsi başlanandan sonra, 1942-ci ildə A.Cavadov M.Əzizbəyov adına Azərbaycan Dövlət Akademik Dram Teatrının truppasına daxil edildi. Ömrünün sonunadək bu teatrda çalışan canlı xarakterlər ustası həmin səhnədə bir sıra maraqlı rollar ifa edib.

A.Cavadov sənətə gəldiyi ilk gündən hansı teatrda çalışmasından asılı olmayaraq, işinə məsuliyyətlə yanaşmış, zəngin aktyorluq imkanları nümayiş etdirmiş, tamaşaçılar tərəfindən həmişə alqışlarla qarşılanmışdır.

Həm komik, həm də ciddi rolların mahir ifaçısı

Sənətə, aktyor peşəsinə olan canıyananlığını biz A.Cavadovun kino fəaliyyətində də görürük. Aktyor cəmi on filmdə çəkilib, əksəriyyəti də epizodik rollardır. Bu rollar arasında nağıl qəhrəmanları da, inqilabdan əvvəl və müharibə dövrünün personajları da, müasir dövrümüzün müxtəlif peşə sahibləri də var.

Zaman və məkandan asılı olmayaraq, A.Cavadov personajlarından hər biri üçün orijinal oyun və danışıq tərzi, hətta yeriş axtarıb tapırdı. "Görüş" kinokomediyasından tənbəl kolxozçu Əbülfəzi unutmaqmı olar? Özbəkistan pambıqçılarının nümayəndə heyəti tərkibində azərbaycanlı həmkarlarının görüşünə gələn gənc gözəl qız Lalaya vurulan bu yöndəmsiz qocanın bütün hərəkətləri gülüş doğurur.

Görkəmli kinorejissor Ə.Atakişiyev Ağahüseyn Cavadovu dörd filmində çəkib. Bunlardan üçü - "Bir qalanın sirri", "Sehrli xalat" və "Qərib cinlər diyarında" film-nağıllar, biri isə - "İstintaq davam edir" müasir macəra filmidir. Vaxtilə Əlisəttar müəllim bu böyük sənətkar barədə söhbətlərinin birində deyib: "Ağahüseyn Cavadov ümumxalq aktyorudur. Hələ "Bir qalanın sirri" filmindən yaradıcı qrupu öz orijinallığı və fəaliyyəti ilə heyran etmişdi. O, heç kimə oxşamırdı və heç kimi təqlid etmirdi. Xarici görünüşü ilə cəzbediciliyi ona diqqəti artırırdı. Ağahüseyn filmdə tərəf-müqabillə dialoqa elə təbii şəkildə başlayırdı ki, onu saxlayıb nəyi isə düzəliş etməyə adamın əli gəlmirdi. O, kiçik rolu belə təsvir etmir, təbii şəkildə personajın özünə çevrilirdi. Əgər fikir vermisinizsə, "Bir qalanın sirri"ndə aktyor falçının hərəkətlərində, jestlərində parlaq, nəzəri cəlb edən qorxulu detallar axtarıb tapır, amma nə tərəf-müqabillərini, nə də tamaşaçıları qorxutmağa çalışmırdı. Bu komik aktyorun qarşısında məhz tamaşaçıları güldürmək yox, bir qədər təsirləndirmək məqsədi qoymuşduq. O da bunun öhdəsindən çox məharətlə gələ bildi. Sonrakı filmlərində isə biz onu həm komik, həm də ciddi rollarda görürük. Onun yaratdıqlarının səmimiliyinə inanırıq".

İki yüzdən artıq səhnə obrazı yaratmış sənətkar

A.Cavadovun kino personajları epizodik rollar olsa da, yaşayırlar. "Qızmar günəş altında"kı anbardar Pirioğlu da, "Əhməd haradadır?" filmindəki usta Əhməd də, "O olmasın, bu olsun"dakı masabəyi də, "Şərikli çörək"dəki İsmayıl baba da, "Qərib cinlər diyarında"kı Qaraşad da tamaşaçılar tərəfindən sevilib.

"Qərib cinlər diyarında" film-nağılı, adından da göründüyü kimi, cinlər aləmindən, Qərib adlı gəncin diyarda başına gələn macəralardan söhbət açsa da, əslində, burada müəlliflər Vətən məhəbbətini ön plana çəkmiş, əməyin, zəhmətin asan yolla əldə edilən var-dövlətdən qat-qat üstün olduğunu göstərə bilmişlər.

Amma A.Cavadovun 1957-ci ildə çəkildiyi "Qızmar günəş altında" filmindəki anbardar Pirioğlu rolu öz xarakterinə görə "Görüş"dəki Əbülfəzdən bir qədər fərqlənir. Çünki anbardar Pirioğluda yeniliklərə, insanlara qarşı bir inamsızlıq var. Bunlardan da ən qorxulusu onun kolxoz sədrindən asılı olduğu üçün yaltağa çevrilməsidir.

Tale A.Cavadovu görkəmli rejissor Adil İsgəndərovla uzun illər səhnədə olduğu kimi, bir dəfə də kinoda görüşdürmüşdür. Böyük rejissor onu "Əhməd haradadır?" kinokomediyasında Usta Əhməd roluna çəkmişdir. Bu obraz tamaşaçıda xoş əhval-ruhiyyə yaradır. Usta Əhməd aktyorun ifasında çox təbii, səmimi alınmışdır.

Ağahüseyn Cavadovun yumoru ürəyəyatandır. O, olduqca realist aktyor idi. Görkəmli aktyor 200-dən artıq səhnə obrazı yaratmış, 10-a qədər filmdə komik və ciddi rollar ifa etmişdir.

Böyük sənətkar Ağahüseyn Cavadov uzun və mənalı ömür yaşayıb, 1981-ci ildə 87 yaşında vəfat edib. Onun əziz xatirəsi xalqımızın yaddaşında həmişə yaşayacaq.

Azərbaycanda zəlzələ olub like
  • 22 Apr 19:45  
Digərləri Azərbaycanda zəlzələ olub

İsmayıllı rayonunda zəlzələ olub.

arrow Ətraflı
XİNdən erməni təxribatı ilə bağlı like
  • 22 Apr 19:40  
Siyasət XİNdən erməni təxribatı ilə bağlı

Ermənistan Azərbaycanın suveren ərazisindəki bütün hərbi təxribatları

arrow Ətraflı
Minaya düşən hərbçilərimiz təxliyə olunub  VİDEO  FOTO like
  • 22 Apr 19:34  
Digərləri Minaya düşən hərbçilərimiz təxliyə olunub VİDEO FOTO

Minaya düşən hərbçilərimiz təxliyə olunub.

arrow Ətraflı
İnək qatar yolunu tualetə çevirən kişini öldürdü like
  • 22 Apr 19:27  
Dünya İnək qatar yolunu tualetə çevirən kişini öldürdü

Hindistandan 82 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb

arrow Ətraflı
Rusiya Almaniyanın 20dən çox diplomatını ölkədən çıxarır like
  • 22 Apr 18:44  
Dünya Rusiya Almaniyanın 20dən çox diplomatını ölkədən çıxarır

Rusiya Almaniyanın 20-dən çox diplomatını ölkədən çıxarır.

arrow Ətraflı
Facebook ermənilərin saxta təbliğat aparmalarına mane oldu like
  • 22 Apr 18:33  
Dünya Facebook ermənilərin saxta təbliğat aparmalarına mane oldu

Meta Korporasiyasına daxil olan "Facebook" sosial media platforması

arrow Ətraflı
Növbəti erməni təxribatı: like
  • 22 Apr 18:27  
Siyasət Növbəti erməni təxribatı:

Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Az�

arrow Ətraflı
81 il əvvəl batırılan gəmi 1060 nəfərin qalıqları ilə birgə tapıldı like
  • 22 Apr 18:11  
Dünya 81 il əvvəl batırılan gəmi 1060 nəfərin qalıqları ilə birgə tapıldı

İkinci Dünya Müharibəsi zamanı ABŞ Hərbi Dəniz Qüvvələri tərəfində

arrow Ətraflı
Özünə gizli toy eləyən, içkiyə qurşanıb ailəsini atan reper like
  • 22 Apr 18:00  
Kriminal Özünə gizli toy eləyən, içkiyə qurşanıb ailəsini atan reper

Son.az Kulis.az-a istinadən mərhum repçi Anar Nağılbaz haqqında maraqlı f

arrow Ətraflı
"12 il ömrüm qalıb. Həkimlərə, dərmanlara çox pul gedir" like
  • 22 Apr 17:51  
Kriminal "12 il ömrüm qalıb. Həkimlərə, dərmanlara çox pul gedir"

Son.az xəbər verir ki, Zalq artisti Ənvər Həsənov moderator.az-ın sualla

arrow Ətraflı
Filarmoniyada Qara Qarayev adına Dövlət Kamera Orkestrinin konserti təşkil edilib like
  • 22 Apr 17:45  
Kriminal Filarmoniyada Qara Qarayev adına Dövlət Kamera Orkestrinin konserti təşkil edilib

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Qara Q

arrow Ətraflı
Türkiyə S400ü özü istehsal etmək istəyirsə... like
  • 22 Apr 17:20  
Dünya Türkiyə S400ü özü istehsal etmək istəyirsə...

Türkiyə S-400-lər sayəsində hava məkanında mütləq üstünlük əldə ed

arrow Ətraflı