XİNdən erməni təxribatı ilə bağlı
Siyasət 22 Apr 2023 19:40:00 252 0
Ermənistan Azərbaycanın suveren ərazisindəki bütün hərbi təxribatları dərhal dayandırmalıdır.
Bu xəbəri də oxu: Azərbaycan Prezidenti: COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir
Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə şənbə günü Azərbaycan Xarici İşlər Nazirliyinin "Twitter" səhifəsindəki paylaşımda bildirilir.
"Şuşa rayonu ərazisində Ermənistanın hərbi təxribatı nəticəsində Azərbaycan Ordusunun hərbi yük maşını qəsdən basdırılmış minaya düşüb və mina partlayışı nəticəsində 3 hərbçi yaralanıb. Ermənistan Azərbaycanın suveren ərazisindəki bütün hərbi təxribatları dərhal dayandırmalıdır!", - deyə paylaşımda bildirilir.
Xatırladaq ki, aprelin 22-si saat 17:00 radələrində Allahqulular kəndi ətrafındakı yüksəkliklərdə yerləşən mövqelərimizə təminat vasitələrini daşıyan Azərbaycan Ordusunun hərbi yük maşını ermənilər tərəfindən qəsdən yolun hərəkət istiqamətində basdırılmış minaya düşərək partlayıb. Nəticədə avtomobilin sürücüsü və maşın başçısı yaralanıb, nəqliyyat vasitəsi sıradan çıxaraq yararsız vəziyyətə düşüb. Dərhal yaralılara yardım göstərmək üçün gələn hərbi qulluqçulardan biri də piyada əleyhinə minaya düşərək xəsarət alıb.
Minaya düşən 3 hərbi qulluqçumuza təxirəsalınmaz tibbi yardım göstərilib.
Minaya düşən hərbçilərimiz təxliyə olunub.
Hindistandan 82 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb
Rusiya Almaniyanın 20-dən çox diplomatını ölkədən çıxarır.
Meta Korporasiyasına daxil olan "Facebook" sosial media platforması
Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Az�
İkinci Dünya Müharibəsi zamanı ABŞ Hərbi Dəniz Qüvvələri tərəfində
Son.az Kulis.az-a istinadən mərhum repçi Anar Nağılbaz haqqında maraqlı f
Son.az xəbər verir ki, Zalq artisti Ənvər Həsənov moderator.az-ın sualla
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Qara Q
Türkiyə S-400-lər sayəsində hava məkanında mütləq üstünlük əldə ed
"Asif, Vasif, Ağasif" filmini rejissor Rasim İsmayılov 1983-cü ild
Cill Prays 14 yaşından bəri yaşadığı hər şeyi mükəmməl xatırlayır.
2023-cü ilin yanvar-mart aylarında Azərbaycanda istehlakçıların tələbatl